Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
20-04-2026, 22:56
“İranlılar gücə boyun əymirlər”

“İranlılar gücə boyun əymirlər”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la münasibətlər fonunda sərt açıqlama verib. Bildirib ki, öhdəliklərin yerinə yetirilməsi konstruktiv dialoqun əsasını təşkil edir. Bununla yanaşı, Pezeşkian İranın ABŞ hökumətinə qarşı dərin tarixi etimadsızlığının hələ də davam etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, Vaşinqtondan gələn ziddiyyətli və qeyri-konstruktiv siqnallar mənfi mesaj verir və bu yanaşma İranın təslim olmasına yönəlib.
“İranlılar gücə boyun əymirlır”, – deyə Pezeşkian əlavə edib.
20-04-2026, 22:50
İki internet provayderi BAĞLANDI

İki internet provayderi BAĞLANDI

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Butov.az xəbər verir ki, bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.
Sözügedən provayderlərin uçotu ləğv edildiyinə görə, fəaliyyətləri dayandırılıb.
Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınmışdı.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
20-04-2026, 11:31
Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır.

Ermənistan Türkiyə ilə

sərhədlərin açılmasına hazırdır.


Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumunda türk mediasına verdiyi açıqlamada bildirib.
"Ermənistan buna bu gün, hətta dünən də hazır idi. Biz həm siyasi, həm də texniki cəhətdən hazırıq; sərhəddə lazımi infrastruktur işləri başa çatıb. Bu mərhələdə qərar Türkiyənindir", - deyə o bildirib.
Nazir müavini son illərdə iki ölkə arasında əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib və dialoqun artıq Xarici İşlər Nazirlikləri ilə məhdudlaşmadığını, liderlər səviyyəsinə qədər genişləndirildiyini əlavə edib. O, həmçinin müxtəlif nazirliklər arasında əlaqələrin başladığını və prosesin konstruktiv şəkildə irəliləyiş göstərdiyini qeyd edib.
Nazir müavini Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq iki ölkə arasında sülhün bərqərar olduğunu və yeni dövrdə diqqətin iqtisadi əməkdaşlığın və ticarətin inkişafına yönəldiyini bildirib. Kostanyan əlavə edib ki, sərhədlərin demarkasiyası kimi texniki proseslər təbii şəkildə irəliləyir.
Hörmüz boğazındakı hadisələrin qlobal bazarlara təsirinə toxunan nazir müavini bu vəziyyətin dolayı yolla Ermənistan iqtisadiyyatına da təsir etdiyini bildirib. Hələ ciddi bir böhranın baş vermədiyini qeyd edən Kostanyan, vəziyyətin uzun müddət davam edəcəyi təqdirdə ölkənin artım göstəricilərinə və iqtisadi perspektivlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etdi.
20-04-2026, 10:25
Tbilisidə azərbaycanlı tələbə ölüb

Tbilisidə azərbaycanlı

tələbə ölüb


Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı tələbə qızın meyiti tapılıb.
Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.
Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar yaşadıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib. (Qafqazinfo)
20-04-2026, 10:20
Azərbaycan ilk alıcıdır

Azərbaycan ilk alıcıdır

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan HAVELSAN Azərbaycana ixrac uğuruna imza atıb.
Şirkətin hazırladığı milli korporativ resurs idarəetmə sistemi KOVAN artıq Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib.
Şirkət bu barədə sosial media hesabında məlumat yayıb. Bildirilib ki, dost və qardaş Azərbaycan Türkiyədən sonra KOVAN sistemindən istifadə edən ilk ölkə olub:
“Dost və qardaş Azərbaycan, Türkiyədən sonra milli korporativ resurs idarəetmə sistemimiz KOVAN-ı istifadə edən ilk ölkə oldu. KOVAN Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verildi. Xeyirli olsun”.
Qeyd edək ki, KOVAN sistemi Türkiyədə rəqəmsal transformasiya çərçivəsində hazırlanıb. Məqsəd xarici mənşəli proqram təminatlarından asılılığı azaltmaq və xüsusilə müdafiə və dövlət sektorunda məlumat təhlükəsizliyini gücləndirməkdir.
Yerli platforma üzərində qurulan bu sistem dövlət qurumlarının, hərbi strukturların və özəl sektorun iş proseslərini vahid platformada idarə etməyə imkan verir. Müasir texnologiyalar və beynəlxalq standartlar əsasında hazırlanmış KOVAN sistemi vasitəsilə kritik məlumatların təhlükəsiz şəkildə milli sistemlərdə saxlanılması hədəflənir.
20-04-2026, 07:55
Gəncədə yanğın təlimi


Gəncədə yanğın təlimi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
20-04-2026, 07:49


Azərbaycan Astanada

Azərbaycan Astanada  təmsil olunur
təmsil olunur


Astanada II “NOMAD AWARDS” beynəlxalq müsabiqə-festivalının qala-konserti keçirilir.
Qala-konsert festivalın əsas tədbiridir və MDB ölkələri və uzaq xaricdən yaradıcı qrupları səhnədə bir araya gətirir.
Konsert proqramında dünya xalqlarının unikallığını, adət-ənənələrini və mədəni irsini əks etdirən canlı xoreoqrafik əsərlər təqdim olunur. Xalq rəqslərindən ibarət qala-konsert rəqs mədəniyyətinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir, gənc ifaçılar arasında mədəni qarşılıqlı əlaqənin, yaradıcı mübadilənin və dostluğun simvoludur.
Festivalın qaliblərini beş ölkənin nümayəndələrindən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edir. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoreoqrafı, Əməkdar artist Ceyhun Qubadov münsiflər heyətində Azərbaycanı təmsil edir.
20-04-2026, 07:30
Şərif Pezeşkianla vəziyyəti müzakirə edib


Şərif Pezeşkianla

vəziyyəti müzakirə edib


Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.
Bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb:
"Bu axşam Prezident Məsud Pezeşkyanla regional vəziyyətin inkişafı ilə bağlı səmimi və konstruktiv danışıq apardım.
Mən İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini, eləcə də Tehranda feldmarşal Seyid Asim Munirlə son müzakirələri təqdir etdim", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, Pakistan davamlı sülhün və regional sabitliyin təmin edilməsində dürüst və səmimi vasitəçi roluna tam sadiqdir.
20-04-2026, 07:26
Alpinistimiz 9-cu zirvəni fəth etdi

Alpinistimiz 9-cu zirvəni fəth etdi

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.

Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!