Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
13-05-2023, 00:26
Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu


Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
12-05-2023, 22:39
Rusiya Baxmut yaxınlığındakı mövqelərini tərk edir - Priqojin


Rusiya Baxmut yaxınlığındakı mövqelərini tərk edir - Priqojin

Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir. Bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir. Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb. “Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.
12-05-2023, 21:38
Erməni hərbiçilər zərərsizləşdirildi


Erməni hərbiçilər zərərsizləşdirildi

Ermənistan ordusunun təxribata cəhd edən 2 hərbçisi zərərsizləşdirilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, onlardan biri ölüb, digəri yaralanıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Düşmənə məxsus pilotsuz uçuş aparatı isə zərərsizləşdirilib.
12-05-2023, 21:12
İdmançımız İtaliyada keçirilən Qran-pridə qızıl medalın sahibi oldu


İdmançımız İtaliyada keçirilən Qran-pridə qızıl medalın sahibi oldu

Azərbaycan para-atleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, 400 metr məsafəyə qaçışda 56.75 saniyə nəticə göstərərək birinci yeri tutub. Paralimpiya çempionu bu göstərici ilə cari ilin iyulunda Fransanın paytaxtı Parisdə təşkil olunacaq dünya birinciliyinə lisenziya əldə edib.
12-05-2023, 21:03
Ermənistana məxsus PUA-lar məhv edildi


Ermənistana məxsus PUA-lar məhv edildi

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.





12-05-2023, 19:04
Rusiyaya məxsus helikopter qəzaya uğradı - Pilotlar öldü


Rusiyaya məxsus helikopter qəzaya uğradı - Pilotlar öldü

Ukraynanın ilhaq edilən Krım bölgəsində Rusiyaya məxsus Mi-28 hərbi helikopteri qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qəza helikopterin təlim uçuşu zamanı baş verib. Hadisə nəticəsində 2 pilotun öldüyü bildirilib. Məlumata görə, helikopter uçuşu sursatsız icra edib. Qəza nəticəsində yer səthində dağıntı olmayıb.
12-05-2023, 18:48
Bu oyunu Muharrem bəyə qarşı oynadılar - Ərdoğandan şok açıqlama


Bu oyunu Muharrem bəyə qarşı oynadılar - Ərdoğandan şok açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin namizədliyini geri götürməsindən danışıb. O, mitinqdə çıxışı zamanı İnceyə qarşı oyun oynanıldığını bildirib. Ərdoğanın sözlərinə görə, İncenin namizədliyini geri götürməsinin arxasında FETÖ dayanır. “Kaset təxribatının arxasında Pensilvaniya var, FETÖ var. Bu oyunu Muharrem bəyə qarşı oynadılar”, - Ərdoğan deyib. Qeyd edək ki, ötən gün Məmləkət Partiyasının sədri Muharrem İnce ictimaiyyətə müraciətində namizədlikdən geri çəkildiyini elan edib. İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.
12-05-2023, 17:57
Mövqelərimiz erməni silahlı qüvvələri tərəfindən atəşə tutuldu


Mövqelərimiz erməni silahlı qüvvələri tərəfindən atəşə tutuldu

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
12-05-2023, 17:28
Ceyhun Bayramov rusiyalı nümayəndə ilə sülh haqqında danışdı


Ceyhun Bayramov rusiyalı nümayəndə ilə sülh haqqında danışdı

12 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə XİN-dən bildirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib. Rusiya XİN nümayəndəsi regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.
12-05-2023, 17:17
Sülh təşəbbüslərini müzakirə etməyə hazırıq - Ukrayna XİN


Sülh təşəbbüslərini müzakirə etməyə hazırıq - Ukrayna XİN

"Ukrayna digər dövlətlərin sülh təşəbbüslərini müzakirə etməyə hazırdır". Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib. “Şərt var. Birincisi, sizin təşəbbüsünüz Ukrayna ərazisinin Rusiyaya verilməsini ehtiva etməməlidir; ikincisi, sizin təşəbbüsünüz sülh əvəzinə dondurulmuş münaqişəyə səbəb olmamalıdır”, - o əlavə edib. Ukrayna diplomatiyasının rəhbəri qeyd edib ki, heç kim öz ərazisinin 1 kvadrat metrini işğalçıya verməyə razı olmaz: "2014-2022-ci illərdə Ukrayna Rusiyaya çoxsaylı atəşkəs şansı verdi, lakin bu, münaqişəni genişmiqyaslı işğala çevirdi. Ukrayna müharibənin dayandırılmasına kömək etmək üçün edilən hər cəhdi yüksək qiymətləndirir və prezident Volodimir Zelenskinin Sülh formulunun həyata keçirilməsini ən yaxşı yol hesab edir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!