20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
16-10-2026, 22:37
Nyu-Yorkda kitab təqdimatı

Nyu-Yorkda

kitab təqdimatı

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ABŞ-nin Nyu-York şəhərində professor Fəridə Səfiyevanın müəllifi olduğu “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixi sənədlər, ailə arxivləri və nadir fotoşəkillər əsasında hazırlanmış bu nəşr İrəvanın tarixi keçmişinin öyrənilməsi, şəhərdə yaşamış azərbaycanlı ailələrin irsinin araşdırılması və onların görkəmli nümayəndələrinin fəaliyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Tədbirin açılışını “My Way” mərkəzinin rəhbəri Alyona Bədəlova edib.

Əməkdar artist, Amerika-Azərbaycan İctimai Birliklər Alyansının prezidenti, professor Nərgiz Əliyarova kitab haqqında qısa məlumat verərək müəllifin elmi yaradıcılığına və çoxşaxəli fəaliyyətinə diqqət çəkib. O bildirib ki, 13 kitabın və 90-dan çox elmi məqalənin müəllifi olan Fəridə Səfiyevanın bu əsəri müəllifin həmin istiqamətdə qələmə aldığı üçüncü kitabıdır və əvvəlki nəşrlərdən əsasən arxiv materiallarına söykənməsi ilə fərqlənir.
Daha sonra professor Fəridə Səfiyeva çıxış edərək kitabın yaranma tarixindən, tədqiqatın elmi məqsədlərindən və İrəvan mövzusunun onun həyatında tutduğu xüsusi yerdən danışıb. Əsas elmi fəaliyyəti filologiya ilə bağlı olan müəllif üçün İrəvanın tarixi yalnız elmi araşdırma mövzusu deyil, həm də ailə yaddaşı və mənəvi bağlılıqla əlaqəli məsələdir. O qeyd edib ki, anası, Əməkdar jurnalist Sifran Nəcəfova İrəvanda doğulub. Anasının və nənəsinin dilindən eşitdiyi ağrılı xatirələr onun bu mövzuya marağının formalaşmasında mühüm rol oynayıb. Hazırda Qərbi Azərbaycan İcmasının İrəvan Şəhər İcmasının sədri olan professor Fəridə Səfiyeva tarixi irsin araşdırılmasını, sənədlərin elmi dövriyyəyə daxil edilməsini və milli yaddaşın gələcək nəsillərə ötürülməsini fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

Müəllif bildirib ki, İrəvana həsr etdiyi ilk iki kitabda şəhərin tarixi, İrəvan xanlığının yaranması, memarlıq irsi və burada yetişmiş 70 ziyalının həyat və fəaliyyəti araşdırılıb. Yeni nəşr isə mənbələri və tədqiqat üsulu baxımından fərqlənir. Kitabda İrəvanla bağlı on tanınmış ailənin - Əliyevlərin, Topçubaşovların, Seyidzadələrin, Hüseynovların, Nəcəfovların, Əhmədovların, iki ayrı Qazıyev nəslinin, Mirbabayevlərin və Mirbağırovların tarixi təqdim olunur. Ailə şəcərələri, arxiv sənədləri, şəxsi yazışmalar və fotoalbomlarda qorunmuş nadir şəkillər vasitəsilə bu ailələrin İrəvandakı həyatı, şəhərlə bağlılığı və sonrakı taleləri izlənilir. Nəşrdə ailələrin İrəvanda yaşadıqları evlərə dair sənədlərin də yer alması onun elmi mənbə kimi əhəmiyyətini artırır.
Fəridə Səfiyeva təqdimat zamanı hər bir ailə haqqında ayrıca məlumat verərək onların görkəmli nümayəndələrinin həyat və fəaliyyətindən bəhs edib.
Müəllif vurğulayıb ki, tədqiqatın əsas məqsədi İrəvanın Azərbaycan tarixindəki yerini, şəhərdə yaşamış ailələrin irsini və buradan çıxmış görkəmli şəxsiyyətlərin xidmətlərini sənədlər əsasında araşdırmaq, tarixi faktları elmi təhlillə təqdim etməkdir. Fəridə Səfiyeva ümidvar olduğunu bildirib ki, kitab digər İrəvan ailələrini də öz arxivlərində qorunan sənədləri, fotoşəkilləri və xatirələri toplamağa, sistemləşdirməyə və araşdırmağa təşviq edəcək.

Tədbirdə rəssam Nübar Əzimova çıxışında tarixi yaddaşın və milli-mədəni irsin qorunmasında sənətin roluna diqqət çəkib. Əhmədovlar ailəsinin nümayəndəsi Ülkər Turabova isə ailəsinin göstərdiyi diqqətə və müəllifə verilən dəyərə görə minnətdarlığını bildirərək kitabın nəşrini və təqdimatını əlamətdar hadisə kimi qiymətləndirib.
Tədbirdə iştirak edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin müavini Elvin Əşrəfzadə professor Fəridə Səfiyevanı kitabın nəşri münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, əsərin ingilis dilində nəşrini və beynəlxalq auditoriyaya təqdim edilməsini böyük uğur kimi dəyərləndirib.
15-10-2026, 20:24
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Laosla əməkdaşlıq

Azərbaycanın yeni

iqtisadi

imkanlarını

genişləndirir

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub. Dövlət başçısı siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq iqtisadi əməkdaşlığın genişləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını və yeni investisiya imkanlarının reallaşdırılmasını əsas prioritetlərdən biri kimi diqqətə çatdırıb.
Prezident İlham Əliyev bildirib ki, keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. Qəbul edilən Birgə Bəyanatın da qarşılıqlı münasibətlərin inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacağını qeyd edən dövlət başçısı səfərin Azərbaycan-Laos əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu bildirən İlham Əliyev qeyd edib ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində uzun müddətdir qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının yaradılması və hakim partiyalar arasında əməkdaşlıq da münasibətlərin möhkəmlənməsinin göstəricilərindəndir.
Dövlət başçısının bəyanatında iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Prezident bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin real potensialını və əməkdaşlıq niyyətlərini tam əks etdirmir. Bu baxımdan iqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi, xüsusilə qarşılıqlı ticarətin həcminin artırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Bakıda keçirilməsi planlaşdırılan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və biznes təşəbbüslərinin inkişafı baxımından əhəmiyyətli platforma olacaq.
İlham Əliyev Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşlarının genişləndiyini diqqətə çatdıraraq Laosla bu istiqamətdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu bildirib. Prezidentin sözlərinə görə, Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim edilməsi qarşılıqlı faydalı sərmayə təşəbbüslərinin reallaşdırılmasına şərait yarada bilər. Azərbaycanın beynəlxalq investisiya təcrübəsi yeni iş yerlərinin yaradılması və istehsal sahələrinin inkişafı baxımından tərəfdaş ölkələr üçün də faydalı nəticələr vəd edir.

Humanitar əməkdaşlıq da müzakirələrin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin yenidən canlandırılmasını təklif edib. Bu məqsədlə təqaüd mexanizminin tətbiqi məsələsi də gündəmə gətirilib.

