Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
27-03-2026, 16:20
Ceyhun Bayramovla Mirzoyan telefonla danışdı


Ceyhun Bayramovla Mirzoyan telefonla danışdı

27 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
27-03-2026, 16:14
Netanyahu ilə Mossad rəhbəri arasında gərginlik


Netanyahu ilə Mossad rəhbəri arasında gərginlik

İsrailin Baş naziri Benyamin Netanyahu ilə “Mossad”ın direktoru David Barnea arasında İranla müharibə fonunda yaranmış gərginlik daha da dərinləşib.
Barnea son bir həftə ərzində Netanyahu ilə heç bir birgə iclasda iştirak etməyib.
Məlumata əsasən, qarşıdurma Netanyahu tərəfindən “Mossad” rəhbərinin İranın hərbi potensialı, eləcə də ölkənin siyasi və sosial vəziyyəti ilə bağlı yanlış məlumatlar təqdim etməkdə ittiham olunmasından sonra yaranıb.
"Bu cür məlumatlar İsraili nəticəsi qeyri-müəyyən olan müharibəyə sürükləyib və mümkün məğlubiyyət ölkə üçün ciddi ciddi təhlükə yarada bilər", - deyə Netenyahu qeyd edib.
27-03-2026, 16:05
Gömrükdə yığılan cərimələrin istifadəsində YENİLİK


Gömrükdə yığılan cərimələrin istifadəsində YENİLİK

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib.
Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və haqların (vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.
Yeni qanuna əsasənə həmin vəsait dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri istisna olmaqla) sərf ediləcək.
Daha əvvəl yuxarıda qeyd edilən istisna Gömrük Məcəlləsində nəzərdə tutulmamışdı.
27-03-2026, 15:44
İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır


İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır

"İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay deyib.
O bildirib ki, bu hücumların İrana heç bir faydası yoxdur:
"Azərbaycanla tez-tez bu mövzuda müzakirələr aparırıq. Həm Azərbaycana, həm də Türkiyəyə İran tərəfindən raketlərin atılması əsla baş verməməli idi. Çünki Azərbaycan və Türkiyə bu müharibənin mənasız olduğunu ən güclü şəkildə ifadə edən ölkələr sırasındadır.
Burada təxribat ehtimalları da ciddi şəkildə müzakirə olunur. Çünki İranın bu iki ölkəyə hücum etməsinin ona heç bir faydası yoxdur. Məsud Pezeşkian da açıqlamasında bildirib ki, bu hücumlar İran tərəfindən həyata keçirilməyib".
Fuat Oktay Azərbaycan və Türkiyəyə atılan raketlərin kimin göstərişi ilə həyata keçirildiyinin araşdırılmasının vacib olduğunu vurğulayıb:
"Bəli, raketin İran ərazisindən atıldığı məlumdur və düyməyə basan şəxsin iranlı olması mümkündür. Lakin əsas məsələ odur ki, həmin düyməyə kimin göstərişi ilə basıldığı araşdırılmalıdır", - deyə o qeyd edib.
27-03-2026, 15:35
Baş nazir istefa verdi


Baş nazir istefa verdi

Monqolustan hökumətinin başçısı Qombojavın Zandanşatar vəzifəsindən azad edilməsi barədə ərizə verib.
Bu barədə onun baş katibi Yanquuqiyn Sodbaatar məlumat verib.
"Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyət və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə edilib. İclasda Baş nazir Qombojavın Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi verib", - o deyib.
Şura Zandanşatarın istefa ərizəsini qəbul edib. Partiyanın fraksiyası bu məsələni qanuna uyğun şəkildə müzakirə edəcək.
"Qərar plenar iclasda parlament komitələrinin və deputatların müzakirəsinə çıxarılacaq", - Sodbaatar əlavə edib.
27-03-2026, 15:17
İsrail İrana zərbələri gücləndirəcək


