Xəzər sahilində 320 suiti meyiti tapıldı .....                        Sevinc Osmanqızının ibtidai istintaqı başa çatdı .....                        Şəklimi yayıb vay-şivən saldılar - Anar .....                        Məni Avropanın prezidenti adlandırırlar - Tramp .....                        “Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı .....                        Prezidentliyə namizədi öldürmək istədilər .....                        Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                       
Tarix : 16-09-2022, 16:51
Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı


Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı

Qırğızıstan və Tacikistan arasında əldə olunmuş atəşkəs barədə razılaşma yenidən pozulub. Butov.az xəbər verir ki, atəşkəsi Tacikistan tərəfinin pozduğu bildirilir. Məlumata görə, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında yenidən başlayıb. Qırğızıstan sərhəd agentliyinin məlumatına əsasən, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktoru Ularbek Şarşeyevlə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının komandanı Rajabali Rahmonali arasında telefon danışığı olub. "Danışıqlar zamanı sərhəd idarələrinin rəhbərləri saat 10:00-dan (Moskva vaxtı ilə 7:00 - red.) atəşkəs barədə razılığa gəliblər. Ancaq Tacikistan tərəfi Qırğızıstan mövqelərini atəşə tutmaqda davam edir", - deyə Qırğızıstandan verilən məlumatda bildirilib. Tacikistan da öz növbəsində qırğız sərhədçilərini sərhəd zastavasını yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bir tacik sərhədçisi həlak olub, 3-ü yaralanıb. Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib ki, Tacikistanla sərhəddəki münaqişədə Qırğızıstanın qurbanlarının sayı 18 nəfərə çatıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!