Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
8-05-2023, 18:02
Prezident xanımı ilə Daşaltıda açılışda iştirak etdi


Prezident xanımı ilə Daşaltıda açılışda iştirak etdi

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb. Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib. Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib. Dövlətimizin başçısı nasos stansiyasını işə salıb. Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik-Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir. Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.




8-05-2023, 17:44
Ərdoğandan Kılıçdaroğluyla bağlı şok açıqlama - ..ABŞ-a hədiyyə etmək istəyir


Ərdoğandan Kılıçdaroğluyla bağlı şok açıqlama - ..ABŞ-a hədiyyə etmək istəyir

Kamal Kılıçdaroğlu Atatürk Hava Limanını Amerikaya hədiyyə etmək istəyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində təşkil edilən seçki mitinqində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkiyə xalqı 14 mayda keçiriləcək prezident və parlament seçkilərinin nəticəsində terrorçularla əməkdaşlıq edənlərə lazımi cavabı verəcək. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək.
8-05-2023, 17:23
Litvanın XİN başçısı Ceyhun Bayramovu qəbul etdi


Litvanın XİN başçısı Ceyhun Bayramovu qəbul etdi

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Bu barədə XİN-dən bildirilib. Nazir Litva Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Asta Skaisgiryté ilə də görüşüb.



8-05-2023, 16:49
Əsir düşən hərbiçimizə 11 il 5 aylıq həbs cəzası verildi


Əsir düşən hərbiçimizə 11 il 5 aylıq həbs cəzası verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11 il 5 ay müddətinə qanunsuz həbs cəzası verilib. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunub. Bildirilib ki, əsirlikdə olan digər hərbçi Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
8-05-2023, 16:29
video-2023-05-08-16-14-32.mp4 [7 Mb] (yüklənib: 1)


HEYDƏR ƏLİYEV: AZƏRBAYCAN MƏNİM VƏTƏNİMDİR!

Bu günlərdə minlərlə insanın yolu fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirmişlər.
Ehtiyatda olan hər iki general-mayor - Novruzəli Orucov və Natiq Əliyevin də bu ziyarətgahlar and yeridir.
Hərbçilərimiz hələ sovet dönəmindən bəri şərəfli həyat yolu keçiblər. Onlar odlardan-alovlardan çıxmış, döyüşlərdə və cəbhələrdə mərdlik nümunələri göstərmiş, bir sözlə Ali Baş Komandanlarımızın daim sədaqətli əskəri olduqlarını sübut etmişlər.
Ona görə də hər iki general-mayorumuz abidələr önünə gül-çiçək dəstələri düzərkən ömür kitablarına yazılan daha bir unudulmaz an kimi xatirələrinə yazmışlar.

[attachment=41]
8-05-2023, 14:06
Putin bu ölkənin dövlət başçısını təbrik etmədi


Putin bu ölkənin dövlət başçısını təbrik etmədi

Rusiya prezidenti Vladimir Putin 9 May - Qələbə Günü ilə bağlı bəzi xarici dövlətlərin rəhbərlərinə və vətəndaşlarına təbrik ünvanlayıb. Bu barədə Kreml məlumat yayıb. Təbrikdə bildirilib ki, bu irs ölkələr və xalqlar arasında münasibətlərin möhkəmlənməsinə, səmərəli inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Moldovaya göndərilən təbriklər digər təbriklərdən fərqli olaraq, dövlət başçısı və xalqa yox, yalnız xalqa ünvanlanıb.
8-05-2023, 13:45
Özbəkistanda prezident seçkilərinin vaxtı açıqlandı


Özbəkistanda prezident seçkilərinin vaxtı açıqlandı

Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb. Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin edilib.
8-05-2023, 13:02
İran bizə problem yaradır - Çavuşoğlu


İran bizə problem yaradır - Çavuşoğlu

Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu, Qərbin xoşuna gəlmir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber”ə müsahibəsində deyib. O bildirib ki, Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları başlayıb. "Təmaslarla məqsədimiz əlaqələrimizi daha da gücləndirməkdir", - Çavuşoğlu qeyd edib. Nazir nəqliyyat sahəsində əməkdaşlığa da toxunub: "Bizim İranla münasibətlərimiz məlumdur. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, İrandan yox. Çünki İran bizə problem yaradır. Azərbaycan isə bir tərəfdən həm qiymətlərlə bağlı jest etdi, həm də çox sürətli bir şəkildə çatdırılma həyata keçirildi - deyə M.Çavuşoğlu əlavə edib.
8-05-2023, 12:44
Qubadlı sakininin Həkəri çayında cəsədi tapıldı


Qubadlı sakininin Həkəri çayında cəsədi tapıldı

Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının verdiyi xəbərə görə, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
8-05-2023, 12:37
XİN başçısının litvalı həmkarı ilə görüşünün detalları açıqlandı


XİN başçısının litvalı həmkarı ilə görüşünün detalları açıqlandı

Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb. Bu barədə XİN-dən bildirilib. Qeyd edilib ki, nazir Ceyhun Bayramov və nazir Qabrielius Landsberqis arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub. Nazir Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində keçiriləcək İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Litva arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin də vacibliyi qeyd olunub. 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, yaşıl enerji sahəsinin də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri olduğunu diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, Azərbaycanın bərpa-quruculuq, sülh səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə danışan nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlı olduğunu diqqətə çatdırıb. Regionda yaranmış yeni reallıqların əməkdaşlıq üçün imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan, müasir şəhərsalma üsulları, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərində əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edib. Bununla yanaşı, Ermənistanın bölgədə yaratdığı mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, bu problemin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb. Nazir Qabrielius Landsberqis, iki ölkə arasında münasibətlərin inkişafının, artan təmasların və qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd edərək, keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının bu dinamikaya müsbət töhfə verəcəyini qeyd edib. Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin alternativinin olmadığını ifadə edən nazir Qabrielius Landsberqis, Litva Respublikasının bölgədə sülh və quruculuq səylərini dəstəklədiyini söyləyib. Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!