Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
5-05-2023, 18:05
Prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun açılışında iştirak etdi


Prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun açılışında iştirak etdi

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb. Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.
5-05-2023, 17:18
Hadrutda salınacaq yaşayış məhəlləsi 28 evdən ibarət olacaq


Hadrutda salınacaq yaşayış məhəlləsi 28 evdən ibarət olacaq

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bildirilib ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Dövlət başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoyub. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.
5-05-2023, 16:55
Bayden müşavirini Səudiyyə Ərəbistanına göndərir


Bayden müşavirini Səudiyyə Ərəbistanına göndərir

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftəsonu Səudiyyə Ərəbistanı liderləri, o cümlədən vəliəhd şahzadə Məhəmməd bin Salman, həmçinin Hindistan və BƏƏ rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edəcək. Sallivan bildirib ki, ABŞ hələ də İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün razılaşma üzərində işləyir. “Nəticədə tam normallaşmaya nail olmaq ABŞ-ın elan edilmiş milli təhlükəsizlik marağına əsaslanır. Niyyətlərimizin ciddiliyini bir daha təsdiq edərək, bu məsələdə göstərdiyimiz səyləri pozmamaq üçün hələlik təfərrüata varmaq fikrində deyiləm”, - o qeyd edib. Sallivanın bölgəyə səfəri Vaşinqton və Ər-Riyad arasında münasibətlərin ABŞ prezidentinin 2022-ci ilin yayında krallığa səfərindən sonra pisləşdiyi vaxta təsadüf edir. Lakin iki ölkə bir çox məsələlərdə, o cümlədən son vaxtlar Sudanla bağlı birgə işləməyə davam edir. Qeyd olunub ki, Səudiyyə və ABŞ arasında daha əvvəl yaranmış soyuqluğu və nəticədə krallığın İranla yaxınlaşmasını nəzərə alınarsa, səfər tərəflərin yaxınlaşması üçün siqnal rolunu oynamalıdır. "Mənim BƏƏ və Hindistandan olan həmkarlarım da Səudiyyə Ərəbistanına səfər edəcəklər. Biz Yeni Dehli ilə körfəz ölkələri, ABŞ və regionun qalan hissəsi arasında əməkdaşlığın yeni sahələrini müzakirə edəcəyik", - o əlavə edib.
5-05-2023, 16:19
Prezident və xanımı Hadrutda inşa ediləcək məktəbin layihəsiylə tanış oldu


Prezident və xanımı Hadrutda inşa ediləcək məktəbin layihəsiylə tanış oldu

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi. Bildirildi ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.
5-05-2023, 15:50
Tuğ kəndində İnzibati Mərkəzin əsası qoyulur


Tuğ kəndində İnzibati Mərkəzin əsası qoyulur

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verib. Bildirilib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq. Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
5-05-2023, 14:32
COVID-19 pandemiyası statusu ləğv edildi


COVID-19 pandemiyası statusu ləğv edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası statusunu ləğv edib. Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib. ÜST rəhbəri bildirib ki, pandemiyanın başlanğıcından bəri ən azı 20 milyon insan COVID-19 virusundan dünyasını dəyişib. Xatırladaq ki, təşkilat 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.
5-05-2023, 12:44
“Neftçi”nin maliyyə hesabatı müəyyənləşib - 14 milyon


“Neftçi”nin maliyyə hesabatı müəyyənləşib - 14 milyon

“Neftçi” futbol klubunun 2022-ci il üçün maliyyə hesabatı açıqlanıb. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Məlumata görə, "ağ-qaralar" ötən il gəlirləri 14 milyon 127 min manat təşkil edib. Qeyd olunub ki, 2021-ci ildə bu rəqəm 13 milyon 736 min manat olub, yəni gəlirlər 391 min manat artıb.
5-05-2023, 12:25
Ermənistandan növbəti təxribat - Laçın atəşə tutuldu


Ermənistandan növbəti təxribat - Laçın atəşə tutuldu

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
5-05-2023, 11:25
Ən çox mina basdırılan ərazilər müəyyənləşib


Ən çox mina basdırılan ərazilər müəyyənləşib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Agentlikdən bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb. Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır. Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.
5-05-2023, 11:00
ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov


ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır - Lavrov

"Rusiya Federasiyası Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum cəhdinə danışmaqla deyil, konkret addımlarla cavab verəcək". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Ukraynadakı problemləri yalnız Donbassdakı təmas xəttini “dondurmaqla” həll etmək olmaz. Zelenski hər şeyi edir ki, özünə hörmət edən hər hansı ölkə Ukrayna ilə ünsiyyət qurmaq istəməsin. ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutalardan istifadənin artırılması işi dayandırıla bilməz. İyun-iyul aylarında ŞƏT sammitinin keçirilməsi planlaşdırılır, qrafik yekunlaşdırılır. ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində həmsöhbətlərim Ukraynanın dronlarının Kremlə hücumunu pisləyib. Pakistan danışıqlar ərəfəsində birbaşa olaraq Kremlə hücumu pisləyib. ŞƏT Nazirlər Şurasında tərəflər ŞƏT-Əfqanıstan qrupunun işini aktivləşdirmək barədə razılığa gəliblər", - deyə Lavrov söyləyib. "ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır. Rusiya Federasiyası Vaşinqtonun Əfqanıstan ətrafındakı regiona ABŞ hərbi infrastrukturunu daxil etmək cəhdlərinə qarşı çıxacaq", - o əlavə edib. Qeyd edək ki, Kremlin iddiaları Ukrayna tərəfindən qəti şəkildə təkzib olunub. Rəsmi Kiyev Kremlə hücum barədə heç bir məlumata malik olmadığını bəyan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!