Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 15-01-2018, 10:15
Şəhid atası olmaq Şərəflilərin nəsibidir


Allah, sənə də şəhid atası olmağı nəsib etsin, Kəramət!
(Biləsən ki,şəhidin ata-anası nələr çəkir ürəyində...)

"Çörək də tapılar, ət də, balıq da,
Məhəbbət,sədaqət çəkilib ərşə.
Çoxdu məmləkətdə başı papaqlı,
Kişilik,dəyanət çəkilib ərşə.

İşlər belə getsə, belə getməsin.
Getsə,bu gedişi boğacağam mən.
Bütün Azərbaycan övladlarını,
Öz kişi bətnimdən doğacağam mən..."
(Xəlil Rza Ulutürk)

Azərbaycanın Xalq şairi, "İstiqlal" ordenli Xəlil Rza Ulutürkü oxuculara təqdim etməyə ehtiyac yoxdur.Ömrünü Azərbaycan xalqının azadlığı, müstəqilliyi yolunda şam kimi əridən Xəlil bəy uşaq kimi sadəlövh, xoşxasiyyət idi. Mən, 1989-cu ilin avqust ayında kömək məqsədilə və könüllü olaraq Qarabağa yollananda xeyir-dua verənlərin arasında Xəlil bəy də vardı.O,1988-ci il noyabr ayının 17-də başlanan Milli Azadlıq hərəkatının fəallarından idi.
Xəlil Rzanın tanımaq üçün onun səviyyəsində olmaq gərəkdir.Məsələn tanınmış yazıçı-publisist Firuz Mustafanın dediklərindən:

-Xəlil bəylə uzun illər eyni təsisatda çalışmışıq- Elmlər Akademiyasında. O, Ədəbiyyat İnstitunda işləyib, mən isə Fəlsəfə institunda. Yaxın dost olmasaq belə, xoş ünsiyyətimiz olub. O, Moskvada Lefortovo zindanında olarkən EA-da təşkil olunan iclasda çıxış etmişəm. Yeri gəlmişkən, həmin iclasın təşəbbüskarı Xəlil Rza işləyən şöbənin müdiri, gözəl insan və şair Qasım Qasımzadə olmuşdu.
Xəlil bəy sadədən sadə bir insan idi. Haqsızlığı, ikiüzlüyü, nadanlığı, naqisliyi, satqınlığı kəskin tənqid edirdi. Özündən yaşlılara böyük ehtiram bəsləyir, gənclərə qayğı göstərirdi.
O, rusları pisləmirdi, rus şovinizmini pisləyirdi. O, bütün erməniləri deyil, qatil erməniləri, erməni xalqını yoldan çıxaran millətçi erməniləri ifşa edirdi.
Xəlil Rza çıxışlarında nə qədər kəskin idisə, həyatda o qədər kövrək bir insan idi.
Onun özü və canı qədər sevdiyi övladı Təbriz vətənimizin şəhidləıridir. Mən onuun oğlunun dəfn mərasimində əvvəldən sonacan iştirak etmişəm. O, bu müqəddəs ölüm üçün Azətbaycan xalqına “gözün aydın” deyirdi. Bu mərdlik, bu ürək, bu eşq, bu qəhrəmanlıq hər adama qismət olmur.
Xəlil Rza şeirin qəhrəmanı idi.
Xəlil Rza qəhrəmanlığın və qəhrəmanların şairi.
Xəlil Rzanın şeirləri bizim poeziyamızın inciləridir.
Xəlil Rzanın elə təkcə çoxcildlik gündəliyi mədəni, ədəbi, siyasi həyatımızın yarıməsrlik real ensiklopediyasıdır.
Xəlil Rza təpədən-dırnağacan şair idi.
Diqqətli oxucu yəqin ki, bu yazının sərlövhəsinə fikir verdi: “Xəlil Rzanı da tənqid etmək lazımdır...”
Bu, Xəlil bəyin öz sözləridir. Tribunada od-alov püskürən şair, həyatda çox məsum, utancaq idi. Şeirləri haqda tərifli söz eşidəndə o, uşaq kimi qızarar, tər tökərdi. Tərifi bol edən adamlara adətən :”Məni hərdən tənqid də edin”-deyərdi.
Böyük şairi bu gün də tənqid edənlət var. Bir qorxusu yox. Əgər Nizami, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Cabbarlı, Vurğun zaman-zaman yada salınıb tənqid olunursa və yaxud əksinə, tənqid olunub yada salınırsa bu, onların xeyrinədir.
Bir sözlə, Xəlil Rza daim gündəmdədir.
Zaman Xəlil Rza Ulutürkün xeyrinə işləyir.
Şair necə də haqlı idi:
Xəlil, sən qayasan, dərdə dözərsən,
Sən Kürsən, Xan Araz, Göygöl, Xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.
Əbədiyyət yolun, ədəbiyyat yolun qutlu olsun, Xəlil bəy.

Vətəndaş Ağabala Qasımov Xocalının Cəmilli Kəndindən olan Davud bəyin səhifəsində Xəlil Rzanın Şeirlərindən misal çəkir:
"Doğransaqda qətrə-qətrə, rizə-rizə,
MÜBARİZƏ!
MÜBARİZƏ!
MÜBARİZƏ!!!"
Allah rəhmət eləsin, mübariz şair idi.

Azərbaycan vətəndaşı Nezaket Memmedova Kəramətin ünvanına yazır: Hec ermənilər öz ədavət qızışdıran yazıçıları Zori Balayanı belə tənqid etmir, bu düşüb şəhid atası rəhmətlik Xəlil Rzanın üstünə. Belə obyektividirsə, getsin Zori Balayandan yazsın. Onun "Ocaq" kitabını oxuyub tənqid etsin və başqa dillərə çevirib yatsın. Əgər hünəri və savadı çatarsa.