Azərbaycan və Laosun üzləşdiyi mina təhlükəsi də diqqətə çatdırılan məsələlər arasında yer alıb. İlham Əliyev qeyd edib ki, müharibədən uzun illər keçməsinə baxmayaraq, Laosda mina problemi insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaqda davam edir. Azərbaycanın da bu sahədə ciddi problemlərlə üzləşdiyini bildirən Prezident Ermənistanın işğalı nəticəsində ölkə ərazisində bir milyondan çox minanın basdırıldığını, son 5-6 il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını vurğulayıb

Nəqliyyat və logistika sahəsində əlaqələrin inkişafı da perspektivli istiqamətlərdən biri kimi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat-logistika infrastrukturunun formalaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin cəlb edilməsinə və daşımaların həcminin artırılmasına diqqət yetirildiyini bildirib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi nəticəsində Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının yaranması gələcək əməkdaşlıq üçün yeni perspektivlər aça bilər.
Bəyanatda energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində də qarşılıqlı fəaliyyət imkanlarının müzakirə olunduğu bildirilib. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın konkret layihələr və praktiki addımlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Laosu Azərbaycanın dost ölkəsi kimi xarakterizə edən dövlət başçısı iki ölkə arasında uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib. Thonqlun Sisulitin Azərbaycana səfərinin tarixi əhəmiyyət daşıdığını qeyd edən İlham Əliyev Laos Prezidentinin ötən əsrin 80-ci illərində də ölkəmizdə olduğunu, hazırkı səfərin isə Laos dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan və Laos arasında münasibətlərin inkişafı siyasi dialoqun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, humanitar və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Səfər çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrlə davam etdirilməsi iki ölkə arasında tərəfdaşlığın daha da inkişafına xidmət edə bilər.

Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
15-10-2026, 20:14
Zəfərdən davamlı inkişafa: LDU-da strateji hədəflər müzakirə olunub

Zəfərdən davamlı inkişafa:

LDU-da strateji hədəflər

müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin (LDU) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında etdiyi proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev Prezident İlham Əliyevin qurultaydakı tarixi çıxışının əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilən hədəflərin ölkənin inkişaf dinamikasına verəcəyi töhfələrdən bəhs edib. Qeyd edib ki, YAP sədri cənab İlham Əliyev qurultaydakı çıxışında müasir gəncliyin informasiya təxribatlarından qorunmasında və güclü dövlətçilik təfəkkürünün formalaşmasında müasir təhsilin rolunu önə çəkərək bildirib ki, təhsil və tərbiyə sahəsində atılan hər bir addım birbaşa milli təhlükəsizlik və gələcək inkişaf strategiyası ilə bağlıdır. İ.Əmənullayev partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi strateji hədəflərin ölkənin ümumi inkişaf dinamikasına verəcəyi töhfələrdən bəhs edərək, yerli təşkilatların və partiya fəallarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.

Daha sonra universitetin professor-müəllim heyətinin məruzələri dinlənilib. LDU-nun sosial məsələlər üzrə prorektoru, YAP universitet ərazi partiya təşkilatının sədri və partiyanın VIII Qurultayının nümayəndəsi Ramiz Şəmmədov “İdeoloji təhlükəsizlik və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri Kamal Mahmudov “Müstəqil xarici siyasət və Azərbaycanın artan beynəlxalq nüfuzu”, İqtisadiyyat və innovativ idarəetmə kafedrasının dosenti Fərid Xankişiyev “Zəfərdən davamlı inkişafa: Güclü Azərbaycan modelinin yeni hədəfləri”, Aqrar elmlər kafedrasının müəllimi Nahid Əzizli “Böyük qayıdış: Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində yeni mərhələ” mövzularında çıxış ediblər. Çıxışlarda qlobal çağırışlar fonunda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi, Azərbaycanın müstəqil xarici siyasət kursunun ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirdiyi, post-münaqişə dövrünün iqtisadi prioritetləri, azad edilmiş torpaqlarda aparılan nəhəng quruculuq işləri və s. məsələlərdən ətraflı söz açılıb.

Tədbirin sonunda LDU ərazi partiya təşkilatının üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış rəsmi müraciət yekdilliklə qəbul olunub. Müraciətin mətnini oxuyan LDU-nun Baş elmi katibi Allahşükür Quliyev universitet kollektivinin və partiya fəallarının dövlətin daxili və xarici kursuna tam dəstəyini ifadə edib.
Toplantı Yeni Azərbaycan Partiyasının Himninin sədaları ilə yekunlaşıb.

15-10-2026, 06:26
15-10-2026, 06:17
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ

NAZİM MUSTAFA

AĞBABANIN FƏXRİ,

TARİXİMİZİN VƏFALI QƏLƏMİ

El oğlu, dost, ağabəyim; elmi, şəxsiyyəti və yurd sevgisi ilə könüllərdə yer tutmuş də¬yərli bir insan… Nazım Mustafa.
İnsan həyatında elə şəxsiyyətlər var ki, onların dəyəri yalnız sahib olduqları vəzi-fələrlə, qazandıqları adlarla və ya ortaya qoyduqları əsərlərlə ölçülə bilməz. Onlar elmlə¬ri¬ni doğma yurdlarının yaddaşına, zəhmətlərini xalqlarının tarixinə, könüllərini isə insan¬lığa həsr edirlər. Qələmlərini həqiqətin xidmətinə verir, keçmişin unudulmağa üz tutmuş izlərini gələcəyə daşıyırlar. Belə insanlar yaşadıqları cəmiyyətin yalnız bir üzvü deyil, həm də yaddaşı, vicdanı və fəxr mənbəyidir.
Mənim üçün Dr. Nazim Mustafa da bu dəyərli şəxsiyyətlərdən biridir.
El oğlu, dost, ağabəyim; səmimiyyəti, təvazökarlığı, çalışqanlığı və yurd sevgisi ilə kön¬lümüzdə xüsusi yer tutan Dr. Nazim müəllimin, yəni Nazim Mustafanın həyat yolunu düşündükdə, ilk növbədə insan ömrünün nə qədər sürətlə keçdiyi və geridə qoyulan əsər¬lərin insan həyatına necə məna qazandırdığı yadıma düşür.
Bu yaxınlarda Ağbabanın dəyərli böyüklərindən, hörmətli Dosent Dr. Tacir Səmimi müəllimdən Nazim müəllimin altmış doqquz yaşını tamamladığını öyrəndim. Bu xəbəri ilk eşidəndə, doğrusu, təəccübləndim. İnsanın könlündə illərdir gəncliyi, ener¬jisi və bitib-tükənməyən çalışma həvəsi ilə yer etmiş bir dostunun yaşını düşünəndə, is¬tər-istəməz di¬lindən bu sözlər süzülür:
“Bu illər necə də tez gəlib keçdi!”
İnanmaq istəsən də, istəməsən də zaman öz hökmünü yeridir. Fələyin çarxı fırlanır, insan ömrü su kimi axıb gedir. Günlər həftələrə, həftələr aylara, aylar illərə qarışır. Bir də baxırsan ki, dünənin gəncləri illərin təcrübəsini çiyinlərində daşıyan insanlara çevriliblər. Saçlara dən düşüb, üzlərə həyatın izləri hopub, geridə isə xatirələr, zəhmətlər və əsərlər qalıb.
Ancaq insanın həqiqi yaşı yalnız təqvim vərəqləri ilə ölçülmür. Bəzi insanlar illər keçdikcə yorulur, bəziləri isə gördükləri işlərlə, daşıdıqları ideallarla və ortaya qoyduqları əsərlərlə hər keçən il daha da dəyər qazanırlar. Nazim Mustafanın həyatına və fəaliyyə¬ti¬nə baxanda, onun ömrünü mənalı edən ən mühüm xüsusiyyətin keçən illəri biliyə, araş¬dır¬maya və tariximizə xidmətə çevirməsi olduğunu görürəm.

