Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-06-2021, 22:13
Zəfər yürüşlü sərhədçilər

Hər bir insan üçün Vətən onun doğulub boya başa çatdığı, uşaqlığında qaçıb oynadığı, hələ ilk yaşlarından “Ana Vətən” olaraq duyduğu ən ülvi məkandır. Dahi şairimiz Abbas Səhhətin də dediyi kimi “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz!”.
Üzərindən illər keçməsinə baxmayaraq qaysaq bağlamayan, daim dillərdə şüar olan “Qarabağ Azərbaycandır!” ifadəsi artıq günümüzün reallığıdır. Hər bayramda, getdiyimiz qonaqlıqlarda gələn bayramı Qarabağ torpağında keçirək arzusu da daha arzu deyil. Yaxın günlərdə Şuşamızda, Cıdır düzündə keçirilən musiqi festivalı buna əyani sübut idi. Şuşa dağlarını lərzəyə salan muğamlarımız düşmənə qılınc zərbəsindən də daha kəsərli oldu. Bu möhtəşəm və qürurverici duyğuları bizə yaşadan şəhid və qazilərimizdir.
Şəhid demək ən ali zirvə, toxunulmaz mərtəbə deməkdir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu zirvəyə.
Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Tarix Boyu Azərbaycan torpaqları Mübariz ürəkli, Polad iradəli oğullar yetişdirib.Əlbətdə bu cür oğulların arxasında onlar qədər sınmaz analar və atalar durur. Oğlu şəhid olan ana və ataların başını dik tutaraq “Vətən Sağ olsun!” deməsi qədər ağlasığmaz ifadə yoxdur. Bu müqəddəs amal uğrunda nəinki oğullarımız hətta qadın və qızlarımız da şəhid olub. İkinci Qarabağ müharibəsinin ilk qadın Şəhidi olan Arəstə Baxışovanı unutmaq olmaz. Arəstə Baxışova yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən şəhid olub. O, 27 sentyabrda müharibə başlayan zaman anasına “Ana, mən müharibəyə getmək istəyirəm” deməsi onun necə qəhrəman, qorxmaz olduğunu göstərirdi. Budur əsl Azərbaycan qadınının cəsurluğu, igidliyi, şəfqəti. Bu gün Azərbaycanın hər yerində şəhidlərin əziz ehtiram bəslənildiyinin şahidi oluruq. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırılıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib. Burada şəhidlərin əziz xatirəsinə əbədi məşəl alovlanır.Ölkəmizin digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər Xiyabanı var.
Bu şərəfli amal uğrunda sağlamlığını, canının parçasını qurban verən canlı qəhrəmanlarda qazilərimizdir. Yarımcan qalmalarına baxmayaraq “Bir də olsa, yenə gedərəm” demələri əsl qəhrəmanlıq səlnaməsidir. Azərbaycanın bu cür igid oğulları tükənməzdi. Xudayarın təsnifində neçə-neçə yeni ərənlər poladlar, mübarizlər yetişir. Bu gün biz şəhid və qazilərimizə, düşmənlə postda dayanan hər bir əsgərimizə borcluyuq. AZAN DINMƏZ, BAYRAQ ENMƏZ, ŞƏHİDLƏR ÖLMƏZ!
Yusif Eyvazlı,
BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi

"Bütöv Azərbaycan" qəzeti
17 iyun 2021-ci il


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!