Xırdalanda bu gecə işıq olmayacaq
Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, martın 19-da saat 00:30-dan 02:30-dək Xırdalanın Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.
Buna səbəb enerjinin verilməsində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə təmir işlərinin aparılmasıdır.
Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.