Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 2-12-2025, 22:40
Şəklimi yayıb vay-şivən saldılar - Anar


Şəklimi yayıb vay-şivən saldılar - Anar

“Özümü çox yaxşı hiss edirəm. Bir dəfə hava limanında arabaya minmişəm, həmin vəziyyətdə paparatsilər şəklimi çəkiblər və onu haradasa yayaraq vay-şivən salmağa başlayıblar. Mən həmişə arabayla gəzmirəm axı? Sadəcə İstanbul aeroportu böyük olduğuna görə orada belə hərəkət etmək daha rahatdır”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. Yazıçı bildirib ki, ona paxıllıq edənlər var:
“Mənim həm dostlarım var, həm də... düşmən demək istəmirəm, çünki elə adamları heç düşmən də saymıram, sadəcə paxıllıq edənlər olur. Özümü normal hiss edirəm. Yaşın artmağının bircə ağır tərəfi var: Dostların bir-bir dünyadan köçüb gedir, onların sayı azalır, sırası seyrəlir. Mənim yaşıdım olan dostların demək olar ki, böyük əksəriyyəti həyatda yoxdur. Bu, məni çox kədərləndirir. Mən onların da əvəzinə yaşayıram. Düzdür, cavan dostlarım da var, Allah onlara cansağlığı versin. Həyat davam edir və nə qədər Allahın verdiyi ömür payı var, gərək qələm əldən düşməsin, yazaq-yaradaq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!