Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
Tarix : 10-12-2015, 09:47
Ankarada Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub


Ankarada Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

Azərbaycanın Türkiyədəki səfirliyindən Axşam.az-a verilən xəbərə görə, TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Əvvəlcə görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, deputat, Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər B.Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.

Çıxışlar əsnasında B.Vahabzadənin şeir sənəti və fikirlərinin bütün türk dünyasında dərin iz qoyduğu, Azərbaycan xalqının azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edildiyi və dünyada ən çox oxunan yazarlar sırasında olduğu vurğulanıb.

Mərasim çərçivəsində B.Vahabzadənin ədəbi yolunun kitab nümunələrindən qurulan sərginin açılışı olub. Həmçinin, mərasimdə görkəmli şairin adını daşıyan orta məktəbin şagirdləri B.Vahabzadənin şeirlərini səsləndiriblər.

Xalq artisti Mələkxanım Əyyubova, eləcə də Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılan mahnılar ifa ediblər.

Qeyd edək ki, tədbir TÜRKSOY, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm Nazirlikləri, eləcə də milli kitabxanalar tərəfindən təşkil olunub.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!