"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 23-10-2018, 16:33
Həmid Gəncə Güneydə təcnis ustası kimi tanınıb.

Əziz oxucular, Eldar Ismayıl BÖYÜKTÜRK güneyli qardaşımız Həmid Gəncənin qısa tərcümeyi-halı ilə bir neçə şeirini redaksiyamıza təqdim edib.

Həmid Gəncə Güneydə təcnis ustası kimi tanınıb.
Həmid Gəncə və Eldar Ismayıl BÖYÜKTÜRK
Həmid Gəncə 1971 – ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin mərkəzi Əhər şəhərində anadan olub. Orta təhsilini Əhərdə alan Həmid 2004 və 2011- ci illərdə Təbriz və Əhər universitetlərində ali təhsil alıb. Hazırda Əhər şəhərində müəllim işləyir. Uşaqlıqdan şeir yazmaq
qabiliyyətinə malik olsa da, əsasən ciddi yaradıcılığa 1994-cü ildən başlayıb. Yaradıcılığında milli poeziyamızın heca vəznində olan qoşma, gəraylı, bayatı, təcnis, müxəmməs, hətta sərbəst janrında şeirlər yazır. Bir sıra qəzet və antologiyalarda şeirləri dərc olunub. Aşıq sənətini çox sevir, klassik aşıqlarımızı tədqiq edir, öyrənir, təbliğ edir. 2015- ci ildə Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyi və Güney Azərbaycan Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbər oğlunun təşəbbüsü ilə keçirilən Dədə Şəmşir tədbirində fəal iştirakına görə
Təşəkkürnamə ilə təltif olunub. 3-4-5 iyun 2016 –cı ildə Uluslararası kültür- sənət festivalında Türkiyənin Van valiliyi tərəfindən ödül verilib.
Həmid Gəncənin şeirləri Güney Azərbaycanın Qaradağ bölgəsində və Təbrizdə çıxan mətbu orqanlarda, eləcə də Quzey Azərbaycanda işıq üzü görən 525- ci qəzetdə dəfələrlə çap olunub. 2017-ci ildə İranın Şimal Qərb bölgəsində Ulu Şəhriyarın “Heydərbabaya salam” poemasına həsr olunmuş tədbirdə yazdığı nəzirə bəyənilib və mükafata layiq görülüb.
Həmid Gəncə Güneydə təcnis ustası kimi tanınıb.
Arabir fars dilində qəzəl yazsa da bütün yaradıcılığı ana dilinə söykənir. Həmid müəllim əsil türk oğlu, Azərbaycan ziyalısıdır!

Həmid GƏNCƏ

DÖNƏNDƏ YOX

İndi mənim qədrimi bil,
Yaşım yüzə dönəndə yox.
Kölgəm düşür yerə indi.
İzim izə dönəndə yox.

Yurdum-yuvam elim isti,
Danışıram dilim isti...
Nə qədər ki, əlim isti,
Əlim buza dönəndə yox.

Çox yaraşır üzə gülüş,
Yanaqlardan süzə gülüş.
Qonaq gəlsin bizə gülüş,
Kədər bizə dönəndə yox.

Yaranmışıq yaşamağa,
Deyib- gülüb kef damağa...
Həmid deyir düş sorağa,
Torpaq üzə dönəndə yox.

DURNA
Yardan mənə xəbər gətir
Göy uzundə uçan, durna.
Gəldiyini söylə mənə,
Gəlib çatar haçan, durna?
Dumanlardan uca qaya,
Qalxgınan günəşə, aya...
Bir başa uç yaza –yaya
Toz dumandan qaçan, durna.
Baxgınan, qurban gözünə,
Ucalardan yer uzunə...
Qulaq ver ürək sözünə,
Zirvələrdən keçən, durna.
Xəbər söylə uca dağdan,
Gül çiçəkli bağça- bağdan...
Dağda olan buz bulaqdan,
Gözələrdən içən durna.


DAĞDAN İNDİ
(Təcnis)

Qocalıq insanın yetişkin halı,
Az qalır ki, düşsün budaqdan indi.
Soruçsan ki, neçə ildi yaşadın?
Söyləyəcək, endim bu dağdan indi.

Yırğalanır ömür bu yan, o yana,
Gah şaxtada qala, gah da o yana...
Yatdığı yuxudan haçan oyana?
Kövrələr ürəyin bu dağdan indi.

Sözlərinə şəkər dağıt, duz ələ,
Əl atgınan düz biləyə, düz ələ,
İşin avand ola, Həmid, düzələ,
Enmə sıldırımdan, bu dağdan indi.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!