1-05-2023, 20:00
Mina hadisəsiylə bağlı cinayət işi açıldıMayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə prokurorluqdan məlumat verilib. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1-05-2023, 19:30
Vaşinqtonda baş tutan görüş bir neçə gün davam edəcəkVaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü keçirilir. Danışıqların bir neçə gün davam edəcəyi bildirilir. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.
1-05-2023, 19:00
Cəbrayıl rayonunda çoban minaya düşərək həlak olduCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.
1-05-2023, 18:30
İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcəkBMT Təhlükəsizlik Şurasına bu ay İsveçrə rəhbərlik edəcək. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək. “İsveçrə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edir”, - nazirliyin açıqlamasında qeyd olunub. Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib.
1-05-2023, 18:00
Ermənistanın XİN rəhbəri Blinkenlə görüşdüVaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər regiondakı son vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə ediblər. Qeyd edək ki, bu gün Blinkenin Azərbaycan XİN başçısı Ceyhun Bayramovla da görüşü keçiriləcək. Sonra üçtərəfli formatda görüşün baş tutması nəzərdə tutulub.
1-05-2023, 17:30
Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlandıTürkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb. Təqdimat mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib. O, milli döyüş təyyarəsinin "Kaan" adlandırıldığını bildirib. "Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə xeyirli-uğurlu olsun", - Ərdoğan deyib. Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin bu ilin sonunda ilk sınaqları keçiriləcək.
1-05-2023, 17:00
Yaponiyayla ikiqat vergitutma aradan qaldırıldıPrezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 2022-ci il dekabrın 27-də Bakıda imzalanıb.
1-05-2023, 16:30
Azad edilmiş ərazilərdə sahibkarlara yardımla bağlı fərman imzalandıPrezident İlham Əliyev mayın 1-də “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsinin icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində, həmçinin bu Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim edəcək.
1-05-2023, 16:00
Prezident TƏBİB-in Nizamnaməsini təsdiq etdiPrezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.
1-05-2023, 15:30
Sabirabada maliyyə ayrılmasıyla bağlı Sərəncam imzalandıSabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.