Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                        Füzulidə “Qarabağım mənim” adlı festival .....                        İŞİD liderlərindən biri saxlanıldı .....                        Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü .....                        Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı .....                        Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert .....                        Türkiyədə iki zəlzələ .....                       
Tarix : 26-06-2021, 13:47
Şəhidlərə ehtiram, onların xatirəsini yaşatmaq müqəddəs vəzifədir


Bu il Silahlı Qüvvələrimizin 103-cü ildönümünü möhtəşəm bir coşqu, böyük bir sevgi ilə qeyd edirik, çünki 2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşında ordumuz cəbhə xəttində düşmən üzərində həlledici qələbə qazanaraq xalqımıza Böyük Qələbənin sevincini yaşatdı. İllərdən bəri işğalda qalan əzəli torpaqlarımız işğalçılardan təmizləndi. İndi xalqımız, millətimiz qürur, şərəf tarixini yaşayır. Qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə siyasi-iqtisadi və diplomatik uğurlara imza atan Azərbaycan dövləti çox qısa vaxtda peşəkar ordusunu yaradaraq təcavüzkar Ermənistana öz gücünü göstərdi. 44 günlük Vətən müharibəsi qələbəmizin təntənəsi olmaqla yanaşı həm də xalqımızın tarixi-mənəvi dəyərlərini dünyaya nümayiş etdirdi. Xalqımız, millətimiz bir daha dünya birliyi qarşısında mübarizə əzmini, milli birliyini, həmrəyliyini ifadə etdi.
Zəfərlə başa çatan Vətən müharibəsindən aylar, illər ötəcək, amma qələbəmizin təmin olunmasında zəhməti olan qəhrəman oğullarımız heç zaman unudulmayacaq. Əziz şəhidlərimizin xatirəsi daim qəlbimizdə xatırlanacaq, müharibənin odundan-alovundan çıxmış qazilərimiz həmişə ehtiramla yad olunacaq. Bu gün Vətənimizin elə bir kəndi-kəsəyi, şəhəri-qəsəbəsi tapılmaz ki, orada şəhidlərimizə hörmət və ehtiram nümayiş etdirilməsin.

İyunun 25-də Hacıqabul rayonundakı şəhid Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbinin həyətində xüsusi bir canlanma, böyük izdiham vardı. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri, qonaqlar, Qarabağ müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, müəllim və şagirdlər məktəbin qarşısında salınmış "Şəhidlər bulağı"nın açılışına toplaşmışdı.
Öncə birinci və ikinci Qarabağ savaşında canlarından keçmiş şəhid döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycanın Dövlət himni oxundu.
Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Kamal Əsgərov xalqımızın və dövlətimizin birliyi hesabına, ordumuzun rəşadəti ilə başa çatmış 44 günlük Vətən savaşından söhbət açdı və qürur hissi ilə vurğuladı ki, bu qələbənin qazanılmasında igidlik göstərmiş oğullar arasında rayonumuzun yetirməsi olan gənclər də vardır. Kamal müəllim qeyd etdi ki, bu gün dövlətimizin rəhbərliyi şəhid ailələrinə, müharibə əlillərinə böyük diqqət göstərir, onların sosial problemlərinin həlli üçün əlindən gələni əsirgəmir. Təqdirəlayiq haldır ki, Qarabağ savaşında iştirak edən hər kəsin xidməti cəmiyyətimizdə də uca tutulur, şəhid döyüşçülərimizin xatirəsinə ehtiram və hörmət göstərlir.

Sonra şəhid ailələrinin iştirakı ilə bulağın açılışı baş tutdu. Tədbirdə söz alan kənd ağsaqqalları, ziyalılar, müharibə qaziləri ölkəmizdə müharibə qurbanlarının xatirəsinə göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını dilə gətirdilər. İkinci Vətən müharibəsində şəhid olan döyüşçülərin ailə üzvlərindən Kərbəlayi Fatma Rüstəmova, Nailə Abdurrəhmanova, Şükran Tarverdiyeva, Sevil Qasımova və başqaları övladlarının şərəfinə inşa edilən bulağın açılışına görə təşəkkür etdilər, məktəbin rəhbərliyinə, pedaqoji kollektivinə ürək sözlərini bildirdilər.
Məktəbin direktoru Kamal müəllim sonda çıxış edərək bu xeyirxah əməlin həyata keçməsinə dəstək göstərmiş iş adamlarına, Kərbalayi Asif Pirişova, Kərbalayi Ceyhun Əsgərova, Ağagül Rzayevə və zəhməti olan hər kəsə öz təşəkkürünü çatdırdı.
Əlbəttə, hər bir şəhidimizin xatirəsini uca tutmaq, adını yaşatmaq cəmiyyətimizdə tutduğu vəzifədən, mövqedən asılı olmayaraq hər kəsin müqəddəs borcudur.

Arif PƏNAHLI,
hərbi jurnalist,
ehtiyatda olan polkovnik-leytenant


Paylaş



Bölmə: Şəhidlər / Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!