Ceyran Əzizova, Xocalı sakini, şəhid ailəsi: Lənətə gələsən böyükçöl yox bataqlıq sənin çöldən xəbərin yoxdur.Nobel mükafatı eşqindəsən aydın görünür.O müdafiə etdiyin erməni sənin nəyindir qarışıgınmı var?Ermənilərin ünvanına deyilən sənə toxunur.Bunu isə Xəlil Rza Ulutürkü təhqir etməklə əsəbini cilovlayırsan.Xəlil Rza tarixə düşmüş qəlbimizdə taxt qurmuş həm şerləriylə həm əməlləriylə yaddaşlara yazılmış bir dövrünün sevilən şairidir.Sən kimsən məhşurlaşmaqçün onu bunu daşlayan biri.

Habil Cavadov Şamil mülliim belə şeylərə fikir verməyin,necə deyərlər,it hürər karvan keçər,və ya xud eşşək nə bilir zəfəran nədir.Bu cür insanlar Xəlil Rzanın yanında böcəkdən başqa bir şey deyil,Hamımız bilirik ki,Xəlil Rza istiqlal şairi,azadlıq aşiqi idi.Onun Xəlil bəyin səviyyəsinə çatması üşün,indən sonra bir əsir yaşasa,yenə də azdır.Açığı mən Kəramət adlı bir yazarın adını birinci dəfədir eşidirəm Şamil müəllim,sizi bilmirəm.

Aygun Sadiq "İki xalqı vuruşduran"? Biqeyrət it

Aydan Babayeva Deyesen keramet beyin oz yazdigi seirlerden xeberi yoxdur ki xelil beyi tehqir edir.onun bir seiri oxumusam.bele baslayir sen ilk defe parta arxasinda oturanda dizlerini ilk defe muellimin gordu... ardin demek bele utancvericidir.indi gelib Xelil beyi tehqir edir.bir adami tenqid etmek ucun gerek en az onun qeder senetin olsun.odaki ancaq tenqid.tehqire haqq qazandirmir.Keramet beyin hec tenqid ucun bele Xelil bey qeder seneti sairlik ustaligi yoxdur

Faxriyya Nebi Bəs Lələtəpədəki şəhidlər kimin qurbanı oldu? Onlara da Xəlil Rza xəndək qazmışdı? Gör üzərindən neçə il ötüb?

Zaur Bagirov yazır: Salam ! Axşamınız xeyir , dəyərli VƏTƏNPƏRVƏR DOSTLAR. Danışıqlarınızı izlədim və həm şad oldum , həm də məyus. Şad oldum ona görə ki , məni lap uşaqlıqdan narahat eləyən və daim hər kəsdə görmək istədiyim bir mövzudan danışan dostlarımın olduğun görürəm. Məyus oluram ona görə ki , əsrlər boyu xalqımızın mərd oğlan və qızları olub ki , meydanda tək qalıblar.
Bu gün bizim həqiqətən də ağır günlərimizdir. Çox uzatmaq istəmirəm - bizə əsil mehribançılıq vacibdir. Xalqın gələcəyi bizim bu günkü birliyimizdən aslıdır. Sinəm illərdir ki , doludur. Amma , yekun sözüm budur ;- GƏLIN GƏLƏCƏYIMIZ NAMINƏ BIRLƏŞƏK !!!

Şair-publisist Qəşəm Nəcəfzadə sakit təbiətli insandır.Bi-birimizə hörmətimiz var. Qəşəm müəllim öz facebook səhifəsində yazır ki, "...30 yaşında olan insana mən nə deyim?" Q.Nəcəfzadənin oğlu Kəramət Böyükçöl unudulmaz Xalq şairimiz, şəhid Milli Qəhrəman atası Xəlil Rza Ulutürkə qarşı haqsızlıq edib. Kəramət bəydən xahiş edirəm, Xəlil Rza haqda dediyi nalayiq söz və fikirləri geri götürsün. K.Böyükçöl oz söylədiyi yanlış fikirlərə görə ictimaiyyətdən üzr istəsin.Əks təqdirdə, biz,onunla məhkəmədə görüşəcəyik.Sonda isə "ATV"Kanalının əməkdaşı, tanınmış jurnalist İlham Tumasın fikrini xatırladıram: "Allah,sənə də şəhid atası olmağı nəsib etsin, Kəramət! Biləsən ki,şəhid atası olmaq nə deməkdir!"

Son söz yerinə: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Qarabağ faciəsinin, Xocalı soyqırımının şahidlərindən biri kimi nəinki Kəramət Böyükçölün, hətta kimsənin övladının vaxtsız həlak olmasının əleyhinəyəm.Mən, qan-qadanın əleyhinəyəm, dünyada sülhün, barışın tərəfindəyəm. Ancaq bu gün Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi yazarları, Ziya Bünyadov, Xəlil Rza Ulutürk...kimi dahi alimləri aşağılamaqla gündəmə gələnlər bilməlidir ki, elə bu dünyada da bir ədalət məhkəməsi var.
Kəramət, şəxsən tanımıram səni.Atana,atana görə isə sənin ailə üzvlərinə hörmətim var.Üzr istəmək çətin bir şey deyil. öz facebook səhifəndə üzr istə, bu söhbət bağlansın. Axı, Allah da bağışlayanları sevir...

Hörmətlə,
Şamil Sabiroğlu,

Qarabağ qazisi,jurnalist.
Bakı, 14.01.2018.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!