Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 6-11-2015, 09:56
Prezident İlham Əliyev Marneulidə azərbaycanlılarla görüşüb


Butov.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşüb.

Görüşdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də iştirak edib.

Görüşdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Marneuliyə ilk səfərini 2004-cü ildə edib və indi bölgədə böyük iqtisadi və infrastruktur dəyişiklikləri getdiyini görüb. O, Gürcüstana iki günlük səfərinin uğurlu keçdiyini deyib: “Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Dünən Bəyannamə imzaladıq və bu sənəddə əməkdaşlığın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın gözəl tarixi və gələcəyi var. Əlaqələrimiz strateji səviyyəyə qalxıb. Bu gün mən Marneuliyə gəlmişəm. Əminəm ki, bizim Gürcüstanda fəaliyyətimiz əlaqələrin inkişafında mühüm rol oynayacaq. Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər, bizim əməkdaşlığımızı daha da möhkəmləndirir”.

G. Marqvelaşvili isə azərbaycanlıların Gürcüstan dövlətçiliyinin inkişafına böyük töhfə verdiyini söyləyib: “Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu və qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük sərmayə qoyub. Bunu qiymətləndirməmək olmaz. Bu, Azərbaycanın qardaş ölkə kimi Gürcüstana göstərdiyi qayğıdır”.

Görüşdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Dəmyə-Görarxı kənd icra nümayəndəsi Heydər Musayev və başqaları çıxış edərək həyata keçirilən işlərdən və azərbaycanlıların problemlərindən söz açıblar. [right][/right]


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!