Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj .....                        Trampla Zelenski razılığa gəldi .....                        Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA .....                        Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı .....                        Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR .....                        İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ .....                        Sabiq deputata yeni vəzifə verildi .....                        BƏƏ-də nələr müzakirə edilir? .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                       
Tarix : 24-05-2022, 14:18
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Fransada mühüm görüşlər keçirib - FOTOLAR
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Dünya Mədəniyyətləri Evi – Fransa Qeyri-maddi Mədəni İrs Mərkəzinin dəvəti ilə bu ölkədə 10 günlük səfərdə olub.

Butov.az [b][/b]xəbər verir ki, Muzeydən AZƏRTAC-a bildirilib ki, qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə və mədəni müxtəlifliyin müdafiəsinə mühüm töhfələr verən bu beynəlxalq təşkilat xarici ölkələrdə çalışan və Fransa ilə mədəni əlaqələrin qurulmasında rolu olan şəxslər üçün xüsusi proqramlar təşkil edir. Azərbaycan Milli Xalça Muzeyinin son dövrlər Fransanın mədəniyyət ocaqları ilə sıx əməkdaşlığı nəzərə alınaraq, bu il ölkəmizi onun fəaliyyət sahəsinə uyğun hazırlanan xüsusi proqram çərçivəsində Şirin Məlikova təmsil edib.

Xalça Muzeyinin profilinə uyğun olaraq muzeyin direktoru Paris, Lion və Fransanın digər şəhərlərində fəaliyyət göstərən muzeylərin ekspozisiya və fondları, bərpa mərkəzləri, qədim üsulların tətbiq edildiyi dekorativ-tətbiqi sənət, tekstil mərkəzləri ilə yaxından tanış olub. Həmçinin dünyanın məşhur muzeylərindən olan Luvr muzeyinin, ən gözəl krujeva tikmə sənət əsərlərinin hazırlandığı Milli Krujeva Konservatoriyası emalatxanasının, XVII əsrdən indiyədək dünya unikal kolleksiyasının qorunub saxlandığı “Mobilier National”ın xalça, qobelen laboratoriyasının zəngin təcrübəsi haqqında maraqlı məlumatlar əldə edib.

Onların rəhbərləri, səlahiyyətli şəxsləri, o cümlədən Fransanın Mədəniyyət Nazirliyinin nümayəndələri ilə səmərəli görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bunlar isə gələcəkdə Azərbaycan-Fransa mədəni əlaqələrinin genişləndirilməsi, Fransa muzeyləri ilə əməkdaşlığın inkişafı və birgə layihələrin hazırlanması, icrası istiqamətində yeni imkanların yaranması baxımından vacib və əhəmiyyətlidir.





Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!