Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
16-01-2025, 21:08
Zelenski Ukraynaya mane olan 4 ölkənin adını açıqladı


Zelenski Ukraynaya mane olan 4 ölkənin adını açıqladı

ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olmasına qarşı çıxdılar.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.
"Onlar səmimi idilər və bizi NATO-da görmək istəmədilər. Bu, açıq söhbətdir. Mənə elə gəlir ki, burada heç bir sirr yoxdur. Bunlar həmin o dörd ölkədir ki, müxtəlif səbəblərə görə hələlik Ukraynanı NATO-da görmədilər.”, - deyə o bildirib.
16-01-2025, 20:43
Ukrayna Britaniya ilə 100 illik saziş imzaladı


Ukrayna Britaniya ilə 100 illik saziş imzaladı

Böyük Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb.
Sazişi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Kir Starmer imzalayıb.
Zelenskinin sözlərinə görə, bu saziş hərtərəfli xarakter daşıyır.
Saziş təhlükəsizlik, müdafiə, iqtisadi və texnoloji komponentləri, həmçinin informasiya və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir.

16-01-2025, 20:01
Nazir işdən çıxarılan müavini ilə belə vidalaşdı


Nazir işdən çıxarılan müavini ilə belə vidalaşdı

Gənclər və idman naziri Fərid Qayıbov sosial media
hesabında işdən çıxarılan müavini Mariana Vasileva ilə fotosunu paylaşıb.
Foto nazirin feysbuk hesabının hekayə hissəsində paylaşılıb.
Nazir fotoya heç bir şərh yazmayıb.
Qeyd edək ki, Mariana Vasileva bu gün gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
O, 2021-ci ildə Fərid Qayıbovun müavini təyin olunmuşdu.
16-01-2025, 19:43
ÖN SİRAYA ÇIXDIQ, USTAD

ÖN SİRAYA ÇIXDIQ, USTAD

Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.

Rəsul Rza. Ustad Xalq şairimiz Rəsul Rzanı xatırladım.
Xəbər çatdırım Sizə,
Sizin ardınızca ön sıraya
çıxdıq, ustad!
Qondarma sərhədləri,
Səngərləri həmlə-həmlə yıxdıq, ustad!
Doğma yurdun havasında
Babaların nəfəsini duya-duya,
Elə o nəfəslə, o sevgiylə
Qalxdıq sıldırımları,
Qovuşduq ucalığa- Şuşaya!
Çıxdıq Kəlbəcərə, Xankəndinə,
Üzü Zəngiyə, Laçına.
İmkan vermədik yurdumuza köçürülən haylar
Xaçlarını yamaya
Qədim Alban xaçına.
Yol açılmalıdı Naxçıvana!..
Neçə doğma məkana yol açılmalıdı-
İradə var, məram var!..
O yurdlarda yollara baxan,
əlləri qoynunda neçə-neçə anam var!..
Aydınlıq gətirdik, ustad,
Tarixin qarışıq yoluna, izinə.
Vüqarla, açıq alınla baxdıq
Üfüqlərin, səhərlərin üzünə!
Uğurlar aldıq Qaf dağından.
Qorxmadıq mühitin, zamanın
Qaralığından, qaranlığından.
Şəhidsiz, qazisiz olmaz ki zəfər, bildik!
Birliyimiz olsun, şərin yolunu kəsər, bildik!
Ön sıradayıq, ustad,
Mübarizə meydanında!..
Hələ görüləcək çox işlər var
Məqamında, zamanında...
Durulacaq axarlarımız-
Yaranacaq yaşıl həyat.
Mübarizənin ön sırası
Bəzən öz yanınızdan keçir, ustad.
Mən də çalışdım ata kimi, yazar kimi,
Ön sıraya çıxdı
Yetirməmiz- neçə-neçə igid oğul-
Eldost, Sahib, Mənsur, Toğrul!..
Bu gün də ön sırada
Vətənin xeyir-duası ılə
Alnı xınalı Vətən oğulları var!
Vətənin yolunda
Yanan işıqlardı
Vətən uğrunda döyüşə atılan oğullar!
Hələ neçə-neçə ön sıraya,
Neçə-neçə qələbəyə acıq.
O işıqların altından keçirik, gedirik sabahlara
Üzüağ, alnıaçıq...
***
Ustad, o ön sıraya
Bütöv bir xalq yürüdü.
Dedik, əzildik, qalxaq,
Kükrədi haqq, yürüdü!

Sərkərdə bir cəsur ər,
Yumruğunu gördü şər!..
Bizi haqlı bılənlər,
Yaxın, uzaq yürüdü!

Ərlər döndü özünə-
Azərbaycan sözünə!..
Düşüb haqqın izinə,
Bir şanlı çağ, yürüdü!

Nida-bayraq bir ərdə,
O ər ulu sərkərdə!..
Sərkərdə neçə yerdə
Asdı bayraq, yürüdü!..


Ərlər tarixdən yenə,
Keçib gəldi bu günə!
Neçə ulu ərənə,
Çatdı soraq, yürüdü!

Neçə sönmüş ocaq var...
Ər oğul olmadı xar-
Dedi: yansın ocaqlar,
Oldu çıraq, yürüdü!

Azmı haqları boğan,
Bu yürüşə gəc baxan,
Vətən deyən hər elxan,
Şərdən iraq, yürüdü!

Bəy oğullar özləndi,
Ad-san ilə süsləndi!.
Zəfər kənd-kənd səsləndi,
Ocaq- ocaq yürüdu!..

Şəhid, qazi- şan bizə,
Yolumuz-mübarizə!..
Tarix də üstümüzə
Açdı qucaq, yürüdü!

