Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
27-11-2023, 20:20
Ərdoğan İspaniyanın Baş naziri ilə telefon danışığı apardı


Ərdoğan İspaniyanın Baş naziri ilə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançez ilə telefon danışığı aparıb.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər telefon danışığı zamanı Qəzzanı müzakirə ediblər.
27-11-2023, 19:36
ABŞ Türkiyədən Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb edib


ABŞ Türkiyədən Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb edib

Azərbaycanla Ermənistan arasında davam edən müzakirələrin sülh sazişi ilə nəticələnməsini arzu edirik.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək.
Çelik vurğulayıb ki, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Onun sözlərinə görə, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb.
27-11-2023, 17:43
Qəza zolağında ölənlərin sayı 16 minə çatıb


Qəza zolağında ölənlərin sayı 16 minə çatıb

Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb.
Bu barədə "Al Hadath" məlumat yayıb.
Məlumata görə, daha 35 min nəfər isə yaralı haldadır.
Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması 4 günlük müvəqqəti atəşkəslə dayanıb. Lakin atəşkəs müddətinin bitməsindən sonra toqquşmaların davam edəcəyi təhlükəsi var. Hazırda atəşkəsin uzadılması üçün razılaşmalara cəhd olunur. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
27-11-2023, 16:18
Ukraynanın qələbəsi olmadan Gürcüstan üçün azadlıq olmayacaq


Ukraynanın qələbəsi qazanmasa Gürcüstan üçün azadlıq olmayacaq

Ukraynanın qələbəsi olmadan Gürcüstan üçün tərəqqi və azadlıq olmayacaq. Ukraynalıların Rusiyaya qarşı mübarizəsi “ümumi azadlığımız uğrunda” mübarizədir.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
“Mən bu günün fürsətindən istifadə edib Ukraynaya qələbə arzulamaq istəyirəm, çünki Ukraynanın qələbəsi olmadan bizdə tərəqqi və azadlıq olmayacaq. Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir və mən buna görə çox minnətdaram”, - Zurabişvili vurğulayıb.
O, həmçinin deyib ki, 2024-cü il daha həlledici olacaq, çünki Gürcüstan Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlayacaq Ukrayna və Moldovaya çatmalıdır.
Dövlət başçısının sözlərinə görə, Gürcüstan Ukrayna və Moldova ilə birlikdə “Associated Trio”nun (Gürcüstan-Ukrayna-Moldova) hər üç ölkəsi ilə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasına nail olmalıdır.
Zurabişvili onu da qeyd edib ki, dekabrın 15-də Aİ Gürcüstana qurumun üzvlüyünə namizəd statusu verib-verməmək qərarı elan edəndə heç nə bitmir, amma daha ciddi mərhələ başlayır.
26-11-2023, 23:50
İranda polisə qarşı silahlı hücum - 2 nəfər yaralandı


İranda polisə qarşı silahlı hücum - 2 nəfər yaralandı

Bu gün günorta saatlarında İranın Şiraz şəhərində polis əməkdaşlarına qarşı silahlı hücum baş verib. Nəticədə 2 polis ağır yaralanaraq xəstəxanaya aparılıb.
Stasionar postda patrul xidməti aparan polislər şübhələndikləri avtomobili saxlamaq üçün “saxla” işarəsi veriblər. Bu zaman avtomobilin sürücüsü avtomatdan polislərə atəş açıb. Sürücünün özü silahlı atışma nəticəsində ağır yaralanıb. Bununla yanaşı, 2 polis əməkdaşı da ağır yaralanaraq Şiraz şəhər xəstəxanasına çatdırılıb.
Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının mütəxəssisləri araşdırma aparmağa başlayıblar.
Qeyd edək ki, cari il ərzində İranın Tehran, Sistan-Bəlucistan, Kürdüstan, Əhvaz və digər bölgələrində də polis silahlı hücuma məruz qalıb.
26-11-2023, 22:24
Amerikalı milyarder İsrailə səfər edəcək


Amerikalı milyarder İsrailə səfər edəcək

Amerikalı milyarder İlon Mask bazar ertəsi İsrailə səfər edəcək.
Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
O, İsrailin baş naziri Binyamin Netanyahu və prezident İsxaq Hersoq ilə görüşəcək.
Netanyahu sentyabrın 18-də Kaliforniyada Mask ilə görüşüb və ona "X" platformasının antisemit məzmunu ilə bağlı məlumat verib
26-11-2023, 22:09
Türkiyə və İran Prezidentləru Qəzzanı müzakirə etdi


Türkiyə və İran Prezidentləru Qəzzanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Liderlər Ankarada keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.
26-11-2023, 21:27
İsrailin Baş naziri Qəzza zolağına getdi


İsrailin Baş naziri Qəzza zolağına getdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına gedib.
Bu barədə "Times of Israel" nəşri yazıb.
Bildirilir ki, Baş nazir İsrail ordusunun əsgərləri ilə görüşüb. O, HƏMAS qruplaşmasına qarşı müharibənin davam edəcəyini bildirib.
26-11-2023, 20:10
HƏMAS daha 14 israillini sərbəst buraxdı


HƏMAS daha 14 israillini sərbəst buraxdı

HƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi. 13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb.
26-11-2023, 17:09
Aİ ölkələri Rusiyadan gizli təbii qaz alıb


Aİ ölkələri Rusiyadan gizli təbii qaz alıb

Sanksiyalara baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələri gizli şəkildə 2023-cü ildə 6,1 milyard avro dəyərində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu da Rusiyanın bütün ixracının yarıdan çoxunu təşkil edir.
Bu barədə “Teleqraf” məlumat yayıb.
Nəşr qeyd edib ki, Avropaya, o cümlədən Baltikyanı ölkələrə LNG yüklərinin sayı artmaqda davam edir.
Ən böyük idxalçılar İspaniya və Belçikadır. Onların alışları 50% artaraq ümumi LNG idxalının müvafiq olaraq 26,5% və 37,2%-ni təşkil edir.
Mütəxəssislər Rusiyanın mayeləşdirilmiş təbii qazına tələbatın artımını Aİ-nin iqtisadiyyatı karbonsuzlaşdırma planları ilə əlaqələndirirlər. 2030-cu ilə qədər CO2 emissiyaları 55% azalmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!