20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
1-04-2026, 18:46
Kremldə Putin-Paşinyan görüş keçirilir


Kremldə Putin-Paşinyan görüş keçirilir

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Paşinyan Moskvada səfərdədir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.
1-04-2026, 18:27
İran İsrailin neft tankerini vurdu


İran İsrailin neft tankerini vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerini vurduğunu bildirib.
Bu barədə SEPAH sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.
"SEPAH-ın raket zərbəsi nəticəsində "Aqua 1" adlı neft tankeri vurulub", - məlumatda qeyd edilib.
Korpusdan əlavə ediblər ki, İsraillə əlaqəli tanker alova bürünüb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
1-04-2026, 17:51
İran sülh üçün 4 şərt açıqladı - SİYAHI


İran sülh üçün 4 şərt açıqladı - SİYAHI

İranın Rusiyadakı səfiri Kazem Cəlali Tehranın ABŞ və İsrail ilə sülhə nail olmaq üçün zəruri hesab etdiyi şərtləri sadalayıb.
Səfir TASS-a verdiyi müsahibədə bildirib ki, bu bəndlərin yerinə yetirilməsi istənilən atəşkəs və sülh təşəbbüsünün əsasını təşkil etməlidir.
Cəlalinin sadaladığı kimi, İranın ABŞ və İsrailə qarşı tələblərinin siyahısına aşağıdakılar daxildir:

- "təcavüz və terror aktlarının" qəti və tam dayandırılması;

- təcavüzün və müharibənin təkrarlanmasının qarşısını alan "obyektiv və etibarlı zəmanətlərin" təmin edilməsi;

- maddi və mənəvi zərərin tam ödənilməsi;

- "beynəlxalq dəniz təhlükəsizliyini qorumaq üçün" İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət.

Diplomat həmçinin bildirib ki, İran vasitəçilik səylərini alqışlayır, lakin sülhü bu öhdəliklərin yerinə yetirilməsi ilə əlaqələndirir. O, həmçinin qeyd edib ki, Tehran təhlükə mənbəyi aradan qaldırılana qədər "özünümüdafiə hüququ" çərçivəsində hərəkət etməyə davam edəcək və Rusiya da daxil olmaqla strateji tərəfdaşlarla diplomatik səyləri əlaqələndirəcək.
ABŞ-ın quru işğalının risklərindən danışan diplomat silahlı qüvvələrin "İran ərazisini təcavüzkarın qüvvələri üçün qəbiristanlığa çevirməyə" hazır olduğunu bildirib.
"Təcavüzkarın bu aqibətdən xəbərsiz olub-olmadığını, yoxsa bunu hesablamalarında nəzərə almadığını düşünmək olar? Cavab, dörd həftədən çox vaxt keçdikdən sonra öz sadəlövhlüyünü tamamilə nümayiş etdirən İrana hücumun mahiyyətindədir", - deyə Cəlali əlavə edib.
1-04-2026, 17:30
Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO


Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın ondan atəşkəs istədiyini açıqlayıb.
Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
“İran rejiminin yeni Prezidenti – əvvəlkilərdən daha az radikal və daha ağıllı biri – ABŞ-dan atəşkəs istəyib”, – deyə o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton bu məsələni yalnız Hörmüz boğazında təhlükəsizlik təmin olunduqdan sonra nəzərdən keçirəcək:
“Biz bunu Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqdan sonra nəzərdən keçirəcəyik”, – deyə Tramp vurğulayıb.
Tramp eyni zamanda sərt açıqlamalarla çıxış edərək bildirib ki, bu şərtlər yerinə yetirilmədiyi halda ABŞ İrana qarşı daha ağır addımlar ata bilər:
“O vaxta qədər biz İranı məhv edəcəyik və ya onların dediyi kimi, daş dövrünə qaytaracağıq”, – deyə o əlavə edib.

1-04-2026, 17:13
Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası


Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Papa XIV Leo bu həftə sonu Pasxa bayramından əvvəl İranda müharibənin sona çatacağına ümid etdiyini bildirib, zorakılığın azaldılmasına və diplomatiyaya diqqət yetirilməsinə çağırıb.
Bu barədə NBC News-un məlumatında bildirilib:
"Mənə deyilib ki, Prezident Tramp bu yaxınlarda müharibəyə son qoymaq istədiyini bildirib", - deyə Papa Romada jurnalistlərə bildirib:
"Ümid edirəm ki, o, çıxış yolu axtarır".
Papa Trampın "zorakılığı və bombardmanı azaltmaq üçün bir yol axtardığına və bunun Yaxın Şərqdə və digər yerlərdə yaranan və daim artan nifrətin aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcəyinə" ümid etdiyini bildirib.
1-04-2026, 16:38
Mer və ailəsi rüşvətə görə saxlanıldı


