Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 21-01-2021, 13:44
20 YANVARDA DOĞULAN QARABAĞ ŞƏHİDİ SƏBUHİ ORUCOV - FOTOLAR

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Onların hər biri haqqında nə qədər yazılsa belə yenə azdır. Çünki bu Vətən oğulları 1988-ci ildən bəri işğala məruz qalan yurd yerlərimizi böyük qəhrəmanlıq və şücaət göstərərək erməni faşistlərindən azad etməyi bacardı. Bu qələbə həm də Azərbaycan gəncliyinin bizlərə böyük hədiyyəsi oldu. Dünənə qədər hələ də yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Onlar erməni səddlərini darmadağın etməklə yanaşı, xain düşmənlərimizi belə qarşılarında diz çökdürdülər. Bu gün 20 Yanvar günündə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səbuhi Orucovun xatırlamaq isə mənəvi borcumuzdur. Taleyin ömür payıdır ki, onun dünyaya gəlişi tariximizin qan yaddaşı olan - 20 Yanvar gününə təsadüf edib. Yəqin ki, 20 Yanvar faciəsinin qəhrəmanları Vətən müharibəsinin bu şəhidinə bir məktəb olub ki, o da dünyaya gəldiyi günün şərəfli olduğunu unutmayıb. Bəli, bu gün şəhidlik zirvəsinə ucalan Səbuhi Orucovun ad günü onsuz keçirilsə də əziz xatirəsi yaddaşlarda əbədi qalacaq! II Qarabağ müharibəsindəki Böyük Qələbəni bizə ərməğan etməkdə xidmətləri olan şəhid Səbuhi Orucovun anası Narınc xanımın da qarşısında baş əyirik ki, o ürəyi, amalı Vətən eşqi ilə dolu olan belə qəhrəman oğulu dünyaya gətirib!

Səbuhi Vahid oğlu Orucov 1993-cü il yanvarın 20-də Bülbülə qəsəbəsində anadan olub. 2000-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsi 232 nömrəli tam orta məktəbini I sinfinə daxil olub, 9-cu sinifə qədər bu təhsil ocağında oxuyub. 2009-2011-ci illərdə isə orta təhsilini Əmircan qəsəbəsindəki 87 nömrəli tam orta məktəbdə davam etdirib. Atası Vahid Orucov I qrup əlil, anası Narınc Orucova isə evdar qadındı. Səbuhi ailənin ilk övladı olub. Hələ uşaq yaşlarında dayısı Səbuhiyə onun kimi hərbiçi olmağı məsləhət bilib. Səbuhi Orucov orta təhsilini bitirdikdən sonra 2011-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonu İdarəsindən hərbi xidmətə çağrılıır. Onun hərbi xidməti Tərtər rayonunun Qapanlı kəndindən başlayır. S.Orucov hərbi xidmətdə olarkən komandirinin də böyük etimadını qazanır. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda da hərbiçi kimi çalışır. Fəallığına, nümunəvi davranışına, təlim-tərbiyəsinə və ən əsası vətənpərvər olduğuna görə daima adı öndə çəkilir. Anası Narınc xanımın dediyinə görə oğlu həmişə Vətəninə, dogma xalqına xidmət etməkdən böyük qürur duyub. S.Orucovun həyatında unudulmaz anlar çox olub. Xüsusən də, 2020-ci il iyun ayının 1-i onun yaddaşına əbədi yazılır. Həmin tarixdə o, qardaş türk hərbiçiləri ilə bərabər dörd ay müddətində hərbi təlimlərdə fəal iştirak edir. Arzuları böyük idi, Səbuhinin. Ancaq o isə qarşıdakı müharibədən xəbərsiz idi. İçində bir hiss isə həmişə onu düşməndən qisas almağa çağırırdı. 2020-ci il sentyabrın 27-də sübh tezdən çalınan telefon zəngi ona Vətənin təhlükədə olmasına bir çağırış olur. Ailədə heç kimə bir söz demədən o, tələsərək cəbhə xəttinə gəlir. Sonradan anasına zəng edən Səbuhinin bircə cavabı o olur ki, “ana məndən nigaran qalma, hər şey yaxşıdır”. Müzəffər Azərbaycan Ordusunda Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu Səbuhi Orucov Cəbrayıl, Füzuli, Qubadlı, Horadiz rayonlarının düşməndən azad olunmasında iştirak edir. Daha sonra Laçın rayonunun dörd kəndini işğaldan azad etməsində böyük şücaət göstərir. Acı təəssüf ki, qəlbi daima Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə qələbə çalmaq arzusu ilə çırpınan Səbuhi Orucov namərd gülləsinə tuş gəlir. Cəsur döyüşçü 2020-ci il oktyabrın 26-da Laçın rayonunun Suarası kəndində mənfur düşmənin atdığı minamyot qəlpəsi nəticəsində şəhid olur. Şəhid Səbuhi Orucov 2020-ci il oktyabrın 27-də Bülbülə kəndindəki Şəhidlər Xiyabanında dəfn olunur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Səbuhi Vahid oğlu Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, ”Cəbrayıl rayonunun azad olunması uğrunda” medalı, “Qubadlı rayonunun azad olunması uğrunda” medalı, “Laçın rayonunun azad olunması uğrunda” medalı, ”Bayraq Ordeni” və 3-cü dərəcəli “Vətənə xidmətə görə Orden” ilə təltif olunub.

Qeyd edək ki, 20 Yanvarda şəhid Səbuhi Orucovun xatirəsi döyüş yoldaşlari tərəfindən Bülbülə kənd Şəhidlər Xiyabanında yad edilib. Şəhidin ailəsinə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Səməndəroğlu tərəfindən anım lövhəsi təqdim olunub.
Allah rəhmət eləsin!

Təranə Cəbiyeva














Paylaş



Bölmə: Şəhidlər / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!