Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                       
Tarix : 11-03-2020, 09:38
“Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsi Harayuki Takahaşinin dediklərini təkzib edib

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi bu qurumun üzvü Harayuki Takahaşinin “The Wall Street Journal” nəşrinə yeni koronavirusla əlaqədar yarışların 1-2 il müddətinə təxirə salına biləcəyi barədə dediklərini təkzib edib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə martın 11-də təşkilat komitəsinin yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, martın 10-da “The Wall Street Journal” nəşri təşkilat komitəsinin üzvü H.Takahaşiyə istinadla “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni koronovirus təhlükəsi ilə əlaqədar 1-2 il müddətinə təxirə salına biləcəyi barədə məlumat yayıb.
Nəşr H.Takahaşinin sözlərini sitat gətirərək yazıb: “Düşünmürəm ki, Oyunlar ləğv edilə bilər, bu, yarışların ləğv olunması deyil, tarixin dəyişdirilməsi olacaq. Əgər onları ləğv etsələr, Beynəlxalq Olimpiya Komitəsi çətinliyə düşəcək”.
H.Takahaşi əlavə edib ki, tədbirin bir il sonraya salınması çətin olacaq, belə ki, bu halda Oyunlar digər mühüm idman hadisələri ilə eyni vaxtda düşəcək. H.Takahaşi hesab edir ki, Olimpiya Oyunlarını iki il sonra keçirmək daha asan olacaq. Belə ki, növbəti ilin idman tədbirlərinin cədvəli, demək olar, tamamilə razılaşdırılıb.
Bununla bağlı “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yaydığı bəyanatda bildirilir ki, qurum H.Takahaşinin dedikləri ilə bağlı heç bir məlumata malik deyil və yarışlar planda nəzərdə tutulduğu kimi, iyulun 24-də start götürəcək.
Təşkilat komitəsinin yaydığı bəyanatda deyilir: “Biz həmin müsahibənin detalları və tam məzmunu barədə heç bir məlumata malik deyilik. Yarışların təxirə salınması məsələsi hazırda müzakirə mövzusu deyil. Yarışlara hazırlıq planda nəzərdə tutulduğu kimi davam etdirilir”.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!