17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
Tarix : 18-07-2018, 17:59
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj

MEK “Milli Mətbuat Günü”nə həsr olunmuş tədbirində media qurumlarını və jurnalistləri mükafatlandırıb
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibətilə “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirib. KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak etdiyi tədbirdə MEK-in ayrı-ayrı şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.

AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara fərdilik, inkişaf və peşəkarlıq ilə yanaşı informasiya şansı və qələm azadlığı arzu edib. Leyla İmanova öz çıxışında MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, akademik kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, “təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi çağırışlar səsləndirib. L.İmanova MEK tərəfindən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilməsindən bəhs edib.
Sonra MEK əməkdaşları tərəfindən “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı təqdimat keçirilib. MEK-in ayrı-ayrı söbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələrini Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov və əməkdaşı Gülarə Səbzəliyeva, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, İnnovativ layihələr şöbəsinin müdiri Habil Əliyev, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova təqdim edib.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir vəziyyətindən bəhs edib. Onun sözlərinə görə Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. M.Ələsgərli media və kitabxana əməkdaşlığına toxunaraq onun əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan danışıb.
Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib.
Çıxış edən jurnalistlər MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, kitabxana ilə əməkdaşlığın daha da sıx qurulmasının vacibliyini vurğulayıb, MEK tərəfindən jurnalistlər üçün yaradılan şəraitə və diqqətə görə öz təşəkkürlərini bildiriblər.
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj[/center]
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj[/center]
Tədbirin sonunda L.İmanova MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsini elan edib. L.İmanova qeyd edib ki, Mərkəzi Elmi Kitabxana 22 iyul “Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüs ilə çıxış edir. MEK Azərbaycan dövlətçiliyi maraqları baxımından strateji hədəfi olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini (milli maarifçilik, Azərbaycan dilinin və milli əxlaq kodeksinin qorunması) təbliğ edən, Mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə şəklinə salınması nəzərdə tutulan layihənin ilk mərhələsi 2018-ci ilin 1 sentyabr - 30 noyabr tarixini əhatə edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaq.
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj
Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!