"Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama .....                        Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı .....                        Prezidentlər Əbu-Dabidə bir araya gəldilər .....                        Qobustanda məşhur restorana hücum edənlər tutuldu .....                        İtkin düşən tibb bacısının meyiti tapıldı .....                        Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin məbləği .....                        Bələdiyyə seçkisinin ən gənc namizədi bu partiyanın üzvüdür .....                        Yardan sarı .....                        Abşeronda pakistanlıların üzərinə divar aşdı: araşdırma aparılır .....                       
Tarix : 10-12-2024, 21:50
“Bəzən güclü qızlar da məğlub olur…”


“Bəzən güclü qızlar da məğlub olur…”

REKVİEM

Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı. İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olunduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib. Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi onun arzusunu yarımçıq qoyur. Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır.
İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur. Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır. Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur. Həyatının növbəti xoşbəxt illərinin başlanğıcına hazırlaşdığı zamanda 2024-cü ilin may ayı Təhminə üçün yeni çətinliklər gətirir. Xəstəlik yenidən baş qaldırır, ailəsi onun üçün ümid qapısı taparaq Türkiyənin Ankara şəhərinə üz tutur.Təhminə ailənin ilk övladı və yeganə qızıdır. Böyük qardaşı Təbriz, daha sonra kiçik qardaşı Təhmasib sevimli bacıları üçün donor olurlar. Təhminə üçün xeyli mübarizə aparılır, müxtəlif müalicə üsullarına cəhd edilir. Onu həyatda tutmağı özünə borc bilən ailə mübarizədə tək deyildi, hamının sevimlisi olan Təhminənin qohumları, yoldaşları, onu yaxından tanımasa da öz köməyini, qayğısını əsirgəməyən Azərbaycan xalqı həm maddi, həm mənəvi dəstəyini əsirgəməyib. Amma bütün səylərə baxmayaraq, dekabrın altısında Təhminəmizin bədəni ağır müalicəyə tab gətirə bilmir, o bizimlə vidalaşır…
Ailəsi, onu tanıyanların hamısı Təhminəni çox mehriban, pozitiv, səmimi, hamının könlündə özünə əziz yer tapan biri kimi qiymətləndirir. Getdiyi hər yerdə, hər işdə seçilib. Həyat eşqi ilə yaşayan qız uşaq yaşlarından kitab sevgisi ilə tanınıb. O, maariflənməyi hamıya məsləhət görüb, öz bildiklərini, oxuduqlarını ətrafı, tələbələri ilə həvəslə paylaşıb, kitablarını dəfələrlə xeyriyyə cəmiyyətlərinə bağışlayıb, son gününə qədər özünü yaxşı hiss etdiyi hər an yenə yazıb, oxuyub. Bir an belə başının üstündən ayrılmayan valideynlərinə bildirib ki, həkimlərin dediklərinə baxmasınlar, o sağalacaq, yazdığı kitabı tamamlayacaq, qarşıda onu çox gözəl günlər gözləyir. Qalib olacağından tərəddüd etdiyi heç vaxt hiss olunmayıb. Ondan sevgisini əsirgəməyən ailəsinə, qohumlarına, yoldaşlarına həmişə minnətdar olub, çox şanslı olduğunu dilə gətirib. Sağalacağını, bütün xəstələrə motivasiya mənbəyi olacağını xəyal edib.
Qeyd edək ki, vaxtilə Təhminə rəfiqəsi Gülnurəyə eyni xəstəliklə mübarizədə dəstək olub, amansız xəstəlik o gənc qıza da qıyıb. Güclü mübarizəsində məğlub olan Təhminənin gedişi bütün sevənləri üçün sarsıdıcıdır. Gənc qızımız doğmaların, tanıyanların qəlbində həmişə yaşayacaq. Ailəsinə, sevənlərinə səbir diləyirik…

Aysu Həsənli,
BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi,
Təhminənin doğmalarından biri


Paylaş



Bölmə: Tələbə sözü / Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!