Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 21-02-2020, 11:32
Yaponiyanın müvafiq qurumları Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

Yaponiya Paralimpiya Komitəsi Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir AMPK-nin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılının Yaponiya Paralimpiya Komitəsinin prezidenti Zyuniçi Kavai ilə fevralın 21-də keçirilən görüşündə səslənib.
Görüşdə Azərbaycanın və Yaponiyanın Paralimpiya komitələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərilməsi nəticəsində paralimpiyaçılarımızın müxtəlif yarışlarda böyük nailiyyətlər əldə etdiyi xüsusi vurğulanıb. Yaponiya Paralimpiya Komitəsinin prezidenti cari ilin mayın 11-12-də Bakıda keçiriləcək “Ibsa Judo Grand Prix Baku 2020” oyunlarına dəvət edilib. Qeyd olunub ki, 40-dan çox ölkədən 400-dək idmançının qatılacağı həmin beynəlxalq yarış ikinci dəfədir keçirilir və beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycanlı idmançıların çıxışlarının Yaponiyada da böyük maraqla izlənildiyini bildirən Z.Kavai dəvəti məmnuniyyətlə qəbul etdiyini və yarışlara baxmaq üçün mütləq Bakıya gələcəyini deyib.
Həmin gün Yaponiya Fondunun proqram direktoru Ceyms Hafman ilə keçirilən görüşdə AMPK ilə bu qurum arasında əməkdaşlığın qurulması və gələcəkdə birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb. Yaponiya Fondunun nümayəndəsinə AMPK-nin tarixi, beynəlxalq nailiyyətləri, Azərbaycan Uşaq Paralimpiya Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Yaponiya Fondunun tərkibində paralimpiya üzrə xüsusi seksiyanın fəaliyyət göstərdiyini xatırladan C.Hafman əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətini qeyd edib. O, birgə layihələrin təkcə idmançılar arasında deyil, həmçinin Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi və konkret birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Yaponiyanın müvafiq qurumları Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlıdır


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!