Bir ömrün elmə, həqiqətə və yurda həsr olunmuş hekayəsi

Nazim Yusif oğlu Mustafayev 2 yanvar 1957-ci ildə Amasiya rayonunun Güllü¬bu-laq kəndində dünyaya gəlib. Onun həyat hekayəsi doğulduğu torpağın mədəniyyətini və yaddaşını daşıyan, təhsillə formalaşan və zaman keçdikcə tarix araşdırmalarına yönələn bir zəhmət yolçuluğudur.
Ali təhsilini başa vurduqdan sonra doğulub boya-başa çatdığı Güllübulaq kəndində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Daha sonra Amasiya Rayon Komsomol Ko¬mitəsində ikinci və birinci katib vəzifələrində çalışıb, Amasiya Rayon Partiya Komitə¬sin¬də isə təlimatçı vəzifəsini yerinə yetirib.
Lakin 1988-ci ildə bölgədə yenidən alovlanan erməni zorakılığı və yaşanan acı ha-di¬sələr, bir çox Qərbi azərbaycanlı kimi, Nazim Müəllimin də həyat yolunu dəyişib. İn-sanların doğulub boya-başa çatdıqları kəndlərdən, ata-baba yurdlarından və xatirələrindən qo¬parıldığı həmin qarışıq dövrdə Nazim Müəllim də Azərbaycana, Bakı şəhərinə sığın¬mağa məcbur olub.
Bu köç yalnız bir yerdən başqa yerə köçmək deyildi. İnsan üçün doğulduğu tor-paq¬lardan ayrılmaq uşaqlığını, gəncliyini, ailə xatirələrini və onu formalaşdıran mühiti geridə qoy¬maq deməkdir. Bir kəndin küçələrini, bulaqlarını, əkin sahələrini, dağlarını və qəbi¬ris¬tanlıqlarını yaddaşında daşıyaraq başqa bir şəhərdə yeni həyat qurmaq asan deyil. Xü¬su¬silə də insanın könlü doğma yurdunda qalıbsa…
Ancaq elə insanlar var ki, həyatın qarşılarına çıxardığı çətinlikləri yalnız itki kimi yaşamır, onları yeni bir məsuliyyətin başlanğıcına çevirirlər. Nazim Müəllimin sonrakı həyat yolu da bu baxımdan diqqətəlayiqdir. Yaşadığı çətinliklərə baxmayaraq, çalışma əzmini itirməyib, biliklərini artırmağa və cəmiyyətinə xidmət etməyə davam edib.
Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində təlimatçı vəzifəsində çalışıb; Azərbay¬can Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda, eləcə də Mil¬lətlərarası Münasibətlər İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərib. Bununla ya¬naşı, “Vətəndaş”, “Avrasiya”, “Dövran” və “Xalq” kimi müxtəlif qəzetlərdə müxbirlik, re¬daktorluq və şöbə müdiri də daxil olmaqla, fərqli vəzifələrdə çalışıb.
Bu fəaliyyətlər onun yalnız akademik araşdırmalarla məhdudlaşmadığını, mətbuat, nəşriyyat və ictimai məsələlərlə də yaxından maraqlandığını göstərir.
Nazim Müəllimin həyatındakı bu müxtəlif vəzifələri birlikdə nəzərdən keçirdikdə qarşımıza yalnız bir alim deyil, araşdıran, sorğulayan, yazan, anlatan və cəmiyyətin prob¬lemlərini özünə dərd edən çoxşaxəli bir ziyalı çıxır.

Tarixin izini sürən bir araşdırmaçı

Tarix yalnız keçmişdə baş vermiş hadisələrin ardıcıl şəkildə sadalanmasından ibarət deyil. Tarix bir xalqın haradan gəldiyini, hansı şəraitlərdən keçdiyini, hansı acıları yaşa¬dı¬ğını və gələcəyə hansı mirası qoyduğunu anlamağın ən mühüm yollarından biridir.
Ancaq tarixi həqiqətlərə çatmaq çox vaxt böyük səbir, diqqətli araşdırma və güclü mənbə bilgisi tələb edir. Xüsusilə mübahisəli tarixi məsələlərdə sənədləri müqayisə et-mək, arxiv materiallarını araşdırmaq, müxtəlif dillərdə nəşr olunmuş mənbələri dəyər-lən¬dirmək və əldə edilən məlumatları elmi meyarlarla təhlil etmək böyük əhəmiyyət daşıyır.
Nazim Mustafanın çalışmalarını dəyərli edən xüsusiyyətlərdən biri də məhz bu araş¬dırma intizamına verdiyi önəmdir.
Onu tanıyanların və çalışmalarını izləyənlərin bildiyi kimi, Nazim Müəllim vaxtının əhəmiyyətli bir hissəsini arxivlərdə və kitabxanalarda keçirən, araşdırmalarını böyük zəh¬mət¬lə davam etdirən bir alimdir. Onun hər bir əsərinin arxasında uzunmüddətli araşdır¬ma¬¬ların, mənbə axtarışlarının və tarixi məsələləri aydınlaşdırmaq cəhdlərinin dayandığı gö¬rünür.
Onun elmi çalışmalarında xüsusilə erməni məsələsi, tarixi həqiqətlərin təhrif edil-mə¬si, Qərbi Azərbaycandakı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, Ağbaba-Şö¬rəyel bölgəsinin tarixi və Azərbaycan türklərinin keçmişi mühüm yer tutur.
Bu mövzuların hər biri yalnız keçmişə aid araşdırma başlıqları deyil. Eyni zamanda tarixi yaddaşın qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və bir cəmiyyətin öz keçmişini sənədlər əsasında tanıya bilməsi baxımından da əhəmiyyətlidir.
Çünki bir xalqın tarixini araşdırmaq yalnız qədim hadisələri öyrənmək demək deyil. Həmin xalqın yaşadığı coğrafiyanı, saldığı yaşayış məntəqələrini, istifadə etdiyi adları, ya¬ratdığı mədəniyyəti və nəsildən-nəslə ötürdüyü xatirələri də anlamağa çalışmaqdır.
Nazim Mustafanın xüsusilə Qərbi Azərbaycanın tarixi coğrafiyası və Ağbaba-Şörə¬yel üzərində apardığı araşdırmalar bu baxımdan ayrıca diqqətəlayiqdir. Çünki Ağbaba bizim üçün yalnız xəritədə göstərilən bir coğrafiya deyil. Ağbaba kəndlərimiz, yaylaqları¬mız, dağlarımız, bulaqlarımız, qəbiristanlıqlarımız, mahnılarımız, nağıllarımız, aşıqları¬mız və əcdadlarımızdan miras qalan xatirələrimizdir.
Ağbabanı anlamaq həmin coğrafiyada yaşamış insanların həyatını anlamaqdır. Onun tarixini araşdırmaq isə yalnız keçmişdə nələrin baş verdiyini deyil, bu gün kim olduğumuzu və hansı mədəni irsi daşıdığımızı anlamağa da kömək edir.
Bu səbəbdən Ağbaba tarixinə dair hər bir ciddi araşdırmanı mənbələrə əsaslanmaq və elmi üsullarla aparılmaq şərti ilə mədəni yaddaşımıza verilmiş dəyərli töhfə hesab edirəm.

