Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 10-11-2023, 14:31
Hərbi Prokurorluqda hərbiçilərin maarifləndirmə tədbiri keçirildi


Hərbi Prokurorluqda hərbiçilərin maarifləndirmə tədbiri keçirildi

Hərbi Prokurorluq hərbçilərin hüquqi maarifləndirilməsi işini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edildiyini vurğulayan hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, dövlətçilik tariximizdəki müstəsna rolundan, dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
F.Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ildə əldə etdiyi möhtəşəm uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, antiterror tədbirlərindən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işlərindən, dövlətimizin bütün sahələrdə sürətli inkişafından və bu uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın töhfələrindən, xalqımızın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edib.
Polkovnik Vurğun Abbasov, ədliyyə kapitanı Həsən Baxşəliyev, hüquq müdafiəçisi-hüquq üzrə magistr Ceyhun İbrahimov çıxışlarında Azərbaycanın qazandığı uğurlardan söz açıblar.
Tədbirdə hərbçilərin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.




Paylaş



Bölmə: Hərbi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!