Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
Tarix : 1-07-2021, 15:26
Tacikistanla Türkiyə arasında müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb

Tacikistan Prezidenti Emoməli Rəhmon bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında bütün sahələrdə, o cümlədən Müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, dünyanın müxtəlif regionlarında təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi, ekstremist və terrorçu qruplaşmaların fəallaşması onlarla mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsini zəruri edir.
Söhbət zamanı Əfqanıstandakı cari vəziyyət müzakirə olunub. Bildirilib ki, əfqan probleminin sülh yolu ilə həlli region dövlətlərinin marağındadır.
Tərəflər iki ölkə arasında siyasi münasibətlərin, beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin səviyyəsindən məmnun olduqlarını bildiriblər.
Emoməli Rəhmon və Hulusi Akar hər iki tərəf üçün maraq kəsb edən digər mühüm məsələlər barədə də fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!