Erməni dilli mənbələrə bələd olmasının əhəmiyyəti

Nazim Müəllimin araşdırmaçı kimliyini önə çıxaran xüsusiyyətlərdən biri də erməni dilini çox yaxşı bilməsi və bu dildə nəşr olunmuş mənbələrdən istifadə edə bilməsidir.
Tarix araşdırmalarında müxtəlif dillərdəki mənbələri oxuya bilmək araşdırmaçının imkanlarını genişləndirir. Bir mövzunu yalnız bir dildə yazılmış əsərlər əsasında dəyər-lən¬dirmək bəzən araşdırmanın imkanlarını məhdudlaşdıra bilər. Bunun əksinə olaraq, müx¬təlif dillərdəki sənədləri və nəşrləri araşdırmaq, mənbələri müqayisə etmək və fərqli yanaşmaları dəyərləndirmək daha əhatəli araşdırma aparmağa kömək edir.
Xüsusilə Ermənistanın tarixi coğrafiyası, Qərbi Azərbaycandakı yer adları, əhali hə¬rəkətləri və bölgənin yaxın tarixi kimi məsələlərdə erməni dilli mənbələrə çıxış əldə et¬mək araşdırmaçıya mühüm imkanlar yaradır.
Nazim Mustafanın bu dildəki əsərlərdən də yararlanması onun araşdırmalarında müx¬təlif mənbələrə müraciət etmək imkanını genişləndirən xüsusiyyətdir.
Əlbəttə, tarixi bir iddianın etibarlılığı yalnız istifadə olunan mənbənin dili ilə deyil, sənədin mahiyyəti, etibarlılığı, konteksti və digər mənbələrlə müqayisəsi əsasında müəy¬yən edilir. Elmi araşdırmanın əsas gücü də məhz buradadır: iddiaları sənədlərlə əsaslan¬dırmaq, məlumatları təhlil etmək və əldə olunan nəticələri araşdırmanın tələb etdiyi də¬qiq¬liklə ortaya qoymaq.
Nazim Müəllimin illər boyu arxivlərdə və kitabxanalarda davam etdirdiyi çalışma-ların əhəmiyyətini dəyərləndirərkən bu araşdırma yanaşmasını nəzərə almaq lazımdır.
Əsərləri ilə tarixə salınan qeydlər
Nazim Mustafanın qələmə aldığı əsərlər onun araşdırma sahələrinin genişliyini və tarixi məsələlərə göstərdiyi marağı ortaya qoyur.
2012-ci ildə Nazim Mustafanın elmi fəaliyyətində mühüm bir mərhələ yaşanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2012-ci il tarixli sərən-camı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair bir sıra əsərlərə verdiyi töhfələrə görə Nazim Yusif oğlu Mustafayev 2012-ci il üzrə Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülüb. Sözügedən sərəncam Azərbaycan Res¬pub¬¬likası Prezidentinin rəsmi internet səhifəsində dərc olunub. Bu mükafat Nazim müəl¬limin tarix araşdırmaları sahəsindəki çalışmalarının rəsmi səviyyədə təqdir edildiyini gös¬tərən mühüm nailiyyətdir.
Nazim Mustafanın elmi çalışmaları tarixi coğrafiya, yer adları, əhali hərəkətləri və Azərbaycanın yaxın tarixi kimi mühüm araşdırma sahələrini əhatə edir. Onun əsərləri arasında Vaqif Arzumanlı ilə birlikdə hazırladığı Tarixin qara səhifələri: Deportasiya. Soy¬qırım. Qaçqınlıq (Bakı: Qartal, 1998); İrəvan quberniyasında azərbaycanlıların soyqı¬rımı: 1918–1920 (Bakı: Elm, 2017); Azərbaycan Xalq Cümhuriyyəti işığında: 1918–1920: araşdırmalar, məqalələr (Bakı: Ulu İKF, 2018) və İrəvan şəhri: Türk-İslam varlığı necə yox edildi (Ankara: Berikan Yayınevi, 2015) adlı əsərlər yer alır. İbrahim Məhəm¬məd oğlu Bayramovla birlikdə hazırladığı Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması (Bakı: Şərq-Qərb, 2021) adlı əsər də tarixi-coğrafi adlar üzərində apardığı araşdırmalar sırasın¬dadır.
Nazim Mustafanın töhfə verdiyi kollektiv əsərlər arasında isə Qubadlı: qədim Azər¬baycan torpağı Zəngəzurun qapısı (Bakı: Turxan NPB, 2013) adlı monoqrafiya da yer alır. Yaqub Mikayıl oğlu Mahmudovun layihə rəhbəri və elmi redaktor olduğu bu əsər tək müəllifli kitab kimi deyil, birgə əməyə əsaslanan araşdırma əsəri kimi dəyərlən-diril¬məli¬dir. Bu biblioqrafik qeydlər Nazim Mustafanın müxtəlif tarixi məsələlər üzərində apar¬dığı araşdırmaların əhatə dairəsini və elmi fəaliyyətinin rəngarəngliyini ortaya qoyur.
Bu əsərlərin adları belə Nazim müəllimin hansı tarixi məsələlər üzərində cəmləş-diyini göstərir. Onun çalışmalarında yer alan mövzular tarixi coğrafiya, yer adları, əhali hə¬rəkətləri, regional tarix və Azərbaycanın yaxın keçmişi kimi bir-birini tamamlayan araş¬dırma sahələrini əhatə edir.
Bir araşdırmaçının geridə qoyduğu əsərlər onun illər boyunca hansı sualların ardın¬ca getdiyini və hansı məsələləri aydınlaşdırmağa çalışdığını anlamağımıza kömək edir. Kitablar yalnız çap olunmuş səhifələrdən ibarət deyil. Hər bir kitab araşdırmaçının zama¬nın¬dan, zəhmətindən, düşüncəsindən və bilik ehtiyatından bir parçanı gələcəyə daşıyır.
Bu baxımdan Nazim Mustafanın əsərlərini yalnız şəxsi akademik biliklərinin məh-sulu kimi deyil, tarixi məsələlərin sənədlər əsasında araşdırılmasına yönəlmiş uzunmüd¬dətli əməyin izləri kimi də dəyərləndirmək lazımdır.
İnsan bəzən bir kitabı əlinə alanda yalnız yazılanları görür. Halbuki həmin kitabın arxasında günlərlə, aylarla, bəlkə də illərlə davam edən bir çalışma dayanır. Oxunan bir sə¬nəd, müqayisə edilən bir mənbə, yenidən araşdırılan bir məlumat və tamamlanması üçün səbrlə gözlənilən bir tədqiqat…
Alim əməyinin mahiyyəti çox vaxt oxucunun görə bilmədiyi bu uzun və zəhmətli prosesdə gizlənir.
Nazim Müəllimin çalışmalarına duyduğum hörmətin təməlində də məhz bu zəh¬mə-tin dayandığını xüsusi vurğulamaq istəyirəm.

