Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 28-07-2017, 15:49
Qərbi Azərbaycanda kürd qaçaqmalçıları sığorta olunur?!


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Qərbi Azərbaycan Əyalətinə səfər edən İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əli Rəbii səfərinin əsas hədəfini açıqlayıb.

Sərhədyanı şəhərlərə səfər edən nazir öz açıqlamasında deyib:

“Bizim əsas məsələlərimizdən biri sərhədyanı bölgələr, xüsusiylə də Qərbi Azərbaycanın sərhəddə yaxın məntəqələrində yaşayan şələkeşlərin (Sərhədyanı bölgələrdə qaçaqmalçılıqla məşğul olan bir sıra kürdlər qanunsuz olaraq xaricdən ölkəyə mal daşıyırlar. Onlar Azərbaycan şəhərlərində şələkeş, farsca kulbər adlanır) sığorta məsələsidir. Artıq bununla bağlı ciddi tədbirlər görülüb və bu gün biz sözügedən əzizlərimizin sığorta məsələsinə görə Qərbi Azərbaycan Əyalətinə səfər etmişik. Bu istiqamətdə lazımi qərarlar veriləcək”, - deyə o, bildirib.

Ə. Rəbii əlavə edib ki, - “dövlət sərhədyanı bölgələrin ictimai rifahı üçün 9 min milyard rial məbləğində vəsait ayırıb, bu məbləğdən şələkeşlərin sağlamlıq sığortası üçün istifadə etmək mümkün olacaq.”

Çarşənbə günü Piranşəhərə (Xana) səfər edən Kooperasiya, Əmək və İctimai Rifah naziri, şələkeşliyin sərhədyanı bölgələr üçün ən yaxşı məişət tərzi olduğunu deyərək bu işlə məşğul olan insanların sağlamlığına əhəmiyyət verdiyi bildirib: “İlk baxışda şələkeşlərin sığorta məsələsi olduqca çətin görünürdü, lakin bir sıra araşdırmalardan və fəaliyyətdən sonra bu, mümkün oldu. Hazırda təkcə, Piranşəhr deyil, digər sərhədyanı bölgələrdə də eyni üsul tətbiq olunur. Plana görə, şələkeşlər sığorta olunacaq, onlara sərfəli kredit veriləcək, sonda isə təqaüdə çıxacaqlar”, - deyə nazir vurğulayıb.

İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Həmin kürdlər bir çox halda qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir və bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar. Məsələn, Qərbi Azərbaycanda bir çox daşınmaz əmlak bölgənin kürdləşdirilməsi prosesindən xəbərsiz olan azərbaycanlılar tərəfindən həmin qaçaqmalçılara satılır və nəticədə Azərbaycan şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!