Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
Tarix : 30-08-2021, 10:10
Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur


Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi qeyd olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, İtalyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.

Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu böyük itki versə də geri çəkilməyib, düşmənin qarşısını cəsarətlə alınıb. Sakarya savaşında türk ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” kimi də adlandırırlar.

Nəhayət Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib. 1922-ci avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu azad etməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrildi.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!