Tarixi yalnız kitablarda deyil, cəmiyyətin yaddaşında da axtarmaq

Mən bir folklor və Qafqaz tarixi araşdırmaçısı kimi tarixin yalnız rəsmi sənədlərdə və akademik kitablarda yaşamadığına inanıram. Tarix eyni zamanda xalqın yaddaşında, yaşlıların danışdığı xatirələrdə, aşıqların sazında, ozanların sözündə, kəndlərin qədim ad¬la¬¬rında, unudulmağa üz tutmuş ənənələrdə və nəsildən-nəslə ötürülən rəvayətlərdə də ya¬şayır.
Bir kəndin qədim adını bilən yaşlı insanın yaddaşı bəzən araşdırmaçını yeni bir sə¬nədin izinə apara bilər. Bir aşığın söylədiyi mahnı keçmişdə yaşanmış köçün və ya ayrı¬lığın xatirəsini yaşada bilər. Bir bulağın başında danışılan hekayə bir ailənin, yaxud bütöv bir kəndin keçmişinə işıq sala bilər.
Ancaq şifahi xalq ədəbiyyatı nümunələri də diqqətlə qeydə alınmalı, mənbələri gös¬tə¬rilməli və mümkün qədər başqa məlumatlarla müqayisə edilməlidir. Çünki xalq yad¬daşı çox qiymətli olsa da, araşdırmaçının vəzifəsi bu mirası qoruyarkən onu diqqətlə dəyərlən¬dirməkdir.
Ağbabanın tarixini və mədəniyyətini yaşatmaq istəyən hər kəsin qarşısında mühüm bir məsuliyyət dayanır: keçmişimizi yalnız həsrətlə xatırlamaqla kifayətlənməmək, onu araşdırmaq, qeydə almaq, sənədləşdirmək və gələcək nəsillərə ötürmək.
Bu məsuliyyətin yerinə yetirilməsində tarixçilərimizin, folklor araşdırmaçılarımızın, ədəbiyyatçılarımızın və mədəniyyət xadimlərimizin çalışmaları bir-birini tamamlayır.
Nazim Mustafanın tarix sahəsindəki araşdırmalarını da bu geniş çərçivədə dəyərlən¬di¬rirəm. Onun tarixi sənədlər üzərində apardığı çalışmalarla bizim folklor və şifahi mədə¬niyyət sahəsində həyata keçirdiyimiz araşdırmalar fərqli üsullarla da olsa, keçmişimizi an¬la¬maq kimi ortaq məqsədə xidmət edir.
Çünki keçmişini araşdırmayan cəmiyyət yaddaşının mühüm bir hissəsini itirmək təhlükəsi ilə üz-üzədir. Yaddaşını qoruyan cəmiyyət isə yaşadığı acıları, qazandığı təcrü¬bə¬ləri və sahib olduğu mədəni zənginlikləri gələcək nəsillərə ötürə bilər.

Sənədli filmlərlə tarixin daha geniş kütlələrə çatdırılması

Nazim Müəllimin çalışmaları yalnız kitablar və elmi nəşrlərlə məhdudlaşmır. O, ta¬rixi mövzuların daha geniş kütlələrə çatdırılmasına töhfə verən bir sıra sənədli filmlərin də ssenari müəllifi olub.
Bu filmlər arasında aşağıdakılar yer alır:
Ermənilərin Qafqaza köçü
Zəngəzur
Qarabağ: Əcdadlarımızın mirası
Göyçə: İtirilmiş ocaq
İrəvan: Gizlədilmiş həqiqətlər
Sənədli filmlər tarixi məsələlərin yalnız kitab oxuyan və ya elmi nəşrləri izləyən insanlara deyil, daha geniş ictimaiyyətə çatdırılması baxımından mühüm imkan yaradır. Görüntülər, nəql, arxiv materialları və tarixi məkanlar bir araya gəldikdə keçmişin izləri tamaşaçı üçün daha anlaşıqlı olur.
Xüsusilə ata-baba yurdlarından ayrılmağa məcbur olmuş xalqların keçmişindən bəhs edən əsərlər tarixi hadisələrlə yanaşı, insanların yaşadıqları itkiləri, köçləri və geridə qoyduqları həyatları da gündəmə gətirə bilər.
Göyçədən Ağbabaya, Zəngəzurdan İrəvana, Qarabağdan Naxçıvana qədər uzanan tarixi coğrafiya Azərbaycan türklərinin keçmişini anlamaq istəyən araşdırmaçılar üçün çoxsaylı tədqiqat imkanları yaradır. Bu bölgələr haqqında aparılan araşdırmaların sənəd¬lərlə dəstəklənməsi və elmi dəqiqliklə həyata keçirilməsi tarixi yaddaşın qorunması baxı¬mın¬dan əhəmiyyətlidir.
Nazim Mustafanın kitablarla yanaşı, sənədli filmlər sahəsində də fəaliyyət göstər-məsi onun tarixi mövzuları müxtəlif ifadə vasitələri ilə cəmiyyətə çatdırmağa çalışan bir ziyalı olduğunu göstərir.

