Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 2-02-2021, 12:38
Azərbaycan gəncləri ölkədə aparılan quruculuq işlərində fəal iştirak edirlər

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə onlayn görüş keçirilib. Tədbirdə Vətən müharibəsinin iştirakçıları, rayonun fəal gəncləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Butov.az xəbər verir ki, Uşaq və Ailələrə Dəstək Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncləri əlamətdar bayram münasibətilə təbrik edən Mərkəzin direktoru Günel Ağayeva gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhni olduğunu diqqətə çatdırıb.

Mərkəzin sosial iş üzrə mütəxəssisi Hökumə İsmayılova çıxışında müasir dövrdə Azərbaycanda sosial-iqtisadi sahədə aparılan quruculuq işlərində gənclərin fəal iştirakından bəhs edib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və rayon icra hakimiyyətinin nümayəndəsi Anar Şirinov çıxış edərək, müstəqil Azərbaycanın ən mühüm fəaliyyət istiqamətlərində gənclərin göstərdikləri nailiyyətlərdən söz açıblar. Vurğulanıb ki, hər bir gənc öz həyatını qurarkən, ilk növbədə, ölkəmizin bu gününü və gələcəyini düşünməli, əməli fəaliyyətində vətəndaşlıq borcunu şərəflə yerinə yetirməlidir. Fərəhli haldır ki, bu gün Azərbaycan gəncləri milli-mənəvi dəyərlərimizi, doğma Ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadırlar.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!