Savaş və bölgəmizin taleyi .....                        “Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                       
Tarix : 18-10-2019, 14:27
Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
Butov.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Sənəd Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin 3-cü Zirvə Toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyalara, eləcə də, digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.
Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Azərbaycanın müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunur. Həmin bəyanat Prezidentin İlham Əliyevin qərarı ilə verilib.
Bəyanatda qeyd olunur ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan tərəfindən tətbiq edilməyəcək.
“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir”, - deyə bəyanatda bildirilir.
Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır.
Digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacalar.
Qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!