Ağbabanın yetişdirdiyi dəyərli bir ziyalı

Bütün bu çalışmaların mənim üçün ayrıca bir mənası da var: Nazim Mustafa Ağ-baba kökənli bir həmvətənimizdir.
İnsanın doğulduğu və ya köklərinin bağlı olduğu coğrafiyaya duyduğu sevgini söz-lərlə tam ifadə etmək çox vaxt mümkün olmur. Çünki yurd sevgisi yalnız bir yerin adını çəkmək demək deyil. Həmin coğrafiyanın insanlarını, mədəniyyətini, tarixini, dilini və xa¬tirələrini mənimsəmək, onlara sahib çıxmaq deməkdir.
Biz Ağbabalılar üçün Ağbaba ailələrimizin keçmişində, böyüklərimizin danışdığı hekayələrdə, uşaqlığımızdan bəri eşitdiyimiz mahnılarda və yaddaşımızda daşıdığımız ata yurdu xatirələrində yaşayır.
Bəzən insan yurdundan uzaq düşür, amma yurdu insanın içindən uzaq düşmür. İllər keçir, nəsillər dəyişir, həyat başqa şəhərlərdə və başqa ölkələrdə davam edir. Bununla be¬lə, insanın köklərinə duyduğu həsrət yaşamaqda davam edir.
Bu səbəbdən Ağbabadan yetişən, öz sahəsində zəhmət çəkən, araşdıran, yazan və yaradan hər bir dəyərli insanın uğurunu yalnız şəxsi nailiyyət kimi görmürəm. Bu uğur-ları eyni zamanda mədəniyyətimizin, yetişdirdiyimiz insanların və ictimai yaddaşımızın zənginliyi hesab edirəm.
Nazim Müəllimin tarix araşdırmalarına illərini həsr etməsi, əsərlər ortaya qoyması və elmi fəaliyyətini davam etdirməsi həmvətənləri baxımından da təqdirəlayiqdir.
Əlbəttə, insanın dəyəri yalnız doğulduğu yerə və ya daşıdığı kimliyə bağlı deyil. Əsl dəyər gördüyü işlərlə, insanlara münasibəti ilə, daşıdığı məsuliyyətlə və ortaya qoyduğu əməyin keyfiyyəti ilə müəyyən olunur. Bununla yanaşı, insanın öz köklərindən gələn mə¬dəni irsi yaşatmağa töhfə verməsi də ayrıca məna daşıyır.
Mən Nazim Mustafanın timsalında yurduna duyduğu bağlılığı elmi çalışmaları ilə bir¬ləşdirən bir araşdırmaçı görürəm. Onun həyat yolu çətinliklər qarşısında çalışmağı da¬vam etdirməyin və insanın malik olduğu imkanları cəmiyyətin xeyrinə yönəltməyin əhə¬miyyətini xatırladır.
Ağbabanın adını elm aləmində, tarix araşdırmalarında və mədəniyyət sahəsində ta-nı¬dan hər bir həmvətənimizin qədrini bilmək, uğurlarını təqdir etmək və gələcək nəsil-lərə nümunə göstərmək hamımızın ortaq məsuliyyətidir.
Altmış doqquz ildən sonra geriyə qalan: Zəhmət, əsər və nüfuz
Altmış doqquz yaş insan ömründə geriyə dönüb baxmaq və görülən işləri dəyər-ləndirmək üçün mənalı bir mərhələdir. Bu yaş yalnız geridə qalan illəri deyil, həmin illə¬rin necə dəyərləndirildiyini də düşünməyə fürsət yaradır.
Bəzi insanlar ömürlərini vəzifələrin arxasınca keçirdir, bəziləri isə özlərindən sonra qalacaq əsərlər yaratmaq üçün çalışırlar. Zaman keçdikcə vəzifələr dəyişə, adlar unudula bilər. Ancaq zəhmətlə ortaya qoyulan əsərlər yeni nəsillər tərəfindən oxunmağa və dəyər¬ləndirilməyə davam edə bilər.
Nazim Müəllimin həyatına nəzər saldıqda müəllimlikdən dövlət vəzifələrinə, mət-buat fəaliyyətindən akademik araşdırmalara qədər uzanan çoxşaxəli bir peşə yolu görü-rük. Bu yolun müxtəlif mərhələlərini birləşdirən ortaq xüsusiyyət araşdırmaq, çalışmaq və yaratmaq əzmidir.
Onun elmi fəaliyyəti haqqında tək bir məqalədə ətraflı danışmaq, əlbəttə, mümkün deyil. Burada məqsədim əhatəli bir akademik təhlil ortaya qoymaqdan daha çox, onu ta-nı¬yan və çalışmalarına dəyər verən bir həmvətəni kimi duyğu və düşüncələrimi ifadə et-məkdir.
Bu sətirləri qələmə alarkən yalnız bir doğum gününü qeyd etmək istəmədim. Eyni zamanda elmə zəhmət verən insanların qədrinin bilinməli olduğunu, dostluğun və vəfanın həyatımızdakı yerini bir daha xatırlatmaq istədim.
Çünki insan bəzən özünə çox yaxın olan bir dostunun zəhmətini və dəyərini ifadə etməyi təxirə salır. Gündəlik həyatın qayğıları içərisində dəyər verdiyi insanlara duyduğu təqdiri bildirməyi sonraya saxlayır. Halbuki xoş sözün, təqdirin və vəfanın öz zamanı var. Dəyərli insanların əməyini onlar həyatda ikən dilə gətirmək, onlara duyduğumuz hörməti açıq şəkildə ifadə etmək lazımdır.
Nazim Müəllimin altmış doqquz yaşını bəhanə edərək bu yazını qələmə almağımın əsas səbəbi də məhz bu düşüncədir.
Bir dostdan dostuna, bir həmvə təndən həmvətəninə
Əziz Nazim Müəllim…
Həyat yolunuzun altmış doqquzuncu ilini qeyd edərkən bu günə qədər ortaya qoy-duğunuz zəhməti, tariximizə dair araşdırmalarınızı və geridə qoyduğunuz əsərləri hör-mətlə yad edirəm.
Sizin şəxsinizdə elmə könül vermiş, yurdunun problemlərini özünə dərd etmiş və çalışmalarını illər boyunca davam etdirmiş bir araşdırmaçı görürəm. Əlbəttə, heç bir insa¬nın həyatı yalnız uğurlardan ibarət deyil. Hər həyatın özünəməxsus sınaqları, çətinlikləri, sevincləri və kədərləri var. Əsas məsələ bütün bunlardan keçərkən insanın çalışma əz¬mi¬ni, həqiqət axtarışını və insani dəyərlərini qoruyub saxlaya bilməsidir.
Siz də həyatınızın müxtəlif dövrlərində fərqli vəzifələr daşımış, yeni şəraitlərlə qar¬şılaşmış və çalışmalarınızı davam etdirmiş bir insansınız. Buna görə də altmış doqquz yaşınızı yalnız bir yaş dönümü kimi deyil, həm də zəhmətlə keçən illəri xatırlamaq üçün bir fürsət kimi görürəm.
Arzu edirəm ki, bundan sonrakı illəriniz sağlamlıq, rahatlıq, xoşbəxtlik və yeni uğur¬larla keçsin. Elmi çalışmalarınız davam etsin, araşdırmalarınız yeni əsərlərə çevrilsin və illər ərzində topladığınız biliklər gələcək nəsillərə çatsın.
Ağbabanın adını daşıyan, onun mədəniyyətinə və tarixinə dəyər verən bizlər üçün sizin kimi dəyərli həmvətənlərimizin varlığı qürurvericidir.
Mən də Türkiyədə yaşayan bir Ağbabalı kimi ata yurdumuzun yetişdirdiyi və zəh-mət¬ləri ilə cəmiyyətimizə töhfə verən insanları yad etməyi, onların uğurlarını təqdir et-mə¬yi bir vəfa borcu sayıram. Çünki yurd sevgisi yalnız keçmiş üçün darıxmaqla deyil, həmin keçmişin dəyərlərini yaşatmaqla da məna qazanır.
Ağbabanın tarixini araşdıran, mədəniyyətini yaşatmağa çalışan və köklərimizin xatirəsini gələcək nəsillərə çatdırmaq istəyən hər kəsin əməyinin dəyər qazanmasını ar-zula¬yıram. Bu yolda alimlərimizin, araşdırmaçılarımızın, yazıçılarımızın, aşıqlarımızın və mədəniyyət daşıyıcılarımızın bir-birinə dəstək olması ortaq mirasımızın qorunmasına mühüm töhfə verəcəkdir.
Nazim müəllimə ürəkdən arzum budur: qələminiz qüvvətli, zehniniz açıq, könlünüz rahat olsun. Sağlamlıqla keçirəcəyiniz neçə-neçə ildə yeni araşdırmalara imza atmağınız, tariximizin aydınlaşdırılmasına töhfə verməyə davam etməyiniz və doğmalarınızla bir¬likdə gözəl günlər yaşamağınız diləyi ilə…
Altmış doqquz illik həyat yolunuzun işığı bundan sonrakı illərinizi də aydınlatsın.
Neçə-neçə sağlam, rahat və uğurlu illərə, dəyərli Nazim Müəllim!
Hörmət, sevgi və ehtiramlarımla…

