Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 11-07-2022, 11:06
Cənnət - Şuşanı azad görmək haqqı


Cənnət - Şuşanı azad görmək haqqı

İşğaldan azad edilmiş ərazilərimizi ziyarət etmək təkcə vaxtilə həmin ərazilərdə yaşamış həmvətənlərimizin deyil, bütün Azərbaycan vətəndaşlarının arzusudur. İnsanlarımız qrup halında təşkil oluynan səfərlər hesabına tədricən bu arzularını gerçəkləşdirirlər. Vətəndaşlarımızın hazırda abadlaşdırılan, bərpa edilən, yaşayış və fəaliyyət üçün infrastruktur qurulan həmin ərazilərdə məskunlaşacağı gün də uzaqda deyildir.
Bu günlərdə arzusuna qovuşaraq Şuşanı ziyarət edən Behbudov Nazim müəllim də çox sevinclidir. Çünki o, bu xoş günü görməyi haqq etmişdi. Birinci Qarabağ savaşının iştirakçısı kimi uğrunda vuruşduğu Qarabağın tacı Şuşanın, dünyaya göz açdığı doğma Cəbrayılın yağı tapdağından azad olunmasını görməkdən, müqəddəs torpağın bərəkət saçan ətrini duymaqdan, gözəl təbiətinin əsrarəngiz mənzərəsini seyr etməkdən daha gözəl nə ola bilər ki? Bu, elə Cənnəti bu dünyada görmək kimidir!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Dəmir Yolları” Şöbəsinin İdarə Heyətinin üzvü, müharibə veteranı Behbudov Nazim Möhür oğlunun erməni təcavüzkarlarının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Dağlıq Qarabağ və ətraf bölgələrdə ərazilərimizə və mülki şəxslərə qarşı apardıqları təcavüzə qarşı döyüşlərə ilk qatılanlardan olmuşdur. Belə ki, 1989-cu ilin yayında sovet ordusundan tərxis olunduqdan sonra 19-20 yanvar 1990-cı ildə Bakı şəhərində və digər regionlarda Azərbaycan xalqına qarşı törədilən qanlı faciəyə biganə qalmayaraq əyani təhsilini yarımçıq qoyub Şuşada yaradılmış ərazi özünümüdafiə dəstəsinə könüllü qoşulmuşdur.
Həmin illərdə keçmiş Sovet İttifaqı Silahlı Qüvvələri və digər hüquq-mühafizə orqanları Dağlıq Qarabağda və ətraf ərazilərdə ermənilərə hərtərəfli havadarlıq edirdilər. Buna baxmayaraq, o dövr üçün nadir hal hesab edilən və cəsarət tələb olunan şəraitdə N.M.Behbudov gənc həyatını təhlükəyə ataraq əsasən də polislərdən (o zamankı milislərdən) ibarət zəif silahlanmış ərazi özünümüdafiə dəstəsinin tərkibində erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak etmiş, azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi məqsədilə yaradılmış postlarda dayanırdı. O dövrlərdə əsasən mülki vətəndaşların təhlükəsizliyinin qorunması və azərbaycanlı yaşayış məntəqələrinə erməni quldur dəstələrinin hücümlarının qarşısının alınmasında iştirak edir və bu məqsədlər üçün yaradılmış postlarda keşik çəkirdi. Dəfələrlə o dövr üçün xarakterik olmayan açıq döyüşlərdə iştirak etmiş və bu hala seyrçi mövqe tutan sovet silahlı qüvvələrinin və o vaxtkı hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarına öz etirazını bildirmişdir. Hətta bir neçə dəfə sovet silahlı qüvvələri və digər güc strukturları tərəfindən saxlanılmış və təcridxanaya salınmışdır. Təcridxanada işgəncələrə məruz qalmış və Dağlıq Qarabağda hərbi komendantlır rejimi tətbiq edildiyində bölgəyə bir daha gəlməsinə qadağa qoyulmuşdur.
Bundan sonra N.M.Behbudov qarşılaşdığı haqsızlıqlara dözməyib 1991-ci ildə doğma Cəbrayıl rayonuna qayıdır və ərazidə erməni təcavüzkarlarına qarşı rayonda yeni yaradılan könüllü müdafiə dəstələrinə qoşulur. Rayonun sərhəddində yerləşən erməni kəndlərinin erməni təcavüzkarlarından təmizlənməsində fəal iştirak etmiş və rayonun müdafiəsi üçün yaradılmış postlarda durmuşdur. Çox təəssüflər olsun ki, 1993-cü ilin yaz-yay aylarında Qarabağ bölgəsi, o cümlədən Cəbrayıl rayonu erməni təcavüzkarları tərəfindən, havadarlarının hesabına, işğal olunur. N.M.Behbudov ailəsi ilə birlikdə öz doğma torpaqlarından didərgin düşür və məcburi köçkün qismində İmişli şəhərinə pənah gətirirlər. Qarşılaşdığı sosial-mənəvi sarsıntılara baxmayaraq, Heydər Əliyevin 1993-cü ilin payızında torpaqlarımızın müdafiəsi üçün xalqa müraciətindən ruhlanaraq yenidən döyüşə yollanmışdır. 