Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-11-2020, 21:22
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

“Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq”. (Bəxtiyar Vahabzadə)


Həyatda heç nə mübarizəsiz əldə edilmir. Bəzən ən kiçik uğuru qazanmaq üçün belə, qurbanlar verməli oluruq. Azərbaycan xalqı tarix boyu sınanmış və hər zaman bu sınaqlardan mübariz, qalib çıxmışdır. Müstəqilliyi qazanmaq kimi onu saxlamaq da çox çətindir. Azərbaycan həmişə müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşmuşdur. İndilərdə biz xalqımızın qəhrəmanlığını, tarix yazıb, yenidən öz müqəddəratını təyin etməsinin şahidi oluruq. Sözsüz ki, hər bir azərbaycanlı bununla fəxr edir.
Müstəqilliyə ilk addımlarımızı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə atmışıq. Azərbaycan Xalq Cümhuriyyətinin ən gözəl mirasından biri üç rəngli, müstəqilliyimizin simvolu olan bayrağımızdır.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu hökumətin ilk bayrağı 24 iyun 1918-ci ildə qəbul olundu. Azərbaycanın dövlət bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parça idi idi. O, noyabrın 9-u ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Üç rəngin ifadə etdiyi ideyalar- “Türklük, islamçılıq müasirli”yin müəllifi böyük mütəfəkkir Əli bəy Hüseynzadədir. 2009-cu ildən isə 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Şairimiz Cəfər Cabbarlının məşhur misraları yadıma düşdü:
“Buraxın, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli, 3 boyalı, 3 mənalı bayrağı!”
Hər gün müzəffər Azərbaycan ordusu Qarabağımız uğrunda gedən döyüşlərdə uğurlar qazanır, yeni yerlərə bayrağımızı sancır. Bu gün respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Qarabağda da, hazırda işğaldan azad etdiyimiz torpaqlarda da bayrağımız dalğalanır. Prezident, Ali Baş Komandan İlham Əliyev yeni yaşayış yerlərinin işğaldan azad olunma xəbərini verdikdən sonra insanların pəncərələrdə “Qarabağ bizimdir, bizim olacaq!” şüarları, himnimizi oxumaları insanı həm duyğulandırır, həm də fərəh hissinə boğur. Hər evin pəncərəsində, binaların üzərində bayrağımızın dalğalanması hamımızı qürurlandırır. Düşünürəm ki, ən gözəl 9 Noyabr bu il qeyd olunacaq.. Biz bayrağımız, vətənimiz, əsgərlərimizlə qürur duyuruq və duyacağıq! Dövlət başçımızın da dediyi kimi, “hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü."

Günel Məlikzadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!