Ağdərədə sakinlərlə görüş keçirilib .....                        Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi .....                        Nazir sertifikasiyadan danışdı: "İndi deyirlər ki..." .....                        Həmin məzunlara diplomların verilməməsi səbəbi AÇIQLANDI .....                        Bakıda piyada zonalarının sayı artırılacaq .....                        Daha bir ölkədə təyyarə qəzaya uğradı .....                        Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib - FOTO .....                        Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ .....                        MSK-da bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxıldı .....                       
Tarix : 30-01-2020, 15:20
MMX-nın əməkdaşı ilk dəfə beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçildi
Maliyyə Monitorinqi Xidməti (MMX) məlumat mübadiləsinin genişləndirilməsi, habelə kadr potensialının gücləndirilməsi məqsədilə çoxtərəfli və ikitərəfli çərçivədə əməkdaşlığını uğurla davam etdirir.
Butov.az xəbər verir ki, MMX-dən Azvision.az -a verilən məlumata görə, dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan “Eqmont” qrupunun toplantılarında MMX-nın əməkdaşları fəal iştirak edirlər.
"Təşkilatın 2020-ci ilin 27-30 yanvar tarixlərində Mavriki Respublikasının Balaklava şəhərində keçirilmiş tədbirində MMX-nın Əməkdaşlıq Departamentinin direktoru Fuad Əliyev “Eqmont” qrupunun əsas və strateji strukturlarından biri olan “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib. Fuad Əliyev “Eqmont” qrupu üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin keçirilməsində birbaşa iştirak edəcək. Azərbaycan Respublikasının nümayəndəsi ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilir. Bu nailiyyət ölkə başçısı tərəfindən müvafiq sahədə aparılan genişmiqyaslı islahatların nəticələrinin beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməsinin bariz nümunəsidir".
Qeyd edək ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Eqmont” qrupu çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 164 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. MMO-ların terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi “Eqmont” qrupunu xüsusilə aktuallaşdırır, bu təşkilatı çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq səviyyədə məlumat mübadiləsi aparan etibarlı bir platformaya çevirir. Qurum bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, G20 ölkələrinin maliyyə nazirləri və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun qətnamələrini və bəyanatlarını dəstəkləyir.
Məlumatda qeyd edilib ki, Azərbaycan “Eqmont” qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib. “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!