Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
16-01-2025, 17:48
Baş prokuror əməliyyat müşavirəsi keçirdi


Baş prokuror əməliyyat müşavirəsi keçirdi

Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Müşavirədə giriş nitqi ilə çıxış edən Kamran Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşı qətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşı korrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında xüsusi vurğulanmasının, habelə bu istiqamətdə hüquq münasibətlərini tənzimləyən normativ bazanın müntəzəm olaraq təkmilləşdirilməsinin mövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetmənin qarantı olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkə vətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, eyni zamanda qeyd edilən sahədə korrupsiya hallarına son qoyulması ilə nəticələnmişdir. Hazırda fəaliyyət göstərməklə bir sıra dünya ölkələrinin diqqətini üzərinə cəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASAN xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənada xüsusi ilə vurğulanmışdır.
Bununla yanaşı, Baş prokuror tərəfindən xüsusi vurğulanmışdır ki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi kimi mütərəqqi hüquqi institutların cinayət-prosessual qanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ hüquqi aktların günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi ölkədə cinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.
Eləcə də, prokurorluq orqanlarının da korrupsiyaya qarşı mübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrası üçün sərgilədiyi aktiv mövqeyə toxunan Kamran Əliyev qurum tərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə milli qanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habelə istintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəli şəkildə mütəmadi təhlil edildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, aparılmış təhlillərin nəticələrindən asılı olaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilmiş, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasının qarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativ hüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunmuşdur.
O da diqqətə çatdırılmışdır ki, yeni dövr islahatlarının mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanında təsbit edilməklə 2022-ci il 3 mart tarixli digər Fərmanla Əsasnaməsi təsdiqlənmiş “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası və optimallaşdırıcı modulların əlavə edilməsi yolu ilə təkmilləşdirilməklə müasir informasiya-kommunikasiya texnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesi sürətlənmiş, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən şəffaflıq və hesabatlılıq meyarlarını daha da möhkəmləndirmişdir.
Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Baş İdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhs edərkən qeyd etmişdir ki, digər beynəlxalq təşkilatlarla yanaşı BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davam etdirilməkdədir. Belə ki Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2024-cü ilin 24-27 sentyabr tarixlərində baş tutmuş Şəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilmiş, bundan əlavə Şəbəkənin İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının 2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10296 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşın qəbul edilməsi təmin edilmişdir.
Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilmişdir.
Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanmış, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.* Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev hesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməklə yanaşı vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinə həssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilən sahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davam etdirilməsi, bu cür halların qarşının alıması yönəlik önləyici tədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektiv nəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuş maddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqi kimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir.
16-01-2025, 17:44
Gürcüstan regionda sülhün tərəfdarıdır - Nazir


Gürcüstan regionda sülhün tərəfdarıdır - Nazir

Gürcüstan regionda sülhün tərəfdarıdır.
Bunu Gürcüstan xarici işlər naziri Maka Boçoroşivili Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Gürcüstanda parlament seçkiləri oktyabrda keçirildi. "Gürcü Arzusu" hakimiyyətdədir. Partiyanın xarici siyasəti məlumdur. Bizim prioritetimiz Avropa İttifaqına (Aİ) inteqrasiyadır. Biz Aİ-yə namizədik. Çalışmalıyıq ki, son nəticə əldə edilsin. Bu bizim və Aİ üçün əhəmiyyətlidir. Türkiyə və Azərbaycanla strateji əlaqələrimiz var. Eləcə də Ermənistanla da belə əlaqələrimiz mövcuddur. Bu da bizim üçün əhəmiyyətlidir. Gürcüstan əməkdaşlıq və sülh üçün əlindən gələni etməyə hazırdır. Ərazi bütövlüyümüzü sülh yolu ilə həll etmək üçün çalışacağıq. Əsas hədəflərimizdən biri Orta Dəhluzdə rol oynamaqdır. Bunun üçün Azərbaycanla əlaqələr önəmlidir”,- gürcü nazir bildirib.
16-01-2025, 17:33
Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmaq istəyirdilər - Nazir


Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmaq istəyirdilər - Nazir

Müstəqil və suveren ölkələrin daxili işinə qarışmaq yeni tendensiya deyil.
Bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq daha aqressiv, nümayişkaranə formada dövlətlərin daxili işinə qarışırlar.
"Gürcüstan və Azərbaycanın daxili işlərinə qarışılmamasının səbəbi böyük dövlətlərin maraqlarına uymayıb, milli maraqlarına uyğun davranmalarıdır. Gürcüstana müdaxilə legitim seçkilər fonunda idi. Azərbaycanı isə ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmaq istəyirdilər. Müxtəlif alətlər götürülə bilər. Bizə qarşı qarayaxma kampaniyası aparır, COP29 kimi böyük beynəlxalq tədbir ərzində Azərbaycanı hədəfə almışdılar Dövlət tərəfindən keçirilən siyasət milli və xalqın maraqlarına cavab verirsə, heç bir bötük dövlət, güclü təaisat bu suveren siyasətin qarşısında acizdir. Azərbaycan və Gürcüstan bir-birində sabitliyin olmasında maraqlıdır. Bu istiqamətdə qarşılıqlı hörmət, mehriban qonşuluq siyasəti yeridilir”,- nazir qeyd edib.
16-01-2025, 17:27
Məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiriləcək


Məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiriləcək

17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.
16-01-2025, 17:24
“Niyə Bakının fikri nəzərə alınmır?" - Zaxarovadan İrəvana sual


