Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 17-10-2022, 14:39
Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər


Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə “futbol diplomatiyası”na əl ata bilər. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç bildirib. Onun sözlərinə görə, gələn il iki ölkənin milli futbol komandaları arasında keçiriləcək oyunlar münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. Xatırladaq ki, hələ 2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın dəvəti ilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana getmişdi. Daha sonra Sarkisyan Gülün təklifi ilə 2009-cu ilin oktyabrında Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan cavab oyununa canlı izləmişdi. Orada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı. "Gələn il martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində - red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək. Komandamız Ermənistana gedəcək, ola bilsin biz də getdik. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi müsbət gedir. Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, – deyə Türkiyənin Ermənistanla münasibətlərin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin pisləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur. Bu il yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rəsmi məlumata görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Sonra Vyanada daha üç görüş keçirilib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçüncü ölkələrdə münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələrin dörd görüşünün keçirildiyini, lakin Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi barədə razılığa gəlindiyini bildirmişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!