Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir .....                        Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı .....                        Kreml Avropa liderlərini Moskvaya dəvət etdi .....                        "Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI .....                        İlham Əliyev Fərman imzaladı .....                        Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib .....                        Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq .....                        Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL .....                        Daha bir minib-düşmə yeri yaradıldı - FOTO .....                       
Tarix : 11-09-2015, 13:10
Türkiyə "türk axını"nı "dəfn etdi"


Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin aparat rəhbərinin müavini Səfa Sadık Aytəkin “Türk axını” layihəsində irəliləyiş əldə edilmədiyini və danışıqların dondurulduğunu açıqlayıb.

Butov.az “Hürriyet”-ə istinadən verdiyi məlumata görə, S.S.Aytəkin danışıqlarda çıxılmaz durumun yarandığını bildirib: “Ruslar BOTAŞ və “Qazprom” arasında qiymət endirimi barədə müzakirələri “Türk axını” layihəsinin həyata keçirilməsində ön şərt kimi ortaya qoydular. Biz isə bunu bir başlanğıc nöqtəsi olaraq düşünmüşdük. İyun seçkilərindən sonra Türkiyədə hökumətin qurula bilməməsi də danışıqların dondurulmasının səbəblərindən biridir. Tərəflərin masadan qalxdığını söyləmirəm, lakin danışıqlar donduruldu”.

S.S.Aytəkin tərəflər arasında qarşılıqlı etimadsızlıq olduğunu vurğulayıb: “Rusiya tərəfi şərt qoymadan qiymət endiriminə razılaşsaydı, indi daha ümidverici nöqtədə olardıq. Rusiya ciddi vaxt itirdi. Türk axını”nda 1-ci xəttin Türkiyəyə gəlməsi təbii qaz təklifi baxımından Türkiyənin rahatlığını təmin edəcəkdi, bu, texniki reallıqdır, lakin siyasi realıq da var. Türkiyə önəmli risk almışdı. Fəqət, Rusiya Türkiyənin aldığı bu riski qiymətləndirmədi və ciddi vaxt itirdi. Bundan sonrakı dövrdə nə olacağını birlikdə görəcəyik”.

Nazirlik nümayəndəsi Rusiyadan alacaqları endirimi 6%-dən 10,25%-ə qədər yüksəltməyə nail olduqlarını da söyləyib: “Ancaq bu iki məsələni bir-biri ilə qarışdırmadan müzakirələri davam etdirməyə qərar vermişdik. “Türk axını” adını Rusiya qoyub. Adın “Türk axını” olması yox, nəticələrin “Türk axını” olması önəmlidir” (APA).


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!