Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 11-11-2020, 10:32
Azərbaycanın internet məkanında bu il 2 845 dələduzluq mənbəyi aşkarlanıb

Bu ilin yanvar-oktyabr aylarında "Kaspersky" şirkətinin mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar ("scammer") tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2 845 mənbə aşkar edib.

Butov.az-ın “APA-Economics”-ə istinadən məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Kaspersky" həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara təxminən 84 346 daxilolma cəhdini bloklayıb.

Dələduzluq ("scam") istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir "komissiya" və ya "fiks" ödənişi etmək lazımdır. Lakin istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və "komissiya" dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi müvafiq məlumatları daxil etdikdə, ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

"2020-ci ildə dələduzluq ("scam" halları) dünya üzrə bütün istifadəçilər üçün daha aktual bir təhlükəyə çevrilir. Bizim ekspertlərin proqnozlarına görə, bu cür mənbələrin sayı artacaq. Hazırkı epidemioloji vəziyyət insanları daha çox internetdə vaxt keçirməyə məcbur edir və dələduzlar bundan istifadə edirlər. Onlar öz hiylələrini cari xəbərlər və tendensiyalara uyğunlaşdırıb, fırıldaq yolu ilə istifadəçiləri könüllü şəkildə pul köçürmələri həyata keçirməyə vadar edirlər. Son zamanlar skamerlər insanların lotereyalara olan marağını əsas tutaraq öz hiylələrini qururlar. Pulu almadan öncə hər hansı bir ödəniş tələb edən təkliflərdən mümkün qədər çəkinməyinizi tövsiyə edirik", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!