Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
12-05-2023, 12:03
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman Soylu


ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman Soylu

ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib. “ABŞ seçkilərə müdaxilə edir. Bunu hər kəs bilir və ABŞ prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. ABŞ-nin işidir. Bayden son günlər öz adamlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu bildirib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.
12-05-2023, 11:35
Erməni təxribatı nəticəsində şəhid olan hərbiçimiz dəfn edildi


Erməni təxribatı nəticəsində şəhid olan hərbiçimiz dəfn edildi

Ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilib. Mərasimdən sonra şəhid qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.



11-05-2023, 21:19
Su-25 hücum təyyarəsinə quraşdırılan raketin sınaq atışı nümayiş etdirildi


Su-25 hücum təyyarəsinə quraşdırılan raketin sınaq atışı nümayiş etdirildi

“Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə modernizasiya nəticəsində Su-25 hücum təyyarəsinə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib. Raketin effektivliyi yüksək qiymətləndirilib.

11-05-2023, 19:30
Ceyhun Bayramov Qazaxıstanın ölkəmizə təyin olunan səfiriylə görüşdü


Ceyhun Bayramov Qazaxıstanın ölkəmizə təyin olunan səfiriylə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüşüb. Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov səfir Alim Bayeli təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir ortaq etnik, mədəni və tarixi köklərə əsaslanan Azərbaycan və Qazaxıstan arasında genişmiqyaslı ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla qeyd edib. Öz növbəsində, səfir Alim Bayel diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirən səfir Alim Bayel, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə edib. Görüş zamanı habelə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının vacib olduğu vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11-05-2023, 18:15
XİN başçısı Hindistanın ölkəmizə təyin olunmuş nümayəndəsiylə görüşdü


XİN başçısı Hindistanın ölkəmizə təyin olunmuş nümayəndəsiylə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. C.Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Nazir iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək, münasibətlərin inkişafı üçün mövcud potensialdan istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin, qarşılıqlı səfərlərin faydalı olduğu diqqətə çatdırılıb. Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində çoxtərəfli əməkdaşlıq təcrübəsinə sadiqliyin əhəmiyyətini qeyd edib. Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb. Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb. Səfir Sridharan Madhusudhanan qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycan və Hindistan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
11-05-2023, 18:01
Oğlum bu gün evə gəlməli idi - Şəhid atası


Oğlum bu gün evə gəlməli idi - Şəhid atası

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb. Şəhid atası bildirib ki, oğlu bu gün evə gəlməli imiş: “2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün gələcəkdi, dedi ki, sabah gələcək". E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.

11-05-2023, 17:38
Ermənistan mövqelərimizi D-30 topları ilə atəşə tutur


Ermənistan mövqelərimizi D-30 topları ilə atəşə tutur

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
11-05-2023, 17:33
Rusiya Donetsk vilayətini raket atəşinə tutdu


Rusiya Donetsk vilayətini raket atəşinə tutdu

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinə raket hücumu həyata keçirib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak məlumat verib. O bildirib ki, hücum nəticəsində 6 nəfər yaralanıb. "Hazırda tibbi personal onlara yardım göstərir", - deyə Yermak qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

11-05-2023, 17:24
Türkiyə Ukraynaya zirehli texnikalar yolladı


Türkiyə Ukraynaya zirehli texnikalar yolladı

Türkiyənin "Otokar" şirkəti tərəfindən istehsal edilən "Kobra II" adlı zirehli texnikalar Ukraynada görünüb. Ukrayna ordusunun artıq zirehli maşınlardan istifadə etdiyi bildirilir. Taktiki zirehli texnikaların tezliklə döyüş bölgələrində istifadə ediləcəyi qeyd olunur. Xatırladaq ki, bundan əvvəl "Kobra II" zirehli texnikalarının Ukraynaya göndərildiyi barədə məlumat yayılmışdı. Bundan başqa, Türkiyə Ukraynaya "Kirpi" zirehli maşınları və "Bayraktar TB2" PUA-ları tədarük edib.
11-05-2023, 17:16
Ali Məhkəmə İmran xanın dərhal azadlığa buraxılmasına qərar verdi


Ali Məhkəmə İmran xanın dərhal azadlığa buraxılmasına qərar verdi

Pakistanın Ali Məhkəməsi ölkədə iki gün davam edən kütləvi etirazlardan sonra keçmiş baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edək ki, sabiq baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Gecə saatlarında baş verən toqquşmalarda bir nəfər həlak olub. Çoxlu sayda yaralıların olduğu deyilir. İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!