Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-03-2026, 18:13
"Çelsi"yə transfer qadağası qoyuldu


"Çelsi"yə transfer qadağası qoyuldu

“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb.
Müstəqil komissiya London klubunu 2011-2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələyib.
Sanksiyalar çərçivəsində "Çelsi"yə 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib. Əsas komanda üçün nəzərdə tutulan bir illik transfer qadağası isə iki illik sınaq müddəti ilə şərti tətbiq edilib. Yəni, klub növbəti iki il ərzində oxşar pozuntulara yol verməyəcəyi təqdirdə, əsas komandaya transfer qadağası tətbiq olunmayacaq.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 oyundan sonra 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
16-03-2026, 18:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq


Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Martın 17-si Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
16-03-2026, 17:43
Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək


Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumata verilib.
Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu RPİ tərəfindən axtarışda olan Rüfət Abbadov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
16-03-2026, 17:38
MİDA-ya yeni Aparat rəhbəri təyin olundu


MİDA-ya yeni Aparat rəhbəri təyin olundu

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bu vəzifəyə Cəmşid Əmirov təyin edilib.
O, bundan əvvəl “MİDA” MMC-nin direktor müavini kimi çalışıb, Aparat rəhbəri postunda Fərman Qurbanlını əvəzləyib.
16-03-2026, 17:26
Rusiyaya 11 milyon mərmi satan ölkə


Rusiyaya 11 milyon mərmi satan ölkə

Müharibə başladıqdan sonra Şimali Koreya Rusiyaya 11 milyona qədər mərmi ötürüb.
Təchizat 2023-cü ilin yayında başlayıb. O vaxtdan bəri 4 Rusiya gəmisi Şimali Koreyaya ən azı 112 səfər edərək Rusiya ordusuna 8-11 milyon mərmi çatdırıb.
Orta hesabla Şimali Koreya Rusiyaya ayda təxminən 350.000 mərmi tədarük edib. Bu miqdar Rusiya ordusunun təxminən bir aylıq hücum əməliyyatlarını davam etdirməsi üçün kifayət edərdi.
Zaman keçdikcə Şimali Koreyanın sursat təchizatı donanmasının həcmi azalıb. 2026-cı ilin əvvəlindən bəri yeni tədarük faktı aşkar edilməyib. Bu, Rusiyanın öz mərmi istehsalını artırması və ya Şimali Koreyanın ehtiyatlarının tükənməsi ilə izah edilə bilər.
16-03-2026, 17:17
Sosial müavinət alanlarla bağlı yeni statistika


Sosial müavinət alanlarla bağlı yeni statistika

Ötən il daha 17 min 800 nəfər aylıq sosial müavinət alıb.
Məlumatlara görə, 2024-cü ildə ölkədə 453,3 min nəfər aylıq sosial müavinət alırdısa, bu rəqəm 2025-ci ildə 471,1 min nəfərə yüksəlib.
Qeyd edək ki, 2025-ci ildə 58 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2%-nə sosial müavinət ödənilib.
2024-cü ildə 401,4 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü alırdısa, bu rəqəm 2025-ci ildə 5,2 min nəfər artaraq 406,6 min nəfərə və ya ölkə əhalisinin 4 %-nə qədər yüksəlib.
16-03-2026, 17:16
ABŞ İrana güzəştə getdi


ABŞ İrana güzəştə getdi

ABŞ hakimiyyəti İran neft tankerlərinin Hörmüz boğazından keçməsinə mane olmur.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə verdiyi müsahibədə bildirib.
"İran gəmiləri artıq yola düşür və biz dünyanın qalan hissəsini təchiz etmək üçün buna icazə vermişik. İnanırıq ki, iranlıların gəmilərini geri çəkəcəyi təbii bir boşluq olacaq və hələlik bu, bizim üçün normaldır. Biz istəyirik ki, dünya [neftlə] yaxşı təchiz olunsun."
Cənab Bessent həmçinin qeyd edib ki, bəzi Çin gəmiləri də körfəzindən keçməyə müvəffəq olur.
16-03-2026, 16:55
Azərbaycan əhalisi artır


Azərbaycan əhalisi artır

2024-cü ildə ölkə əhalisinin sayı 44 100 nəfər, 2025-ci ildə isə 37 min 462 nəfər artıb. Bu da o deməkdir ki, son iki ildə ölkə əhalisi ümumilikdə 81 562 min nəfər artıb.
2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102,3 min körpə doğulub. 2025-ci ildə isə qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb.
2025-ci ildə ölkədə 59 min 834 ölüm halı qeydə alınıb. 2024-cü ildə bu göstərici 58,8 min nəfər idi. Son iki ildə ölənlərin ümumi sayı isə 118 634 min nəfər olub.
Onu da qeyd edək ki, ötən il doğulan körpələrdən 3170-i əkiz, 117-si isə üçəm olub, ölkə ərazisində həmin il dördəm dünyaya gəlməyib. 2024-cü ildə isə doğulanlardan 3386-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm olub.
16-03-2026, 16:47
“Hörmüz boğazı düşmənlərimiz üçün bağlıdır” - Əraqçi


“Hörmüz boğazı düşmənlərimiz üçün bağlıdır” - Əraqçi

“Hörmüz boğazı düşmənlərimiz üçün bağlıdır”.
Bunu İranın ranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi günü Tehranda keçirilən həftəlik mətbuat konfransında deyib.
"15 günlük müharibədən sonra onlar dünənə qədər düşmən hesab etdikləri ölkələrə müraciət edərək, Hörmüz boğazının təhlükəsizliyini təmin etməyi istəyirlər", - Əraqçi ABŞ və İsraili nəzərdə tutaraq vurğulayıb.
O, daha sonra əlavə edib:
"Onlar digər ölkələrdən gəlib boğazı açıq saxlamağa kömək etmələrini xahiş edirlər. Bizim baxışımızdan boğaz açıqdır, lakin düşmənlərimiz üçün - bizə və müttəfiqlərinə qarşı bu qorxaq təcavüzü törədənlər üçün bağlıdır".
A.Əraqçi bildirib ki, bu müharibə elə başa çatmalıdır ki, artıq davam etməsin və düşmənlər bir daha təcavüz haqqında düşünməsinlər. "Onlar indiyə qədər yaxşı dərs alıblar", - nazir deyib.
16-03-2026, 16:36
WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verildi


WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üçün WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mayın 17 – 22-də Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.
Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. WUF13 tədbirində iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatı üçün //wuf13-e-permission.icta.az/ portalına daxil olaraq müraciət etməlidirlər.
Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmin tədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023 radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərək etiketlənib və radiospektrin səmərəli idarə olunması təmin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!