Erdal AYKAR
Folklor və Qafqaz Tarixi Araşdırmaçısı
(Türkiyədə yaşayan bir Ağbabalı həmvətəniniz)

13-10-2026, 19:31
İtaliya və Azərbaycan arasında ədəbi körpü

İtaliya və Azərbaycan

arasında ədəbi körpü

7 oktyabr 2026-cı ildə İtaliyada Azərbaycanın görkəmli maarifçisi Şəfiqə Əfəndizadəyə həsr olunmuş yeni kitabın təqdimat mərasimi keçirilib. “Kölgələrdən səslər və baxışlar: Lina Pietravalle – Şəfiqə Əfəndizadə – Gözlənilməz yaxınlıqlar” adlı əsərin müəllifləri biri italyan, biri isə azərbaycanlı olan iki qadın ziyalıdır. Bu ilin əvvəlində Romanın “Bastogi Libri” nəşriyyatında işıq üzü görən, Roberta Manualinin rəhbərliyi, Maria Stella Rossi və Məleykə Hüseynovanın (Melaike Hüseyin) həmmüəllifliyi ilə ərsəyə gələn bu cild həftə ərzində Molize bölgəsinin mədəni gündəminin mərkəzində olub.
Tədbir Lina Pietravallenin doğulduğu Molize bölgəsində yerləşən və tarixi turizm məkanı olan “La Piana dei Mulini” iqamətgahında baş tutub. Bu görüş, sözügedən məkan tərəfindən təşkil edilən “Stagioni d’Autore” tədbirlər silsiləsi çərçivəsində keçirilib. Bölgənin füsunkar mənzərələrini və mətbəxini nümayiş etdirməklə yanaşı, bu festival sosioloq, müəllim və jazz ifaçısı Culiya Mazellinin (Giulia Maselli) bədii rəhbərliyi altında ədəbiyyat, musiqi, kino, ekologiya və cəmiyyətin görkəmli simalarına ehtiram bəsləyən daimi bir mədəniyyət platforması rolunu oynayır.
Şəfiqə Əfəndizadə kimi Lina Pietravalle də dövrünün aparıcı ziyalılarından biri olub, ədəbiyyat və jurnalistika sahələrinə mühüm töhfələr verib. Lakin azərbaycanlı həmkarı kimi, onun da buraxdığı dərin iz zamanla kölgədə qalıb və cəmiyyət qadın hüquqları uğrunda mübarizədə müstəsna rol oynamış bu fədakar şəxsiyyətin irsinə karşı bir müddət laqeydlik nümayiş etdirib.
Lina Pietravalle (1887–1956) Neapol xəstəxanalarında Səhiyyə Xidmətlərinin Baş Direktoru vəzifəsində çalışmış, tanınmış həkim Mikele Qaetano Pietravallenin (1858–1923) qızı idi. Ali Səhiyyə Şurasının üzvü olan Mikele vərəm kimi xəstəliklərin yayılmasına qarşı mübarizədə mühüm milli təşəbbüslərin müəllifi olub. O, həmçinin İtaliya Krallığı dövründə görkəmli radikal və solçu siyasətçi kimi tanınıb, 23-cü çağırışdan 27-ci çağırışa qədər ardıcıl olaraq parlament üzvü kimi fəaliyyət göstərib. Onun siyasi nüfuzu Deputatlar Palatasının vitse-prezidenti seçilməsi ile zirvəyə çatıb. 28 iyun 1923-cü ildə Mikele Pietravalle Neapoldakı Piazza Oberdan meydanında vəhşicəsinə pusquya salınaraq qarnından bıçaqlanıb və beş gün sonra – 2 iyulda vəfat edib. Təntənəli dövlət dəfn mərasiminə baxmayaraq, onun qətlinin üstü rəsmi olaraq açılmayıb. Tarixçilər bu hadisəni Matteotti böhranından əvvəl baş verən, faşizm ideyalarından qaynaqlanan ilk siyasi sui-qəsdlərdən biri hesab edirlər.
Bu qəbildən planlaşdırılan ikinci tədbir olmasına baxmayaraq, təqdimat mərasimi yerli hakimiyyət orqanlarının və bölgə ziyalılarının böyük marağı sayəsində böyük izdihamla keçib. Fəxri qonaqlar arasında Molizenin müxtəlif bələdiyyələrinin rəhbərləri də var idi: Çiauçi (Chiauçi) meri Antonio Sferra və şəhər şurasının üzvü Sara Di Lonardo, Makkiadoğena (Macchiagodena) meri Feliçe Çikkone (Felice Ciccone) və mədəniyyət müşaviri Korrado Del Buono (Corrado Del Buono), həmçinin Skapoli (Scapoli) meri Emilio Riççi (Emilio Ricci) və Salçito (Salcito) meri Covanni Çelli (Giovanni Celli). Bundan əlavə, Kaprakotta (Capracotta) meri Kandido Palione (Candido Paglione) da Anyone (Agnone) meri Daniele Saia ilə birlikdə tədbirə xüsusi dəstək mesajları ünvanlayıblar.
Görüşün məqsədlərindən danışan Culiya Mazelli mədəni baxışlarını və regionun tədbirlər şəbəkəsini zənginləşdirmək üçün həyata keçirdiyi layihələri bölüşüb. Daha sonra Molize bölgəsinin mədəniyyət və turizm üzrə nümayəndəsi, hüquqşünas Fabio Kofeliçe (Fabio Cofelice) çıxış edib. O, qlobal və regional siyasi çağırışlara qarşı mübarizədə möhkəm mədəni təmələ sahib olmağın, universal dəyərləri müdafiə edən tarixi şəxsiyyətlərin nümunəsindən güc almağın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Maria Stella Rossi Məleykə Hüseynova ilə dostluğunun tarixindən söz açıb. O qeyd edib ki, bu dostluq Molizenin mədəni irsinin, yazıçı Lina Pietravallenin əsərlərinin, eləcə də qadınların cəmiyyətdəki rolunun təşviqi kimi ortaq bir vizyona söykənən əməkdaşlıq sayəsində yaranıb.
Melaike Hüseyin moderator Culiya Mazelliyə minnətdarlığını bildirib, Azərbaycanın qadın hüquqları sahəsində qabaqcıl bir ölkə kimi tarixi əhəmiyyətindən danışıb və əsərin coğrafi, həmçinin mədəniyyətlərarası əhatə dairəsini vurğulayıb. O, kitabın Pietravalle və Əfəndizadə kimi güclü şəxsiyyətlərin nümunəsində oxuculara qadın hüquqlarının tarixi inkişafına unikal bir baxış bucağı təqdim etdiyini diqqətə çatdırıb. Kitabda müəllif, xüsusilə ölkədə müstəqil mətbuatın roluna və görkəmli şəxsiyyətlərin atdığı ilk addımlara diqqət yetirərək, Rusiya İmperiyası dövründə Azərbaycanın tarixi və iqtisadi kontekstini işıqlandırır. O dövrdə Azərbaycan qadınlarının sosial vəziyyətini təhlil edən müəllif, İslam dəyərlərinə dərindən bağlı olmaqla yanaşı, qızlarını savadlı və cəmiyyətin fəal üzvləri kimi böyüdən, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan millətinin transformasiyasına böyük töhfə verən ataların maarifçi mövqeyini xüsusi vurğulayır.
Şəfiqə Əfəndizadəyə həsr olunmuş fəsildə onun tərcümeyi-halı mühüm tarixi dəyişikliklər fonunda yenidən nəzərdən keçirilir və güclü şəxsiyyəti ön plana çıxarılır: ailə itkilərinə baxmayaraq, Şəfiqə xanım özünü qətiyyətlə jurnalistika və ədəbiyyata həsr edib. Onun Azərbaycan cəmiyyətindəki fəaliyyəti oxucuya 1917–1918-ci illərin qarışıq dövrlərində Azərbaycan qadınlarının siyasi təmsilçilik uğrunda mübarizəsinə nəzər salmaq imkanı yaradır. Bundan əlavə, bu əsər İtaliya ictimaiyyətinə Şəfiqə xanımın gərgin jurnalist fəaliyyəti ilə yadda qalan və Azərbaycan qadınlarının səsvermə hüququ qazandığı tarixi dövrü birbaşa anlamaq fürsəti verir.
