Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 7-07-2021, 10:41
Tacikistanla sərhədin 70 faizi Talibanın nəzarətinə keçib
Əfqanıstan və Tacikistan sərhədində gərginlik davam edir.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, artıq Taliban hərəkatı əksər sərhəd bölgələrini ələ keçirdiyini bəyan edib. Hərəkatın liderlərindən olan Zabiullah Mücahid Tacikistanla sərhədin yüzdə 70-ə qədərinin təşkilatın silahlı birləşmələrinin nəzarəti altında olduğunu və ələ keçirdikləri ərazilərdə təhlükəsizliyə riayət edəcəklərini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib əyalətin şimal bölgələrində kritik vəziyyətin yaranmasını elan etmişdi. Eyni zamanda, BMT nümayəndələri ölkənin 50 bölgəsinin Taliban tərəfindən ələ keçirilməsi və silahlıların Kabula uğurlu irəliləməsi barədə məlumat yaymışdı.

Rusiya da yaranmış bu gərgin duruma reaksiya verib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı proseslərə biganə qalmayıb. General-polkovnik Anatoliy Sidorovun başçılıq etdiyi xüsusi işçi qrupu Tacikistana gedərək Əfqanıstanla sərhəddəki vəziyyəti izləyəcəklərini açıqlayıb. Bundan sonra işçi qrupu vəziyyətin kəskinləşməsi halında KTMT çərçivəsində birgə tədbirlər planı hazırlayacaq.
Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi 201-ci hərbi bazanın Əfqanıstanla sərhəd yaxınlığında yardım göstərmək üçün təchiz olunduğunu bildirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!