Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
2-12-2023, 14:50
Trampın toxunulmazlığı ləğv edildi


Trampın toxunulmazlığı ləğv edildi

ABŞ-nin keçmiş prezidenti Donald Trampın toxunulmazlığı ləğv edilib.
Vaşinqton Apellyasiya Məhkəməsi Donald Trampı Kapitoliyə hücum işi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırmışdılar.
2-12-2023, 13:47
BMT artıq faktiki olaraq yoxdur - Numan Kurtulmuş


BMT artıq faktiki olaraq yoxdur - Numan Kurtulmuş

“BMT artıq faktiki olaraq yoxdur. Təəssüflə deməliyəm ki, bu qurum zibil qutusuna atılıb”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, beynəlxalq siyasi sistem artıq çöküb: “Dünyada yeni sistem qurulacaq. Bu, qaçılmazdır”.
N.Kurtulmuşun sözlərinə görə, Qərb ölkələrinin hakimiyyətlərindən fərqli olaraq xalqları hələ də vicdanını itirməyib: “Onların etirazları bunu deməyə əsas verir”.
Parlament sədri qeyd edib ki, dünya sadəcə 5 ölkənin qərarları ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ - red.) idarə edilə bilməz: “Bu, doğru deyil. Hər kəs eyni dərəcədə müstəqil olmalıdır. Ona görə də biz deyirik ki, dünya beşdən böyükdür. Dünya kimsənin atasının malı deyil, kimsəyə miras da qalmayacaq”.
Onun fikrincə, Türkiyə gələcəyin parıldayan ulduzu olacaq.
2-12-2023, 13:32
Litva ABŞ-dan yeni PUA-lar alır


Litva ABŞ-dan yeni PUA-lar alır

Litva ABŞ-dən yeni PUA-lar alacaq.
Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, Switchblade 600 PUA-ları 2024-cü ildə veriləcək.
Onun sözlərinə görə, müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.
“Biz ABŞ-dən sonra yeni PUA-larla təmin olunacaq ilk ölkəyik. Bu bizim imkanlarımızı genişləndirəcək”, - o deyib.
2-12-2023, 11:21
Ermənistan sərhədin açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir


Ermənistan sərhədin açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı.
Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.
1-12-2023, 23:19
Terror təşkilatına məxsus 16 hədəf məhv edildi


Terror təşkilatına məxsus 16 hədəf məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında hava əməliyyatı keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib. Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir.
Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib.
1-12-2023, 22:13
Türkiyə bütün böhranlarda ədalət və bərabərlik üçün çalışıb - Ərdoğan


Türkiyə bütün böhranlarda ədalət və bərabərlik üçün çalışıb - Ərdoğan

COVID-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsindən sonra dünyamız indi də İsrail-Fələstin qarşıdurmasının acı nəticələri ilə üz-üzədir. Türkiyə bütün bu böhranlarda sülhün yanında olub, ədalət və bərabərlik üçün çalışıb. Biz iqlim dəyişikliyinə də bu prizmadan yanaşırıq.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında çıxışı zamanı bildirib.
Türkiyənin 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə nail olmağı nəzərdə tutduğunu deyən Ərdoğan vurğulayıb ki, ölkəsi 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini iki dəfə artırıb.
Bildirilib ki, bu kontekstdə ilin sonunadək karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağı gözlənilir. Türkiyə bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisindəki payını 55 faizə çatdıraraq sahə üzrə Avropada 5-ci, dünyada isə 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib.
1-12-2023, 21:48
Zelenskinin xanımı: “Onun növbəti və ya ikinci müddətə prezident olmasını istəmirəm”


Zelenskinin xanımı: “Onun növbəti və ya ikinci müddətə prezident olmasını istəmirəm”

Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşının yenidən prezident seçilməsini istəmir.
Bu barədə o, "The Economist” jurnalına müsahibəsində bildirib.
“Mən onun növbəti və ya ikinci müddətə prezident olmasını istəmirəm. Bu mümkün deyil. Ola bilsin ki, başqa bir şey edək”, – xanım Zelenskaya Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra ailə planlarını müzakirə edərkən deyib.
Birinci xanımın sözlərinə görə, hərbi qarşıdurma bitdikdən sonra əri onunla və uşaqlarla bir araya gələcək.
1-12-2023, 20:10
İsrail ordusu Qəzza zolağına 200-dən çox zərbə endirib


İsrail ordusu Qəzza zolağına 200-dən çox zərbə endirib

Döyüş əməliyyatlarının bərpasından sonra İsrail ordusu Qəzza zolağına 200-dən çox zərbə endirib.
Bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.
Bildirilir ki, son bir neçə saat ərzində quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda Xan Yunis və Rəfah da daxil olmaqla terrorçu hədəflərə zərbələr endirib.
Məlumatda deyilir ki, İsrail ordusu HƏMAS-ın tunel şəbəkəsinə, atış məntəqələrinə və əməliyyat komandanlıq mərkəzlərinə zərbələr vurub.
1-12-2023, 19:31
Baş katibin səlahiyyət müddəti uzadıldı


Baş katibin səlahiyyət müddəti uzadıldı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv dövlətlər təşkilatın baş katibi Helqa Şmidin səlahiyyət müddətinin uzadılmasına razılıq verib.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani məlumat verib.
Təşkilatın milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanovun, təşkilatın media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) sədri Matteo Mekkakinin də səlahiyyət müddəti uzadılıb.
ATƏT ölkələri Maltanın 2024-cü il üçün sədrliyini təsdiqləyiblər.
Osmani ATƏT baş katibinin və təşkilatın üç rəsmisinin səlahiyyətlərinin nə qədər müddətə uzadılacağını dəqiqləşdirməyib. Şmidin səlahiyyətləri dekabrın 3-də başa çatıb.
Qeyd edək ki, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
1-12-2023, 16:12
Rusiya Qarabağ ermənilərinə humanitar yardım göndərdi


Rusiya Qarabağ ermənilərinə humanitar yardım göndərdi

Rusiya İnsan Hüquqları üzrə Müvəkkilinin ofisi Qarabağdan Ermənistan Respublikasına köçmüş ermənilərə 6 ton humanitar yardım göndərib.
Humanitar yardıma yataq dəstləri, döşəklər, uşaqlar üçün gigiyena dəstləri, avadanlıq, geyim, makaron, bişmiş ət konservləri daxildir.
“Məncə, bütün bunlar bu ağır vəziyyətə düşən insanlara faydalı olacaq”, - Ombudsman Tatyana Moskalkova İnsan Hüquqları Evində baş tutan yükün göndərilməsi mərasimində bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!