Təqdimat mərasimi Françeska Zivolo (Francesca Zivolo) və Eucenio Auçiellonun (Eugenio Auciello) ifasında kitabdan parçaların oxunması ilə davam edib.
Tədbirin növbəti hissəsində Molize bölgəsinin yerli dadlarını Şərq mətbəxinin ləzzətləri ilə birləşdirən xüsusi “Ədəbi Dequstasiya” təşkil olunub. Pietravalle və Əfəndizadə arasındakı “gözlənilməz yaxınlıq” zövqlə bəzədilmiş süfrə ətrafında simvolik olaraq təcəssüm etdirilib və görüş zərif çay mərasimi ilə başa çatıb. Gecəyə ənənəvi Molize geyimində qatılaraq xüsusi rəng qatan “Voci e Tradizioni Molise” assosiasiyasının üzvləri Emiliya Petrollini (Emilia Petrollini) və Mariya Antoniotta Kolellaya (Maria Antonietta Colella) xüsusi təşəkkür ifad olunub.
Beynəlxalq səviyyədə tanınmış bəstəkar və ifaçı, Maestro Piero Riççi (Piero Ricci) italyanların ənənəvi musiqi aləti olan və xromatik diapazonunu genişləndirmək üçün texniki cəhətdən təkmilləşdirərək böyük klassik orkestrlərin ifasına uyğunlaşdırdığı tuluq zurnasında (zampogna) öz əsərlərini səsləndirməklə tədbiri daha da zənginləşdirib.
Qeyd edək ki, tədbir “Banca Mediolanum – Bojano” filialı, “Sartoria Mario Iannetta” və “Dolceamaro-Papa” şirkətlərinin rəsmi sponsorluğu və dəstəyi ilə təşkil edilib.
Sonda vurğulanıb ki, bu təşəbbüs kitab səhifələrinin yaddaş və mədəniyyət işığında İtaliya ilə Azərbaycanı birləşdirən dərin dostluq və əməkdaşlıq bağlarını yeniləməyə, həmçinin gücləndirməyə qadir olan möhtəşəm bir mədəniyyət körpüsünə çevrilə biləcəyini növbəti dəfə sübut etdi.
13-10-2026, 19:24
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, ticarət və investisiya əlaqələrinin inkişafının, eləcə də birgə layihələrin həyata keçirilməsinin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Bununla yanaşı, dövlət başçısı ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.
İlham Əliyev iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu vurğulayaraq, ticarət və investisiya sahələrində praktiki məsələlərlə məşğul olacaq birgə işçi qrupunun yaradıldığını bildirib. Onun sözlərinə görə, coğrafi məsafə müasir dövrdə əməkdaşlığın inkişafı üçün ciddi maneə deyil. Əsas məsələlərdən biri qarşılıqlı məlumatlılığın artırılması və ölkələrin iqtisadi potensialı barədə məlumat çatışmazlığının aradan qaldırılmasıdır.
Dövlət başçısı Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumunun bu baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edib. Forumun sahibkarların bir-birini daha yaxından tanımasına, iqtisadi və investisiya prioritetlərinin müəyyənləşdirilməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasına xidmət edəcəyini bildirib.
Prezident İlham Əliyev ölkələr arasında mövcud ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olduğunu, lakin Kambocanın Baş nazirinin rəsmi səfərindən sonra bu sahədə əhəmiyyətli canlanmanın baş verəcəyinə əminliyini ifadə edib. O, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb.
Təhsil əlaqələrinə toxunan dövlət başçısı Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladıb. Bu ənənənin bərpa edilməsinin, hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Nəqliyyat və rəqəmsal transformasiyanın da əməkdaşlığın prioritet istiqamətləri sırasında olduğunu bildirib.
Bəyanatda Azərbaycanın uğurlu dövlət xidmətləri modelinə çevrilmiş “ASAN xidmət” sisteminə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev sistemin səmərəliliyinin sübut olunduğunu və Azərbaycan cəmiyyətində təxminən 100 faizlik müsbət qiymətləndirmə qazandığını qeyd edib. Onun sözlərinə görə, “ASAN xidmət” modelinin Kambocada da maraq doğurması ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün imkanlar yaradır.
Parlamentlərarası əlaqələrdən danışan dövlət başçısı hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsini mühüm hadisə kimi qiymətləndirən Prezident bunun Azərbaycanın xarici siyasətində Asiya və Cənub-Şərqi Asiya regionunun əhəmiyyətini bir daha nümayiş etdirdiyini vurğulayıb.
İlham Əliyev iki ölkənin üzləşdiyi ümumi problemlərdən biri olan mina təhlükəsi məsələsinə də toxunub. Dövlət başçısı həm Azərbaycanın, həm də Kambocanın minalardan əziyyət çəkdiyini, bu sahədə təcrübə və bilik mübadiləsinin, praktiki bacarıqların paylaşılmasının və birgə təlimlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb.
Prezident sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb. Azərbaycanın 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirən dövlət başçısı hazırda ölkə ərazisinin hər qarışının Azərbaycan dövlətinin və xalqının nəzarətində olduğunu qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, “Böyük Qayıdış” Proqramının icra olunduğunu diqqətə çatdıran İlham Əliyev həmin ərazilərdə artıq 100 minə yaxın insanın yaşadığını və çalışdığını bildirib. Bu prosesin davam etdiyini vurğulayan Prezident beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyin Azərbaycanla Kambocanı birləşdirən mühüm amillərdən olduğunu qeyd edib.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Kamboca münasibətlərinin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, təhsil, turizm, rəqəmsal transformasiya və mina təhlükəsi ilə mübarizə kimi istiqamətləri də əhatə edir. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və yeni praktiki mexanizmlərin yaradılması iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm zəmin formalaşdırır.

Fəxrəddin Orucov
Abşeron RİH başçısının Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü

Zəngilanın dirçəliş

və qayıdış dövrü

Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!