İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA .....                        Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə ÇAĞIRILDI .....                        Bütün həyatının qayəsi Azərbaycan olan dahi .....                        İki milli park haqqında Əsasnamə təsdiqləndi .....                        Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO .....                        QHT sədri yol qəzasında ölüb .....                        Baş redaktor həbs edildi: 5 il 6 ay .....                        “Temu” şərtlərini dəyişdi - FOTO .....                        Xırdalanda yeniyetmə döyüldü .....                       
Tarix : 18-02-2025, 20:04
Türkiyə Ukrayna-Rusiya danışıqları üçün ideal məkandır


Türkiyə Ukrayna-Rusiya danışıqları üçün ideal məkandır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Ərdoğan bildirib ki, Vaşinqtonun danışıqlara başlamaq təşəbbüsü Ankaranın siyasəti ilə üst-üstə düşür.
Ərdoğan əlavə edib ki, döyüşlər “indi dayandırılmalıdır”.
“Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tuta biləcək danışıqlar üçün ideal məkan olacaq... (Zelenski ilə görüşdə) vurğuladım ki, danışıqlar nəticəsində davamlı sülhün əldə olunması üçün hər cür dəstəyi verəcəyik”, – Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidentinin sözlərinə görə, 2022-ci ildə Rusiya və Ukrayna arasında İstanbul danışıqları “mühüm başlanğıc nöqtəsi” oldu. Onun sözlərinə görə, münaqişə tərəfləri orada ən böyük razılığa gəliblər.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qara dənizdə təhlükəsiz ticarət daşımalarına dair tənzimləmə üzərində işləməyə davam edəcək. O, sənədin “danışıqlara aparan prosesdə etimadı artıran tədbir” kimi xidmət edəcəyinə inanır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!