***
Hər yurd yeri- haqqımız,
Haqq ilə çıxdıq, ustad,
Ön sıraya, uğurlar!
Vətən xalqla bir oldu,
Bir xalq olan-güc olan
El-obaya uğurlar!..

Qalxır bir yeni güclə;
Şəhid ruhu önündə-
Bayrağımız önündə
Əyilən hər qamətə,
Hər bir boya uğurlar!

Haqqın alıb ölkəmiz-
Özəl günlər olacaq;
Təntənəyə, şənliyə,
Neçə toya, uğurlar!..

Zəfər günü- bələdçi,
Yolu aparır hara?..
Bu günün ardı ilə
Gələcək zamanlara,
İlə, aya uğurlar!..

Hər vətəndaşda yenə
Bu qələbə gününə,
Yaşanacaq hörmətə
Sayğı-saya, uğurlar!..

Bu təməlin üstünə
Daş qoyacaq hər kəsə!-
Ər oğula, memara,
Hər ustaya uğurlar!..
***
Zəfər heçdən yaranmır,
Nə yaxşı tapa bildik
Uğurların sirrini.
Çəkib, oturtmalıydıq,
Vurub, göstərməliydik
Haqsızlara yerini!
Diqqət zəifləməsin,
Bəlkə sona çatmayıb
Yad oyunlar, tələlər.

Bəlkə hələ az deyil,
Boynunda yad kəmsiyi
Zatıqırıq kölələr.


Nə yaxşı meydandayıq,
Gərək bu meydanlarda
Olaq bir az da həssas,
Olaq bir az da sayıq!.

Sözünüzə tapındıq:
Mübarizə bu gün də,
Yarın da var- həqiqət.
Bir bağbansan,bağın da,
Barın da var, həqiqət.
Bu bardan barınmasaq
Nələrə tuş olarıq,
Enib, düşərik hara?..
Şeiriniz silahdı,
Bildim, ehtiyac çoxdu,
Ustad, bu silahlara!..
Bu silah da məlhəmdir
Acılara, ahlara.
Yolumuz uğurludur,
Qələbələr olacaq!
Billəm, mübarizə var,
Üz tutdum sabahlara!..

MUSA ASLANXANLI










16-01-2025, 19:17
Polkovnik Orucova hökm oxundu


Polkovnik Orucova hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.
Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.
16-01-2025, 18:55
Ukraynalı futbolçu Azərbaycan komandasında


Ukraynalı futbolçu Azərbaycan komandasında

“Şamaxı” klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Komanda müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.
16-01-2025, 18:04
Qalmaqallı nazir müavini işdən çıxarıldı


Qalmaqallı nazir müavini işdən çıxarıldı

Gənclər və idman nazirinin müavinlərindən biri vəzifəsindən azad olunub.
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, nazir müavini M.Vasilevanın adı bir çox qalmaqallı hadisələrdə hallanırdı.
M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.
16-01-2025, 17:59
Azərbaycanla Ermənistanın delimitasiya komissiyaları RAZILIĞA GƏLDİ


Azərbaycanla Ermənistanın delimitasiya komissiyaları RAZILIĞA GƏLDİ

2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşü keçirilib.
Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
16-01-2025, 17:55
USAİD-in fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib - Nazir


USAİD-in fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib - Nazir

De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir söyləyib ki, USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur:
"Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
C. Bayramov bildirib ki, USAID-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi.
"Buna görə də biz ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdi. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı.
Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırıldı".
16-01-2025, 17:48
“Qurani-Kərim” dərsliyi nəşr olunub


“Qurani-Kərim” dərsliyi nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun “Qurani-Kərim” dərsliyi nəşr olunub.
İlahiyyat İnstitutundan bildirilib ki, “Qurani-Kərim əlifbası” adlanan birinci fəsildə Qurani-Kərimin tarixi haqqında geniş məlumat verilir, hərflərin adları, məxrəcləri, xüsusiyyətləri, onların əvvəldə, ortada və sonda yazılışı barədə ətraflı bəhs olunur. Bundan sonra məd hərfləri, məd hərfi – “əlif”i əvəzləyən “vav” və “yə” hərfləri, yazıda görünməyən məd hərfləri, sözlərin sonunda yazılan “hə” hərfinin oxunuş qaydası, “əlif-lam” birləşməsinin oxunuşu, “Allah” sözünün, həmçinin müqəttəə hərflərinin oxunuş qaydaları kimi mövzular təfsilatlı şəkildə öz əksini tapır.
“Qurani-Kərim təcvidi” adlanan ikinci fəsildə təcvid elminin tərifi, məqsədi, hökmü haqqında məlumat verilir, həmçinin Quran oxuyarkən ortaya çıxacaq xətalar və bu xətaların ibadətə təsiri barədə danışılır. Bundan sonra ənənəyə uyğun olaraq, məd, idğam bəhsi, hərfi-tərif, sakin “nun” və tənvinə, eləcə də sakin “mim” və “ra” hərflərinə aid hökmlər, səktə, vəsl və vəqf, işmam, imalə, təshil kimi təcvid qaydaları nəzəri surətdə izah olunur, Qurani-Kərimdən götürülmüş nümunələrlə təsvir edilir.
Dərslikdə təcrübəyə əsaslanaraq, bəzi qaydalar daha aydın başa düşülməsi və asan qavranılması üçün cədvəllər üzrə sıralanır.
“Qurani-Kərim qiraəti – 1” və “Qurani-Kərim qiraəti – 2” adlı fəsillərdə isə birinci və ikinci fəsillərdə öyrədilən nəzəri metodlar Qurani-Kərimin müəyyən surələri üzərində praktik olaraq tətbiq edilir.
Kitabın hazırlanmasında Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!