Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
Tarix : 12-02-2019, 09:09
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə 11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.
Tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, o cümlədən elmi müəssisə və təşkilatların qadınlar şuralarının sədrləri və üzvləri iştirak ediblər.
İclası akademik Nərgiz Axundova açaraq tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
Sonra şuranın sədri Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar gününün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.
O, bu gün AMEA-da qadınların elmi fəaliyyətinə xüsusi diqqət yetirildiyini və 2018-ci ildə Qadınlar Şurasının yaradıldığını xatırladıb.
Tədbirdə, həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və digərləri çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənə bağlı şəkildə yetişdirilməsinin önəminə toxunublar.
Sonra AMEA Qadınlar Şurasının Sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", Mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti" və Gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər.
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
AMEA-da "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!