“Niyə Bakının fikri nəzərə alınmır?" - Zaxarovadan İrəvana sual

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasından danışıb.
M.Zaxarova həftəlik brifinqdə Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən müşahidə missiyasının fəaliyyətinin uzadılması təklifinə münasibət bildirib.
“Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri göz qabağındadır. Üstəlik, NATO ölkələri də ona qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edilən geosiyasi layihədir. Onun məqsədləri bizim tərəfimizdən yaxşı başa düşülür: vəziyyətin sabitliyini pozmaq və ondan Cənubi Qafqaz regionunun xalqlarına qarşı istifadə etmək”, - XİN rəsmisi vurğulayıb.
Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi sabitliyin pozulmasından və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz.
“Aİ missiyası Cənubi Qafqaz üçün xarici qurumdur və regionun üzləşdiyi bütün aktual problemlər kənar müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir”, - Zaxarova bildirib.
Rusiyalı diplomat Aİ missiyasının yerləşdirilməsi haqda qərarın Azərbaycanla razılaşdırılmadan qəbul edildiyini vurğulayıb: “Niyə kənar müşahidəçi olmayan və xüsusi maraqları olan regional oyunçunun fikri nəzərə alınmır?".
Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Aİ Ermənistandan təsir yaymaq vasitəsi kimi istifadə edir və müşahidə missiyasının himayəsi altında regionda casusluq fəaliyyəti həyata keçirir.
16-01-2025, 17:06
Kəngərlidə hərbi sursatlar aşkarlandı


Kəngərlidə hərbi sursatlar aşkarlandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal nazirliyin aid təşkilatının əməkdaşları hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 28 ədəd 7,62 millimetrlik təlim mərmisi, 6 ədəd 7,62 millimetrlik mərmi, 1 ədəd 5,45 millimetrlik təlim mərmisi və 1 ədəd 30 millimetrlik BMP mərmisi olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

16-01-2025, 17:02
Qarabağdan qaçan ermənilərin komandirinə iş kəsiləcək


Qarabağdan qaçan ermənilərin komandirinə iş kəsiləcək

Qondarma “artsax ordusu”nun keçmiş “komandiri” Cəlal Arutyunyan təqsirli bilinib.
Hakim Qarik Abelyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi Arutyunyanı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib.
İttihama görə, o, 12 oktyabr 2020-ci il tarixində elan edilmiş hərbi vəziyyət dövründə komandir kimi xidmətə səhlənkar münasibət göstərib. O, xidməti vəzifələrini lazımınca yerinə yetirməməkdə, onlara qarşı vicdansız və səhlənkar münasibətdə, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmaqda ittiham olunur.
Cinayət işinin materiallarına görə, Azərbaycan ordusunun D-20 diviziyasına hücumu zamanı komandanlıq Cəlal Arutyunyanın müavini, artilleriya rəisi Gennadi Baqdasaryanla əlaqə saxlayıb və bu barədə məlumat verib, lakin Cəlal hadisəyə laqeyd yanaşıb.
16-01-2025, 16:36
Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”


Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupu ilə görüşündə çıxış edib.
Ərdoğan Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə yanaşı, dekabrın 8-də Suriya hökumətinin gedişi ilə bağlı bəzi hadisələrə də toxunub.
Türkiyə prezidenti Suriyanın keçmiş lideri Bəşər Əsədin yürütdüyü siyasətdən danışıb, onu ölkənin daxili problemlərini zorakılıq, qan tökmək, təzyiq yolu ilə həll etməkdə suçlayıb.
Ərdoğanın sözlərinə görə, Əsədlə onun arasında keçirilən görüşlərdə Suriyanın keçmiş prezidenti heç vaxt reallığa çevrilməyən islahatların həyata keçirilməsindən danışıb.
“Onunla keçirdiyimiz bütün görüşlərdə Əsəd bizə islahatlar vəd etdi, lakin heç vaxt sözünün üstündə durmadı”, - o əlavə edib.
Bundan başqa, o, Suriyadakı mövcud vəziyyətə toxunaraq, terrorçu “Suriya Kürd Özünümüdafiə Qüvvələri”ni (YPG) Suriyanın ən böyük problemi adlandırıb.
Ərdoğan daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi oxşar cümləni təkrarlayaraq, YPG-nin dağılmayacağı təqdirdə Suriyada əməliyyata başlayacaqlarını bildirib.
“Suriyanın təbii sərvətlərini ələ keçirən YPG terror təşkilatı dağılıb silahlarını yerə qoymasa, acı taleyindən xilas ola bilməyəcək”.
“Suriyalı qardaşlarımızla birlikdə həm İŞİD və YPG, həm də digər terror təşkilatlarını ən qısa zamanda məğlub edəcəyik", - Ərdoğan xəbərdarlıq edib.
16-01-2025, 16:23
Nazirlərin geniş tərkibdə görüşü keçirilib


Nazirlərin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.



16-01-2025, 15:31
Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana cavab


Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana cavab

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirib.
O, Ermənistanın reaksiyasının anlaşılmaz olduğunu bildirib.
Qeyd edək ki, Rusiya telekanalının "Vesti Nedeli" proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilib, İrəvan buna görə Moskvaya nota verib.
Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir:
"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırki Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi...İkincis, bizim rəsmi mövqeyimiz İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey dəqiq şəkildə qeyd olunub. Mən həmin bıyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm".
Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!