1994-cü ilin əvvəlində həyata keçirilən uğurlu Horadiz hərbi ənməliyyatında döyüşmüşdür. Atəşkəsdən sonra tərxis olunmuş və arxa cəbhədə dəmir yolunda əmək fəaliyyətinə başlamışdır. O, ön cəbhədə döyüşlərdə göstərdiyi fədakarlıqlar kimi, arxa cəbhədə əmək fəaliyyətində də əzmkarlıqla çalışmışdır. İşlədiyi əmək kollektivinin böyük rəğbətini qazanmaqla ictimai işlərdə fəal iştirak etrmişdir. Rəhbərlik onun fədakar əməyini məqsədyönlü sanmış və fəhləlikdən idarə rəhbərliyinə kimi yüksəltmişdir.
Bacarıqlı, işgüzar və ali ixtisaslı kadr kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin aparatına dəvət olunmuşdur (N.Behbudov 2000-ci ildə Bakı Dəmir Yolu Nəqliyyatı texnikumunun yol təsərrüfatı və süni qurğular fakültəsini, 2005-ci ildə Bakı Dövlət İqtisad Kollecinin hüquq fakültəsini və 2014-cü ildə isə Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Akademiyasının yol təsərrüfatı fakültəsini bitirmişdir). Dəmir yolunda aparılan layihələrin həyata keçirilməsində və sahə üçün vacib olan texniki ədəbiyyatların hazırlanmasında bilavasitə iştirak edir.
2016-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Dəmir Yolları” şöbəsinin ilk üzvlərindən biridir və şöbənin yaranmasında fəal iştirak etmişdir. Hazırda çalışdığı sahə - Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi bu kateqoriyadan olan vətəndaşların mənafeyinin müdafiəsində mühüm rol oynayır. Buna görə də N.M.Behbudovun həm ön cəbhədə, həm də arxa cəbhədəki fəaliyyəti səmərəli və məhsuldar alınmışdır. Dəmir yolundakı əmək fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək 2012-ci ildə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunmuşdur.
N.M.Behbudov nümunəvi işçi olmaqla yanaşı, Respublikanın ictimai həyatında yaxından iştirak etməklə dövlətçilik ənənələrinə sadiqlik göstərir və seçki məntəqəsinin üzvüdür. N.M.Behbudovun ölkə başçısının yürütdüyü siyasətə sadiqlik göstərməklə bu yönümdə qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə onun əməyi yüksək qiymətləndirilərək 2018-ci ilin fevralında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur, Dəmiryolçu – müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasında və hüquqlarının müdafisəsində yaxından iştirak edir. 2018-ci ildə AVMVİB-nin yaranmasının 25 illik yubileyi medalı ilə təltif olunmuşdur.
Vətən müharibəsi vaxtı yaşı və hərbi mükəlləfiyyətinə görə səfərbərlik şöbəsinə müraciət etməsinə baxmayaraq, döyüşə səfərbər olunmamışdır. Buna baxmayaraq, ürəyi vətənpərvərlik hissilə döyünən N.Behbudov bir neçə dəfə ön cəbhəyə əsgərlərə sovqat aparmış və əsgərlərlə görüş keçirmişdir. Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni təcavüzkarların işğalı altında olan doğma torpaqlarımızın azad olunmasında keçmiş döyüşçü veteran kimi ön cəbhədə döyüşən əsgərlərimizə göstərdiyi mənəvi dəstəyə və töhfələrə görə 2021-ci ildə tarixi qələbəmizin şərəfinə Azərbaycan Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Böyük Zəfər” xatirə medalı ilə, 2022 - ci ildə "Vətənpərvərlik işində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Bundan başqa, Azərbaycan ordusunun yaranmasının 104 illiyi münasibətilə “N” saylı hərbi hissənin Fəxri fərmanı ilə təltif edilmişdir.
Nazim müəllim bu qənaətdədir ki, düşmən üzərində Qələbəni, doğma yurdu azad görməsi taleyin ona bəxş etdiyi ən böyük mükafatdır.

Sevil Həsənli


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!