Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                       
Tarix : 18-04-2019, 06:52
“Almaz” tamaşası nümayiş olunacaq

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşası nümayiş olunacaq.
Butov.az xəbər verir ki, teatrdan Azvision.az -a verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur.
Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edir.
Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), Sabir Məmmədov (Şərif), əməkdar artistlər Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), xalq artisti Əjdər Həmidov (Balarza), əməkdar artistlər Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.
Səhnə əsərini Ceyran Həsənli idarə edir. Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.
“Almaz” tamaşası nümayiş olunacaq


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!