"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 28-06-2021, 15:13
İlk maşın və ilk sevgi

Sevgi münasibətlərində uğur qazanmaq maşın sürməyi xatırladır. Sürdükcə sürməyi öyrəndiyin kimi, münasibətləri də davam etdirdikcə düzgün rəftarı öyrənirsən. Bir çox hallarda günah kişidə olur, çünki Azərbaycanda və dünyanın bir çox ailəsində sükanı kişi idarə edir. Ona görə də, kişinin düzgün rəftarı çox önəmlidir. Bir yanlış addımla çox böyük bir xəta törədə bilərsən, yox əgər düzgün davranmağı bacarırsansa, sevdiyini çox böyük bir riskdən də qurtara bilərsən. Maşın bir çox hallarda səni istədiyin ünvana daha tez çatdırmaq üçün olsa belə, bəzən də həyatlara son verə bilir.
Təbii ki, o maşına diqqət və qayğı göstərmək də öz yerində, çünki maşını həmişəki kimi normal bir vaxtda sürdüyün halda xarab ola bilər və düşünərsən ki, görəsən bir anda nə oldu? Axı, 5 dəqiqə öncəsinə kimi hər şey qaydasında idi. Ustaya göstərdikdə isə, problemin bir anda deyil, zamanla yarandığını və uzun müddət baxımsız qaldığına görə belə böyük problemlərlə biruzə verdiyini deyər. Eynilə də, münasibətlərimiz. Bir anda baş verən və niyə, nəyə görə olduğunu anlamadığımız problemələr. Bizə bunu anlamaqda kömək edən insanlar olur. Bunu isə normal cəmiyyətlərdə psixoloqlar edirsə, bizim cəmiyyətdə məsləhət vermək prosesini daima uğursuzluqlara uğrayan insanlar yerinə yetirir. Onlar uğursuz olduqları üçün günahı hər daim yalnış yerlərdə axtarır, bəzən də normal bir münasibətə müdaxilə edərək “yox siz səhv edirsiniz, elə yox belə etmək lazımdır” deyir və ailələr dağılır. Beləcə kömək etməyə çalışan təmiz niyyətli insanların məqsədi nə qədər xoş olsa da, etdiklərinin fəsadı heç də yaxşı bitmir. Beləcə, kömək etməyə çalışan təmiz niyyətli insanların məqsədi nə qədər xoş olsa da, etdiklərinin nəticəsi heç də yaxşı bitmir.
Bir düşünün, maşın yalançı və ya işini bilməyən bir ustanın əlinə keçir, sağlam maşınında salamat yer qalmaz. Yanlış məsləhət aldığımız insanların bizə təsiri də fiziki olaraq görünməsə belə, eynilə bu cürdür.
Sözsüz ki, ilk addımda uğurlu maşın sürə bilmək hər adama qismət olmur və bir çox hallarda istəmədən də olsa, qəzalar baş verir. Təbii ki, maşının qəzaya uğrayıbsa, sənin xəsarət almaq ehtimalın böyükdür. Hələ günahkar sənsənsə, maşının səni yaraladığını düşünüb günahı özündən atarsan. Əslində isə yanlış yola girən sənsən. Bəzən qəza yüngül olar, onu təmir etmək və olanları unutmaq rahat olar. Ruhdan düşməzsən, təkrar-təkrar bənzər səhvləri edərsən və nəhayət bir gün öyrənərsən, artıq maşınla bir ruh olduğunu anlayarsan, sanki onun dilini anlayırmışsan, nə istədiyini bilirmişsən kimi. Bəzənsə, qəzadan sonra həmin maşın gözündən düşər, çünki ilk halındakı kimi mükəmməl deyil və səni pis yaralayıb. Artıq yaşadığın travma səni o maşına yaxın buraxmaz, hər dəfə ona baxanda ağrıların yadına düşər. Sənin gözündə adi bir dəmir parçasına dönər, amma maşının qəzaya uğramış və ya yararsız olması o demək deyil ki, bir daha əvvəlkindən daha mükəmməl ola bilməz. Onu təmir edib, əvvəlki lazımsız və yararsız hissələrini çıxartdıqdan sonra əvvəlkindən də ideal bir vəziyyətə gələ bilər və beləcə sən yenidən onu arzulayarsan.
O maşını əvvəlkindən də mükəmməl hala gətirmək sənin əlində də ola bilər, yetər ki, ona olan sevgin bir an olsun azalmasın. Sözsüz ki, qarşımızdakı insan maşın deyil və bizim onu çapmağı düşünməyimiz yanlış olar. Problemsə ondadır ki, bizə maşın sürməyi öyrədirlər, amma qarşı cinslə necə rəftar etməyi öyrətmirlər. Heç birimizin atası öz oğluna bir qadınla necə davranmalı olduğunu, heç birimizin anası isə öz qızına bir kişi ilə necə rəftar etməli olduğunu öyrətmir. Öyrətsələr belə kişiyə baş əy və nə desə onu et deməyə proqramlaşdırılır. Bildiyimiz bir şey var, sevdiyiniz adam maşın deyil və hər dəfə səhv bir hərəkət etdikdə yeniləməyi düşünməyin, yanlış edə-edə onunla birlikdə öyrənin…
Uraqan Abdullayev,
gənc yazar
"Bütöv Azərbaycan"
25 iyun 2021-ci il


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!