Mer və ailəsi rüşvətə görə saxlanıldı

Türkiyənin Bursa şəhərinin meri Mustafa Bozbey saxlanılıb.
Müxalif CHP-dən olan mer rüşvət alma və çirkli pulların yuyulması ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onunla birlikdə ümumilikdə 55 nəfər, o cümlədən həyat yoldaşı, qızı və iki qardaşı da saxlanılıb.
İstintaq materiallarına əsasən, ittihamlar Bozbeyin 1999–2019-cu illərdə Nilüfer rayonunun rəhbəri olduğu dövrlə bağlıdır. Prokurorluq bildirir ki, həmin illərdə tikinti layihələri zamanı qanun pozuntularına yol verilib və şəhərsalma ilə bağlı əlavə imtiyazların verilməsi qarşılığında qanunsuz gəlir əldə olunub.
Qeyd edək ki, bu, CHP-li bələdiyyə sədri, İstanbul meri Ekrem İmamoğlu da hazırda həbsdə saxlanılır və məhkəmə qərarını gözləyir.
1-04-2026, 16:32
Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq


Qiymətləri aşağı olan tələbələr orduya çağırılacaq

Rusiyanın ali məktəblərinə müqaviləli hərbi xidmətlə bağlı plan verilib
Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov 2026-cı ilin əvvəlində rektorlarla keçirdiyi görüşdə yeni tapşırıq açıqlayıb.
Məlumata görə, ölkə universitetlərində təhsil alan tələbələrin azı 2%-i Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır.
Qeyd edilən planın icrası nəticəsində orduya 44 min nəfərin cəlb olunması mümkündür. Kolleclər də nəzərə alınarsa, bu rəqəm 76 minə qədər arta bilər.
Bildirilir ki, prosesdə əsas diqqət aşağı akademik göstəricilərə malik tələbələrə yönəldilir.
1-04-2026, 15:14
Müharibənin əsas günahkarı İsraildir - Ərdoğan


Müharibənin əsas günahkarı İsraildir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı hərbi kampaniyanı şərh edərkən bildirib ki, regiondakı müharibənin əsas günahkarı İsrail hökumətidir.
Ərdoğan bu barədə AK Partiyanın parlament qrupunun toplantısında danışıb.
"Bölgəmizi təkcə viranəlik yerinə çevirməyən, həm də bütün bəşəriyyətə ağır iqtisadi yük gətirən bu qanunsuz müharibənin əsas məsuliyyət daşıyan tərəfi münaqişə, xaos və böhranlar içində batmış İsrail hökumətidir", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan deyib ki, müharibə davam edir, təhlükə səviyyəsini artırır: "Bizim prioritetimiz ölkəmizin bu dövrdən insidentsiz keçməsidir. Türkiyəni bu yanğından uzaq tutmaqda qərarlıyıq".
ABŞ və İsrailin İrana hücumlarından danışan Ərdoğan bildirib: "Unutmaq olmaz ki, bu müharibədə tökülən hər damla qan Netanyahunun siyasi həyatını uzadan bir həyat xətti olacaq. İsrail hökuməti əsasən bölgəmizi müharibə zonasına çevirməklə yanaşı, bütün bəşəriyyətə iqtisadi yük də qoyan bu qanunsuz müharibəyə görə məsuliyyət daşıyır. Ümidimiz odur ki, sülh yolu daha çox qan tökülmədən açılacaq. Bunun üçün əlimizi, lazım gələrsə, gövdəmizi daşın altına qoymağa davam edəcəyik".
1-04-2026, 13:40
İranın Livandakı səfiri öldürüldü?


İranın Livandakı səfiri öldürüldü?

İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybaninin bu gün Beyrutda avtomobil karvanına edilən hücumda öldürüldüyü iddia edilib.
Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Qeyd edilib ki, o, Cinnah bölgəsində nəqliyyat vasitələrinin karvanına raket zərbəsi zamanı həlak olub.
Hərbi gəmilərdən həyata keçirildiyi iddia olunan raket hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox digər şəxsin də öldürüldüyü bildirilib.
1-04-2026, 13:29
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdi


Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya qoşunları Luqanskı tam nəzarətə götürüb Departamentdən dəqiqləşdirilib ki, tapşırıq "Qərb" hərbi qrupunun bölmələri tərəfindən yerinə yetirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!