“Yuevntus”un yeni baş məşqçisi məlum olduİtaliyanın “Yuevntus” komandasının yeni baş məşqçisi məlum olub.
Bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.
Turin klubunun rəhbərliyi italiyalı məşqçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İqor Tüdor “Yuventus”un baş məşqçisi olub.