Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 26-08-2021, 11:23
ABŞ və Britaniya təhlükə barədə xəbərdarlıq edib


ABŞ və Böyük Britaniya öz vətəndaşlarını Kabil aeroportunu tərk etməyə, həyat və sağlamlığa təhlükə səbəbindən oraya getməkdən çəkinməyə çağırıb.

Hər iki ölkə mümkün təhlükə barədə xəbərdarlığı çərşənbə günü gecə saatlarında yayıb. Çünki minlərlə insan hələ də aeroportun daxilində və xaricində uçuş üçün növbə gözləyir.

Əfqanıstanın paytaxtı taliblərin əlinə keçdikdən sonra 82 mindən çox insan Kabili hava yolu ilə tərk edib. Ölkələr vətəndaşlarını son müddət olan avqustun 31-dək təxliyə etməyə tələsir. ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözlərinə görə, taliblər əcnəbilərə və əfqanlara avqustun 31-dən sonra da ölkədən çıxmağa icazə verəcəklərini vəd ediblər.

Hazırda ABŞ və müttəfiqləri Əfqanıstanı tərk etmək istəyən mülki şəxslərin təxliyəsi üzrə Kabil aeroportunda əməliyyat keçirir. EFE agentliyinin yaydığı xəbərə görə, bu əməliyyat yekunlaşdıqdan sonra “Taliban” hərəkatı Kabildə sərnişin aviakompaniyalarının işinə mane olmayacağını bildirib.

KİV-in bir müddət öncə yaydığı məlumata əsasən, Kabil beynəlxalq aeroportunun sutkalıq işini NATO dövlətlərinin 800-ə yaxın mülki nümayəndəsi təmin edir, qayda-qanunu isə ABŞ, Böyük Britaniya və Türkiyə hərbçiləri dəstəkləyir. Uçuş-eniş zolağına çıxan kütləni dağıtmaq üçün hərbçilər gözyaşardıcı qazdan istıfadə edir, xəbərdarlıq atəşi açırlar. İnsanlar havaya qalxan təyyarələrin şassisindən və füzelyajından yapışırlar. Bu insidentlər nəticəsində azı 20 nəfərin həlak olduğu bildirilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!