Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 13-02-2023, 20:51
Azərbaycanla olan dostluğumuz uzun tarixə söykənir - İtaliyalı nazir


Azərbaycanla olan dostluğumuz uzun tarixə söykənir - İtaliyalı nazir

"Biz Azərbaycanın tarixi dostuyuq". Bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. "Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi. Mən isə nazir kimi, - həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, - 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq", - deyə nazir bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!