Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 4-12-2022, 14:41
Amerikalı senatordan Gürcüstana mesaj


Amerikalı senatordan Gürcüstana mesaj

"Gürcüstan xalqı Avropa Birliyinə üzv olmaq istəyir. Təəssüf ki, biz hakimiyyətdən geriləmə görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Bunu amerikalı senator Cin Şahin deyib. "Amerikanın səsi"ni təmsil edən jurnalistin "Qafqazla bağlı keçirilən dinləmələr zamanı siz Dövlət Departamentinin nümayəndəsi Keren Donfrieddən Gürcüstanla bağlı siyasətə yenidən baxmağın vaxtı çatıb-çatmadığını soruşdunuz. Bununla nə demək istəyirdiniz?" sualına senator belə cavab verib: “Biz çalışırıq ki, bu və ya digər ölkə ilə bağlı istənilən regionda, bütün dünyada mütəmadi olaraq öz siyasətimizi dəyərləndirək. Həmin bəyanatda qeyd etdiyim kimi və burada təkrar edəcəyim odur ki, gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyir. Təəssüf ki, biz hökumət tərəfdən geriyə addımlar görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Senatorun fikrincə, gürcü xalqı Qərbə köçmək və demokratiya istəyir: "Onlar indiyə qədər haqqında danışdığımız bütün azadlıqları istəyirlər. Biz onlara bunu etməkdə kömək etmək üçün yollar tapmalıyıq və hökumət baş verən geri çəkilmənin məhsuldar olmadığını, onları Gürcüstan xalqının getmək istədiyi yerə çatdıra bilməyəcəyini başa düşməlidir".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!