İsrail İrana zərbələri gücləndirəcək

İsrailin müdafiə naziri İsrael Kats İran tərəfindən davam edən raket hücumlarına cavab olaraq bu ölkəyə zərbələrin gücləndirilməsi və hədəflərin siyahısının genişləndirilməsinin planlaşdırıldığını bildirib.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahu və mən İranı İsrailin mülki əhalisinə raket atəşlərini dayandırmağa çağırdıq. Xəbərdarlıqlara baxmayaraq, atəş davam edir. Buna görə də İsrail ordusunun İrana hücumları gücləndirilərək əlavə hədəflərə və sahələrə genişləndiriləcək", - o qeyd edib.
27-03-2026, 15:09
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Lənkəranda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, Lənkaran stansiyasından 12 km qərbdə, Lənkaran rayonunda 3.1maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
27-03-2026, 14:56
Natenyahu ölən hərbçinin fotosunu paylaşdı


Natenyahu ölən hərbçinin fotosunu paylaşdı

İsrailin Baş naziri Benyamin Netanyahu Livanda döyüşlər zamanı həlak olan tank qoşunlarının hərbçisi, serjant Aviyad Elxanan Volenskinin ailəsinə başsağlığı verib.
Bu barədə Baş nazir X sosial şəbəkə hesabında paylaşım edib.
“Həyat yoldaşımla birlikdə qəhrəman hərbçi Aviyad Elxanan Volenskinin ailəsinə dərin hüznlə başsağlığı veririk. İsrail vətəndaşları ilə birlikdə ona dəstəyimizi ifadə edirik. O, ölkəmizə qarşı çıxanlara qarşı cəsarət və qəhrəmanlıqla döyüşüb”, - deyə Netenyahu qeyd edib.
27-03-2026, 14:51
Tarix-diyarşünaslıq muzeylərində monitorinq


Tarix-diyarşünaslıq

muzeylərində monitorinq


Muzey mütəxəssisləri Mərkəzi Aran regionundakı tarix-diyarşünaslıq muzeylərinin ümumi monitorinqini ediblər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin əmri əsasında 2-6 mart 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül Zeynalova Mərkəzi Aran regionundakı (Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir) tarix muzeylərinə ezam ediliblər.

Muzey mütəxəssisləri regionun tarix-diyarşünaslıq muzeylərinin işçilərinin ümumi monitorinqi çərçivəsində muzey ekspozisiyası, fondlar, davamiyyətin ümumi vəziyyəti, arxiv, sənədləşmə işləri və d. məsələləri nəzərdən keçirərək müasir elektronlaşma, rəqəmsallıq işləri ilə əlaqədar məsləhətlərini bildiriblər.

Ezamiyyət müddətində hər bir muzeydə muzey materiallarının nümayişi, qorunması, qeydiyyatı ilə əlaqədar nəzərə çarpan iradlar, qeydlər də edilmiş, müasir muzeylərdə tətbiq edilən fond materialları ilə işləmə üsulları barədə izahlar verilmişdir.
Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına muzeylərin elektron məlumat bazası ilə işləmə qaydaları açıqlanmış, hər bir muzey əməkdaşının qiymətləndirməsi edilmişdir. Hər bir muzeydə ekspozisiyanın ümumi görünüşü, vitrinləri, daxili qeydiyyat kitabları, seçilmiş muzey materiallarının çeşidlənməsi, qorunması ilə bərabər beynəlxalq qaydalara uyğun tədqiqi və təbliğinin mühümlüyü bildirilmişdir.

Ezamiyyət nəticəsində fəaliyyət planına müvafiq işlər yerinə yetirilmiş və Mərkəzi Aran regionundakı tarix-diyarşünaslıq muzeylərinin müasir vəziyyəti barədə qənaətlər əldə edilmiş, mövcud problemlər qeydə alınmışdır.

Regionda olduqları müddətdə Bakıdan ezam olunan muzey əməkdaşlarına məsləhət və köməyini əsirgəməyən Mərkəzi Aran regionunun muzey işçilərinə, Mərkəzi Aran Regionunun Mədəniyyət İdarəsinin rəisi v.i.e. Namiq Tarverdiyevə, həmin idarənin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zəfər Hacıyevə, inzibati-təşkilat işləri sektorunun müdiri Orxan İbrahimova və Mingəçevir şəhərinin sakini, sahibkar, xeyriyyəçi Knyaz Yusifova xüsusi təşəkkür bildirilmişdir.

Aygün Məmmədova

AJB üzvü, t.ü.f.d.
27-03-2026, 14:48
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi


Qaydaları pozan idmançımıza 4 illik cəza verildi

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.
Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.
2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!